IV nəsil (1985-bu günə qədər) böyük və çox böyük inteqral sxem (BİS, ÇBİS) texnologiyası ilə yaradılan illəri əhatə edir. Bu cür inteqral sxemlərdə bir yarımkeçirici kristalda 1000-ə qədər sxem yerləşdirmək mümkün olur. Yəni bir BİS onlarla və yüzlərlə adi sxemlərin yerinə yetirdikləri funksiyaları yerinə yetirə bilir. Odur ki, kompüterin qabarit ölçüləri xeyli kiçilir (10-100 dəfələrlə), iş etibarlılığı isə çoxalır. Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş (ƏY) əsasən maqnit nüvələrində qurulduğu halda, IV nəsil kompüterlərdə ƏY (statik və dinamik yaddaş) inteqral sxemlərində qurulur. Odur ki, ƏY-nin işləmə sürəti və tutumu xeyli artır. BİS-lərdən istifadə maşınların proqram təminatlarının yaxşılaşmasına böyük təkan verdi.
IV nəsil kompüterləri arasında mini və mikrokompüterlər xüsusi yer tutur. 1981-ci ildən mikroprosessorların yaradılması dördüncü nəsil maşınların yeni növünün – fərdi kompüterlərin (ingiliscə Personal Computer – PC) yaranmasına imkan yaratdı. Fərdi kompüterlər IV nəsil kompüterlərin ayrıca sinfini təşkil edirlər. Fərdi kompüterlərin yaradılması, geniş istehsalı və tətbiqi kompüter texnikasında inqilabi nailiyyət hesab olunur. Bunun bir neçə səbəbi var:
- FK ölçülərinə görə xeyli kiçik (hazırda onların stolüstü portativ və cib variantları var) və qiymətcə çox ucuzdur;
- Texniki göstəricilərinə və imkanlarına görə III nəsil orta və kiçik kompüterlərdən geri qalmır;
- Köhnə kompüterlərlə əsasən bu sahənin mütəxəssisləri (proqramçılar, elektron mühəndisləri, operatorlar) işləyə bildiyi halda, fərdi kompüterdən kütləvi alət kimi (məsələn, televizor, telefon və s.) hamı istifadə edə bilər;
- Fərdi kompüterlər çox etibarlıdır və onunla ünsiyyət dialoq formasında aparıldığından, çox rahatdır.
Bunlara nümunə: IBM PC 286, IBM PC 386, IBM PC 486, IBM PC 586 və s.
Bu hesablama maşınları saniyədə təxminən bir neçə 100 milyon əməliyyat yerinə yetirir.
Dostları ilə paylaş: |