İnformasiyanın saxlanılması. İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanılır. İnformasiya daşıyıcısı kimi kağızdan, köhnə kompüterlərdə perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompüterlərdə isə maqnit və yığcam disklərdən, fləş yaddaşdan və s. istifadə olunur.
İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüter vasitəsilə aparılır. İnformasiya emalı informatikanın əsas problemi hesab olunur. İnformasiya emalı, başqa sözlə, qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqamlardan istifadə olunur.
İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çardırılır. Nəticəvi informasiyanın istifadəçilərə çatdırılmasına çox vaxt ayrıca proses kimi baxılır. Avtomatlaşdırılmaş üsulla (kompüterlə) emal olunan informasiya istifadəçilərə adətən kompüterin xaricetmə qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. çəklində çatdırılır.
Dostları ilə paylaş: |