Mövzu İnformatika — fundamental bir elm kimi



Yüklə 35,93 Kb.
səhifə3/8
tarix09.04.2022
ölçüsü35,93 Kb.
#55034
1   2   3   4   5   6   7   8
1. İnformatika fundamental elm kimi

Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə (“yalan”, “dogru”) ifadə olunur (məsələn, 4-ün 5-dən böyuk olması yalandır, 5-in 4-dən böyük olması doğrudur.).

Göstərici tipli verilənlərdən isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur. Qeyd edək ki, proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına, uzunluğuna görə də xarakterizə edilir.

Göründüyü kimi arasında müəyyən fərqlər olmasına baxmayaraq “informasiya”, “fakt” (“məlumat”, “xəbər”) və “verilənlər” anlayışları bir-birinə chox oxşayırlar və informarikada bu anlayışlar eyni məna daşıyır və bu terminlər sinonim kimi qəbul edilir. Bunun əsas səbəbi odur ki, verilənlərin (faktların) informasiya daşıyıb daşımaması məsələsi istifadəçiyə aiddir.

Beləliklə, informatikada ən çox işlədilən “informasiya” və “verilənlər sözləri qarşılıqlı əvəz olunan anlayışlardır.
Minimal informasiya vahidi olaraq bit (ingiliscə Binary digiT sözündən) qəbul edilmişdir. Bit çox kiçik vahid olduğundan kompüter texnikasında əsas informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Bir çox hallarda bayt da kifayət etmir və informasiyanin digər vahidləri — kilobayt (Kb), meqabayt (Mb), qiqabayt (Qb) və terabayt (Tb) istifadə edilir:

1Kb=1024 bayt=210bayt;

1Mb=1024 Kb=220bayt;

1Qb=1024 Mb=230bayt;

1Tb=1024 Qb=240bayt.

Son zamanlar emal olunan informasiyanın həcminin artması ilə əlaqədar olaraq, petabayt (Pb), eksabayt (Eb), zetabayt (Zb) kimi ölçü vahidlərindən də istifadə olunur:

1Pb=1024 Tb=250bayt;

1Eb=1024 Pb=260bayt;

1Zb=1024 Eb=270bayt.

Bu ölçü vahidlərindən ən çox kompüter yaddaşının tutumunu göstərmək üçün istifadə olunur.




Yüklə 35,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin