Mövzu İnformatika — fundamental bir elm kimi


İnformasiyanın ötürülməsi



Yüklə 35,93 Kb.
səhifə6/8
tarix09.04.2022
ölçüsü35,93 Kb.
#55034
1   2   3   4   5   6   7   8
1. İnformatika fundamental elm kimi

İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüter vasitəsilə aparılır. İnformasiya toplanan məntəqədən emal məntəqəsinə qədər olan məsafədən asılı olaraq informasiyanın ötürülməsi müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə olunur. Müasir kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün modem (modulyator-demodulyator) adlanan xüsusi qurğudan istifadə olunur.

Texnoloji proseslərin idarəedilməsi sistemlərində toplanan informasiya çox vaxt analoq (kəsilməz) formalı kəmiyyətlər olur (temperatur, təzyiq, səviyyə və s. kimi). Mövcud rabitə kanalları və kompüterlər isə diskret formalı (yəni rəqəm qiymətli) siqnallarla işləyirlər. Odur ki, belə hallarda informasiya ötürülməzdən əvvəl analoq formasından diskret formaya çevrilməlidir. Bu məqsədlə analoq-kod çeviricisi adlanan xüsusi qurğudan istifadə olunur.




Yüklə 35,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin