MÖvzu informatikanin bəZİ anlayiş VƏ elementləRİ



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix08.01.2020
ölçüsü2,14 Mb.
#30078
1   ...   8   9   10   11   12   13   14   15   16
YourFileName


Cut (Вырезать-Kəs) – Ctrl+X; 
 
Copy (Капировать-Köçür) - Ctrl+C; 
 
Paste (Всавить- Əlavə et) - Ctrl+V. 
Windows  sistemində,  MS  Word  2010  mətn  prosessorunda  da  qeyd  olunmuş 
fraqmentin    sənədin  bir  yerindən    digər  yerinə  və  ya  başqa  sənədə  köçürülməsi  və 
yerdəyişməsini  həyata  keçirmək  üçün  mövcud    Lent  qruplarından  biri  Clipboard 
(Mübadilə  buferi)-dur.  Bu  əməliyyatları  Cut(Kəs),  Copy(Köçür),  Paste(Əlavə  et)  və 
Paste Special(Xüsusi əlavəetmə) əmrləri  yerinə yetirir. Bir qayda olaraq köçürmə, kəsmə 
və  əlavəetmə  əməliyyatlarının  yerinə  yetirilməsi  prosesində    Word  2010  proqramı 
mübadilə buferi  adlanan xüsusi  yaddaş  sahəsindən  istifadə  edir.  Adətən,  Paste  (əlavə et) 
əmri Cut(Kəs) və ya  Copy(Köçür) əmrindən sonra işlədilir və bu əmrin funksiyası Cut və 
ya  Copy  əmri  ilə buferə  yerləşdirilmiş  mətn  fraqmentini  ekrandakı  cari sənədin kursorla 
təyin edilən istənilən yerinə əlavə edilməsindən ibarətdir.  
Font(Şrift) lent qrupu. 
Qeyd olunmuş mətn sahəsi üçün Home tabının Font (Şrift) qrupunun düymələrindən 
istifadə etməklə aşağıdakı əməliyyatları icra etmək olar.  
1. 
Font face –Cari şriftin dəyişilməsini təmin edir.  
2. 
Font  size  –  Cari  şriftin  ölçüsünü  dəyişməyi  təmin  edir.  Nəzərə  almaq  lazımdır  ki, 
şriftin  ölçüsü  pointlə  ölçülür.  Point  qısa  olaraq  (pt)  kimi  əks  olunur  (1pt=0.35mm). 
Susmaya  görə  Word  2010  prosessorunda  şriftin  ölçüsü  11pt  olur.  Standart  halda  şriftin 
ölçüsü 8pt-72pt arasında əks olunsa da, Word 2010 mətn prosessorunda şriftin ölçüsü 1pt-
1638pt arasında ola bilir. 
3. 
Bold (Qalın) – qeyd olunmuş mətni qalın şriftlə verir. 
4. 
İtalic(Kursiv)-qeyd olunmuş mətni kursiv şriftlə verir. 
5. 
Underline – (Altından xətt) – qeyd olunmuş mətnin altından xətt çəkir. 

 
 
