Mövzu 1. İnformatika — fundamental bir elm kimi İnformatika elmi artıq fundamental bir elm sahəsi kimi formalaşmışdır. Məlum olduğu kimi informatika (ingiliscə Informatics) termini informasiya və avtomatika sözlərindən yaranmışdır. Bu termindən ilk dəfə XX əsrin 60-cı illərində Fransada avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. Bir çox xarici ölkələrdə “İnformatika” termini “Kompüter elmi” (Computer science) termini ilə sinonim kimi işlədilir.
Hal-hazırda “İnformatika“ informasiya proseslərinin kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır.