İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi aşağıdakı şəkildə verimişdir.
İnformasiya proseslərinin yerinə yetirilməsinin ardıcıllığını əks etdirən bu sxem avtomatlaşdırılmış informasiya və idarəetmə sisteminin sadələşdirilmiş quruluşunu göstərir. İş rejimləri analoq kəmiyyətləri ilə tənzimlənən texnoloji proseslərin idarəedilməsi sistemlərində informasiya emalından alınan nəticələr kod-analoq çeviricisi ilə kod formasından analoq formasına çevrildikdən sonra idarə olunan obyektin icra mexanizminə verilir.
Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ. İnformatika. Bakı, 2011
İnformasiyanın aşağıdakı xassələri vardır:
Dəqiqiliyi – onun əks olunan parametrlə nə dərəcədə yaxın olduğunu göstərir.
Etibarlılığı – onun real obyekti zəruri dəqiqliklə əks etdirməsini göstərir.
Əhəmiyyətliliyi – onun müxtəlif sferalarla tətbiq olunması ilə xarakterizə olunur.
Tamlığı – düzgün qərar qəbul etmək üçün informasiyanın kifayət qədər olması.
Qiymətliliyi – məsələnin həlli üçün nə qədər vacib olmasıdır.
Vaxtında verilməsi – qərar qəbul etmək üçün vaxtından əvvəl və sonra yox, vaxtında verilməsi lazımdır və s.
İnformasiyanın müxtəlif təqdim olunma formaları vardır:
Kompüterdə informasiya ikilik say sistemi vasitəsilə kodlaşdırılır. Kodlaşdırma bir əlifbanın simvollarının digər əlifbanın simvolları ilə təsvir edilməsidir.
İkilik say sistemi: 0, 1
Onluq say sistemi: 0,1,2 ... 9
Rum say sistemi: I, II, III, IV ... X, ...C (yüz), ...
16-lıq say sistemi və s.
Dostları ilə paylaş: |