79 
6. 
Font Color(Şrift Rəngi) – Seçilmiş və ya daxil ediləcək mətnin rəngini dəyişir. 
7. 
Font  (Şrift)  –  dialoq  pəncərəsini  açır.Hər  çeydən  əvvəl  qeyd  edək  ki,  istənilən 
formatlaşdırma əməliyyatı yalnız mətnin nəzərdə tutulan hissəsi seçildikdən sonra aparıla 
bilər.  
Paragraph (Abzas) lent qrupu. 
Microsoft  Word    proqramında  abzas  dedikdə  sonu    ¶  (abzasın  sonu)  işarəsi  ilə 
qurtaran, məntiqi olaraq tamamlanış mətn fraqmenti başa düşülür. Siyahı elementi başlıq, 
boş  sətir  kimi  obyektlər  də  abzasdır.  Abzasın  sonu  işarəsi  ()  klaviaturanın  Enter 
düyməsinin kliklənməsi ilə daxil edilir. Bu işarə çap edilməyən işarələrdəndir. 
Styles (Üslublar) lent qrupu.  
Üslublar  Word    sənəddə  simvolların,  mətn  fraqmentlərinin,  abzasların,  cədvəl 
üslublarının  və  ya  sənədin  struktur  səviyyələrinin  formatlaşdırılmasını  təyin  edir. 
Üslubların dörd növü var.  
1. 
Simvol    üslubu.  Bu  üslub  simvolların  ülçüləri,  forması,  qalınlığı,  intervalları  da 
daxil olmaqla simvolların formatlaşdırılması üçün nəzərdə tututltr  və qeyd olunmuş mətn 
hisssəsinə tətbiq edilir.  
2. 
Abzas  üslubu.  Bu  üslubda  isə  abzasların  formatlaşdırılması  üçün  istifadə  edilən 
parametrlər  saxlanılır:  yazı  intervalları,  abzas  boşluqları,  düzləndirmə,  tabulasiya 
nüqtələri.  
3. 
Siyahı  üslubu.  Bu  üslub  abzas  üslubunun  xüsusi  halıdır  və  siyahıların 
formatlaşdırılma parametrlərini təyin edir.  
Editing
 (Redaktə) lent qrupundakı Find(Tap) düyməsini və ya eyni adlı menyudakı 
həmin  əmr  icra  olunarsa,  proqram  pəncərəsinin  sol  kənarənda  Microsoft  Word  2010 
mətn prosessoru üçün xarakterik olan Navigation paneli əks olunacaqdır.  
Ekrandakı  cari  sənəddə  müəyyən  mətn  hissəsini  tapmaq  üçün  açılmış  Find  and 
Replace dialoq pəncərəsində kursor Find What  sətrinə gətirilir və axtarılacaq mətn daxil 
edilir. Axtarış üçün daxil edilən simvolların sayı 255-ə qədər ola bilir. Axtarılan fraqmenti 
daxil edildikdən sonra Find Next düyməsi kliklənir. Bu zaman tapılan axatarış fraqmenti 
seçilmiş  olur  və  Find  Next  düyməsini  klikləməklə  sənəddə  həmin  elementin  axtarışı 
davam etdirilir.  
Find and Replace (Tap və Əvəz et) dialoq pəncərəsində tapılmış mətn hissəsini yenisi 
ilə əvəz etmək üçün həmin pəncərənin Replace pəncərə əlavəsindən istifadə edilir. Mətndə 
müəyyən  fraqmentin  (simvol,  söz  birləşməsi  və.s.)  axtarılıb  tapılması  və  onun  başqa 
fraqmentlə əvəz edilməsi üçün Replace əmrindən istifadə edilir.   
Mətndəki hər hansı obyektə tez keçid almaq. 
Mətndəki hər hansı obyektə tez keçid almaq Edit panelində  Find alt menyusunda  
Go to  əmrini vermək lazımdır. Açılan pəncərədə Go to what  (Keçid obyekti)  sahəsində 
obyekti qeyd edək. Enter page number (Səhifə nömrəsini daxil et) sahəsində obyektin 
sıra nömrəsini daxil edib Go to  düyməsini sıxsaq, kursor həmin obyektə  yerləşəcəkdir. 
Sənədin  xarici  görünüşünün  dəyişdirilməsi  üsullarından  biri  də  abzasların 
düzləndirilməsi  əməliyyatıdır.  Düzləndirmə  dedikdə  səhifənin  sahələrinə 
nisbətdə  abzasın  mövqeyi  başa  düşülür.  Dörd  düzləndirmə  üsulları  mövcuddur. 
Sol  "Align  Left",  sağ  "Align  Right",  mərkəzdən  "Center"  və  enə  görə 
"Justify".  Məsələn  sərlövhəni  qeyd  edin  və  Home  panelində    Paragraph 
düymələr  qrupunda  "Center"  düyməsini  basın.  Çox  asanlıqla  görmək  olar  ki, 
mətn  səhifənin  ortasında  yerləşib.2-ci  abzası  qeyd  edin  və  Home  panelində  

 
 
80 
Paragraph  düymələr  qrupunda  sağ  "Align  Right"  düyməsini  basın. 
Beləlikləbiz  mətni  səhifənin  sağ  sahəsinə  görə  düzləndirdik.Bir  neçə  abzası 
qeyd  edin  və  enə  görə  "Justify"  düyməsini  basın.  Bu  halda  mətn  eyni  vaxtda 
həm sol, həm də sağ sahələr üzrə düzlənir. Qeyd etmək lazımdır ki, adi mətn bu 
üsulla yığılır.  
Abzasda  sağ  və  ya  da  sol  sərhəddin  quraşdırılması  üçün  Home  panelində  
Abzas  "Paragraph"  düymələr  qrupundan  istifadə  edilir.  Gəlin  sol  sərhəddi 
dəyişək.  Sərhədd  "Indentation"  sahəsində  solu  "Left"  seçin  və  sol  sərhəddin 
ölçüsünü    göstərin.  Məsələn  1.5  sm  və  OK-i  basın.  Gördüyünüz  kimi  sol 
sərhədd  dəyişdi.  Həmin  əməliyyatı  sağ  sərhəddin  seçilməsi  üçün  də  yerinə 
yetirmək  olar.  Xüsusi  "Special"  sahədə  1-ci  sətrin  sərhəddinin  ölçüsü  müəyyən 
edilir. Baş vermiş dəyişikliklər Nümunə "Preview" pəncərəsində göstərilir.OK -i 
basın. Qeyd etmək lazımdır ki, sərhəddin quraşdırılması əməliyyatını xətkeşdən 
istifadə  etməklə  də  yerinə  yetirmək  olar.  Sətirlər  arası  intervalın dəyişdirilməsi 
üçün bu  məqsəd üçün nəzərdə tutulan abzaslar qeyd edilir. Məsələn ilk 3 abzası 
qeyd  edək.  "Paragraph"  düymələr  qrupunda  ox  işarəsinə  daxil  olduqda  dialoq 
pəncərəsi  acılır.  Açılmış  dialoq  pəncərəsində  sətirlər  arası  sahəsində  "Line 
Spacing"  sahəsində  oxu  basın.  Açılmış  siyahıdan  lazımi  variantı  seçin.  OK-i 
basın.  Beləliklə  Abzas  "Paragraph"  dialoq  pəncərəsi  bağlanacaq,  sətirlər  arası 
interval isə dəyişəcək.  
 
5.3. Word pəncərədə lentin İnsert (Əlavə et) paneli üzərindəki düymələr qrupları. 
 
Microsoft Word prosessoru ilə işləyərkən sənədlərin redaktəsi prosesində çox tez-tez 
müxtəlif  mətn  elementlərinin  və  ya  obyektlərin  redaktə  olunan  mətnə  yerləşdirilməsinə 
ehtiyac  yaranır.  O  cümlədən,  bəzi  idarəetmə  elementləri,  sənədə  səhifələr,  cədvəllər, 
şəkillər,  səhifə  nömrələri,  cürbəcür  simvollar,  sərlövhələr,  tarix  və  zamanı,  fayl  və 
obyektlər, əlfəcin və hiperəlaqələr və s. elementlər yerləşdirmək lazım gəlir. Bir-birindən 
fərqli  bu  cür  mətn  elementlərinin  və  ya  obyektlərin  sənədə  əlavə  edilməsi  üçün  Insert 
(Вставка/Əlavə et) tabının əmrlərindən istifadə edilir. 
Lentin Insert (Вставка/Əlavə et) tabı açılarkən onun tərkıbi aşağıdakı kimi görünür. 
Adlarından da göründüyü kimi taba daxil olan əmrlər mətnə müxtəlif elementlərin yerləş-
dirilməsi üçün nəzərdə tutulur. Odur ki, mətnə hər hansı elementin daxil edilməsi üçün uy-
ğun əmrin icrasından əvvəl kursor mətndə müvafiq mövqedə dayanmalıdır. 
Insert  (Вставка/Əlavə  et)  tabının  daxilində    Pages  (Страницы/Səhifələr),    Tables 
(Таблицы/Cədvəllər),  Illustrations  (Иллюстрации/Şəkillər),  Links  (Ссылки/Əlaqələr), 
Header  &  Footer  (Колонтитул/Sərlövhə),  Text  (Текст/Mətn)  və  Symbols 
(Символы/Simvol) lent qrupları vardır.  
Microsoft  Word  2010  mətn  prosessorunun  geniş  şəkildə  istifadə  olunmasının 
səbəblərindən  biri  də  qrafik  obyektlərin  və  sxemlərin  mətnlərləbirlikdə  istifadə 
imkanlarıdır.  Müxtəlif  şəkillərdən,  qrafiklərdən,  diaqram  və  sxemlərdən  istifadə  sənədin 
şərhini və asan başa düşülməsini təmin edir. 
 
Şəkillərin,  ClipArt  obyektlərinin,  fiqurların,  SmartArt  sxemlərin,  diaqramların  və 
ekranın ani görünüşünün şəklini mətn sənədinə əlavə etmək üçün lentin İnsert (Вставка/ 
Əlavə et) tabının İllustrations (Иллюстрации/Şəkil) lent qrupundan istifadə edilir. 

 
 
81 
 
İllustrations  (Иллюстрации/Şəkil)  lent  qrupundakı  Picture  (Рисунок/Şəkil)  
düyməsinin  kliklənməsi  ilə  kompyuter  disklərindəki  fayllarda  saxlanılan  şəkilləri  mətnə 
yerləşdirmə əmrlərini həyata keçirmək olar. 
Microsoft Word mətn prosessorunun geniş şəkildə istifadə olunmasının səbəblərindən biri 
də  qrafik  obyektlərin  və  sxemlərin  mətnlərlə  birlikdə  istifadə  imkanlarıdır.  Müxtəlif  
şəkillərdən,  qrafiklərdən,  diaqram  və  sxemlərdən  istifadə  sənədin  şərhini  və  asan  başa 
düşülməsini təmin edir
Məsələn,  sərt  diskdəki  fayldan  müəyyən  şəkili  sənədə  əlavə  etmək  üçün  Picture 
(Рисунок/Şəkil) əmri icra olunur. Bu halda İnsert Picture (Вставка Рисунка/Şəkil Əlavə 
et)  adlı  dialoq  pəncərəsi  ekrana  çıxır.  Açılmış  pəncərədən  istifadə  edərək  axtarılan  şəkil 
faylı tapılır və onun üzərində mausun sol düyməsi ikiqat kliklənir, ya da həmin fayl seçilir 
və  İnsert  (Вставка/  Əlavə  et)  düyməsi  kliklənir.  Nəticədə  tələb  olunan  qrafik  təsvir 
sənədə əlavə edilmiş olur. 
 
 Sənədə lentin İnsert (Вставка/ Əlavə et) tabının İllustrator (Иллюстрации/Şəkil) 
və Text (Текст/Mətn) lent qruplarından hər hansı obyekt əlavə edilən kimi ya avtomatik 
olaraq,  ya  da  həmin  obyekt  qeyd  olunan  kimi  əlavə  olaraq  Format  (Формат/Format) 
kontekst  tabı  meydana  gəlir  və  aktivləşir.  Bu  isə  həmin  obyektin  formatının 
dəyişdirilməsinə  xidmət  edir.  Seçilmiş  obyektin  növündən  asılı  olaraq  lent  üzərində 
Drawing Tools/Format (Средства Рисования/Формат, Rəsmçəkmə Alətləri/Format) və 
ya Picture Tools/Format (Работа с рисунками/Формат, Şəkil Alətləri/Format) kontekst 
tabları gəlir. Bunlar bir-birindən qismən fərqlənir. 
 
Belə  ki,  Drawing  Tools/Format  (Средства  Рисования/Формат,  Rəsmçəkmə 
Alətləri/Format)  kontekst  tabı  fiqurların  əlavə  edilməsi  üçün-İnsert  Shapes  (Вставка 
фигур/Fiqurlar  Əlavə  et),  seçilmiş  fiqurun  daxilinin,  konturunun,  effektinin  üslublarını 
dəyişmək  üçün-  Shape  Styles  (Стили  фигур/Fiqur  üslubları),  seçilmiş  WordArt 
obyektinin üslublarını dəyişmək üçün WordArt Styles (Стили фигур WordArt/ WordArt 
üslubları), mətn qutusundakı və ya fiqur daxilindəki mətnin istiqamətini təyin edən- Text 
(Текст/Mətn),  seçilmiş    obyektlərin  mətnə  nəzarən  və  ya  bir-birinə  nəzərən 
nizamlanmasını,  onların  qruplaşmasını  və  dönmə  formalarının  nizamlanmasını  Arrange 
(Упорядочить/Nizamla)  və  obyektin  uzunluq  və  en  ölçülərini  təyin  edəт-Size 
(Размер/Ölçü) lent qrupuna  Picture Tools/Format (Работа с рисунками/Формат/Şəkil 
Alətləri/Format)  kontekst  tabı  isə  seçilmiş  şəklin  fon  rəngini  nizamlayan-Adjust 
(Изменение/Nizamla),  seçilmiş  şəklin  sərhədlərinin,  effetinin,  düzən  formasının 
üslublarını tənzimləyən- Picture Styles (Стили рисунков/Şəkil üslubları), seçilmiş şəklin 
mətnə  nəzərən  və  ya  bir-birinə  nəzərən  nizamlanması,  onların  qruplaşmasını  və  dönmə 
formalarının  nizamlanmasını-Arrange  (Упорядочить/Nizamla),  seçilmiş  şəklin  uzunluq 
və  en  ölçülərini,  onun  kənarlarından  kəsilmələrini  təyin  edən-Size  (Размер/Ölçü)  lent 
qrupuna malikdir. 
 
 
Links (Ссылки/Əlaqələr) lent qrupu. 
Microsoft Word 2010 mətn prosessorunda sənədin müxtəlif sahələri arasında və ya başqa 
sənədlərlə  əalaqələrini  yaratmaq  üçün  lentin  İnsert  (Вставка/  Əlavə  et)  tabının  Links 
(Ссылки/Əlaqələr) lent qrupunun əmrlərindən istifadə edilir. 
 
Links  (Ссылки/Əlaqələr)  lent  qrupunun  əlaqələri  Hyperlimk  (Гиперссылка 
/Hiperəlaqə),  Bookmark  (Закладка/Əlfəcin)  və  Cross-reference  (Перекрестная 

 
 
82 
ссылка/Çarpaz-istinad).  Belə  ki,  Web-səhifə,  şəkil,  e-poçt  ünvanı  və  ya  proqrama 
yönəlmiş əlaqələr Hyperlin (Гиперссылка/Hiperəlaqə) vasitəsilə yaradılır. 
 
Word-sənədlərlə işləyərkən mətnin bir yerindən digərinə, həmin sənəddən başqa bir 
Word-sənədə,  eləcə  də,  Office  proqramlarının  istinilən  birində  yaradılmiş  sənədə,  yaxud 
istənilən  Web-sənədə  bir  andaca  keçidlər  etmək  kompüter  istifadıçiləri  üçün  çox  vacib 
əməliyyatlarıdır.  Belə  ki,  hiperəlaqə  müxtəlif  sənədlərlə  əlaqəli  şəkildə  əməliyyatlarım 
aparılmasını təmin edən bir vasitədir. 
 
Yuxarıda  göstərildiyi  kimi  Hiperəlaqələr  Word,  Excel,  Access  və  Power  Point 
sənədləri  arasında  keçidlərdə  istifadə  edilə  bilər.  Bundan  başqa  standart  Wor-sənədlər 
daxilində  yerdəyişmə  əməliyyatları  üçün  də  hiperəlaqələr  işlədilə  bilər.  Əgər  hiperəlaqə 
başqa tip sənəd göstərirsə, onda o sənəd yaradıldığı proqramın pəncərəsində açılır. 
Beləliklə,  Word-sənədə  hiperəlaqə  yerləşdirmək  üçün  aşağıdakı  əməliyyatlar  ardıcıllığı 
icra olunur: 
1.  Kursor  sənəddə  hiperəlaqə  yerləşdiriləcək  mövqedə  saxlanılır  və  ya  mətn  fraqmenti, 
yaxud obyekt seçilir; 
2.  İnsert  (Вставка/  Əlavə  et)  tabının  Links  (Ссылки/Əlaqələr)  lent  qrupunun  Hyperlink 
(Гиперссылка/Hiperəlaqə) əmri və ya konkret menyunun eyni adlı əmri icra olunur. Bu 
halda İnsert Hyperlink (Вставка Гиперссылки/Hiperəlaqə Əlavə et) adlı dialoq pəncərəsi 
ekrana çıxır; 
3. Bu pəncərənin yuxarısındakı Text to Display (Текст/Mətni göstər) sətrindən hiperəlaqə 
əka olunacaq  mətnin daxil edilməsi; 
4.  açılmış  siyahıdan  əlaqə  yaradılan  faylın  adı  seçilir  və  ya  Adress(Адрес/Ünvan) 
sətrindən faylın adı yazılır; 
5.  OK  düyməsi  kliklənir.  Nəticədə,  Word-sənəddə  nəzərdə  tutulan  hiperəlaqə  yaradılmış 
olur. 
 
WordArt  sənədə  dekorativ  mətnin  əlavə  edilməsi  üçün  nəzərdə  tutlmuşdur.  Bu 
mənada o, Word 2010 prosessorunda bir sıta qrafik əməliyyatların aparılması üçün geniş 
imkanlar  yaradan  çox  mühüm  vasitədir.  WordArt  obyektləri  ölçülərinin  dəyişdirilməsi 
mümkün  olan,  müxtəlif  istiqamətlərdə  fırladıla  (döndərilə)  bilən,  Word-sənəd 
səhifələrində  sürüşdürülərək  yerləşdirilən,  səhifələrdə  qrafik  obyektlər  kimi  yerləşdirilən 
stilləşdirilmiş və xüsusi effektlər verilməklə formalaşdırılmış mətn elementləridir. 
 
Beləliklə,  mətnə  WordArt  obyekti    yerləşdirmək  üçün  aşağıdakı  əməliyyatlar 
ardıcıllığı icra edilməlidir: 
-Lentin  İnsert  (Вставка/  Əlavə  et)  tabının  Text  (Текст/Mətn)  lent  qrupundan 
WordArt  əmri  icra  olunur.  Bu  halda  WordArt  qalereyasından  seçim  imkanları  əyani 
şəkildə ekrana çıxır; 
-Bu qrupda  yazı formalarının mümkün variantları əks olunur; 
-Nəzərdə tutulan WordArt mətni daxil edilir; 
-WordArt  qalereyasından  təqdim  olunan  yazı  üslublarından  biri  seçilir  və  onun  üzərində 
mausun sol düyməsi kliklənir. 
 
Word  2010  proqramında  sənədlərə  müxtəlif  düsturların  əlavə  edilməsi  üçün  əlavə 
modul-Microsoft  Equations  3.0  quraşdırılmışdır.  Elm,  iqtisadi  mətnlərin  tərtibatı 
zamanı  düsturları  daxil  edilməsinə  mütəmadi  olaraq  tələbat  yaranır.  Word  2010  mətn 
prosessorunda düsturların yaradılması və işlənməsi üçün yeni vasitələr təklif olunmuşdur. 

 
 
83 
Word  2010  mətn  prosessorunda  sənədə  düsturların  daxil  edilməsini  2  üsulla  həyata 
keçirmək  olar:  Microsoft  Equations  3.0  proqram  modulu  vasitəsilə  və  Microsoft 
Equations modulundan istifadə etmədən. 
Birinci üsulda Microsoft Equations obyektini ənədə əlavə etmək üçün aşağıdakı addımlar 
icra olunur: 
1.  Lentin  İnsert  (Вставка/  Əlavə  et)  tabının  Text  (Текст/Mətn)  lent  qrupundakı  Object 
(Объект/Obyekt)  düyməsinin  kliklənməsi  zamanı  açılan  siyahıdakı  eyni  adlı  əmr  icra 
olunur; 
2.  Açılan  Object  (Объект/Obyekt)  pəncərəsinin  Create  New  (Создать/Yenisini  yarat) 
pəncərə  əlavəsinin  Object  Type  (Тип  объекта/Obyekt  tipi)  siyahısından  Microsoft 
Equations 3.0 elementinin seçilməsi və OK düyməsinin kliklənməsi yerinə yetirilir
3. Düsturları daxil etmək üçün alətləri saxlayan Equations pəncərəsi açılacaqdır; 
4. OK düyməsinin kliklənməsi ilə ekranda equations alətlər paneli əks olunur.  
 
Bu  alətlər  panelinin  düymələrindən  istifadə  edərək  düstur  üçün  açılmış  sahəyə 
düstur əlavə edilir.  
 
İkinci üsulda isə Word 2010 proqramının öz vasitələrilə düsturu sənədə daxil etmək 
olar:  bunun  üçün  İnsert  (Вставка/  Əlavə  et)  tabının  Symbols  (Символы/Simvollar)  lent 
qrupundakı Equations (Формула/Düstur) əmr düyməsindən istifadə olunur.  
Microsoft Word 2010 proqramında  Cədvəl qurmaq üçün bir neçə üsuldan istifadə etmək 
olar.  İnsert  menyusunda  yerləşən  Table  düyməsi  məhz  cədvəl  yaratmaq  üçün  istifadə 
olunan alətləri özündə cəmləşdirir. Burada gördüyünüz kimi boş xanələr göstərilir. Şaquli 
və üfiqi vəziyyətdə Sütun və sətirlərin sayını təyin edərək siz cədvəl yarada bilərsiniz. 
 
Və  yaxud  da  başqa  bir  üsul,  Həmin  pəncərədə  yerləşən  Draw  Table  düyməsini 
sıxaraq. Bu düyməni basdıqdan sonra mausun göstəricisi ox deyil, qələm şəkilinə düşür. 
Bu qələm ilə əvvəlcə cədvəlin konturu çəkilir (yəni sadəcə olaraq bir düzbucaqlı), sonra 
isə sütun və sətirlərə bölünür. Məsələn: 2 sütun və 3 sətirdən ibarət cədvəl belə düzəlir: 
1. Draw Table (Нарисовать таблицу) düyməsi basılır və bir düzbucaqlı çəkilir 
2. Alınan düzbucaqlının mərkəzində vertikal xətt çəkilir. 
3. Sətirləri yaradan iki horizontal xətt çəkilir 
4. Cədvəl  hazır  olduqdan  sonra  Menyular  panelinə Tables  Tools adlı  yeni  menyu  əlavə 
olunacaq. Burada yerləşən Draw Table (Нарисовать таблицу) düyməsini sıxaraq mausun 
göstəricisini öz vəziyyətinə qaytara bilərik.  
 
5.4. Word pəncərədə lentin Page Layout (Səhifə maketi) və References 
(İstinadlar) paneli üzərindəki düymələr qrupları. 
 
Səhifə  düzəni  ilə  iş  sənədlə  işin  vacib  məqamıdır.  Page  Layout  (Разметка 
страницы/Səhifə  düzəni)  tabının  lent  qruplarından  istifadə  etməklə  səhifənin 
parametrlərinin,  fonunun  dəyişdirilməsi,  həmçinin  mövzular  və  abzaslar  üzərində 
əməliyyatların  yerinə  yetirilməsi,  qrafik  obyektlərin  mətnlərə  nəzərən  vəziyyətinin  idarə 
olunması  və  digər  əməliyyatların  icrası  mümkündür.  Adətən  səhifə  düzəni  ilə  bağlı 
məsələlər  sənədlə  ilkin  işə  başlayarkən  müəyyənləşdirilir.  Ancaq  bunu  sonra  da  etmək 
olar, lakin bu zaman sənədin tərtibatında bəzi dəyişikliklər baş verə bilər.  
 Page  Layout  (Разметка  страницы/Səhifə  düzəni)  tabı  aşağıdakı  lent  qrupuna  

 
 
84 
malikdir:  Themas  (Темы/Mövzular),  Page  Setup  (Параметры  страницы/Səhifə 
Parametrləri),  Page  Background  (Фон  страницы/Səhifənin  Arxa  Planı),  Paragraph 
(Абзац/Abzas), Arrange (Упорядочить/Nizamla).     
Themas  (Mövzular)-rənglər,  şriftlər  və  effektlər  də  daxil  olmaqla  sənədin  bütün 
dizaynının dəyişdirilməsini  təmin edir.  
Thema  Colors  (Mövzu  Rəngləri)  –  cari  mövzu  üçün  rənglərin  dəyişdirilməsini 
təmin edir.  
Thema  Fonts  (Mövzu  Şriftləri)  –  cari  mövzu  üçün  şriftlərin  dəyişdirilməsini  təmin 
edir.  
Thema  Effects  (Mövzu  Effektləri)  –  cari  mövzu  üçün  effektlərin  dəyişdirilməsini 
təmin edir. 
Page Setup
 (Səhifə Parametrləri) lent qrupu. 
Page  Setup  (Səhifə  Parametrləri)  dialoq  pəncərəsinin  yuxarı  hissəsində  yerləşmiş 
Margins  (Kənar  boşluqlar),  Paper  (Kağız),  Layout  (Düzən)  adlı  düymələrdən  istifadə 
edərək  səhifə  və  onun  printerə  verilməsi  ilə  əlaqədar  olan  cürbəcür  parametrlərin 
qiymətlərinin təyin edilməsi üçün eyni adlı müvafiq pəncərə əlavələri açılır.  
Page Background
 (Səhifənin Arxa Planı) lent qrupu. 
Adətən sənədlərin daha diqqətçəkən, daha cəlbedici olması üçün səhifələrdə fondan 
istifadə  edilir.  Belə  ki,  mətnin  arxasına  (fonuna)  müəyyən  naxışlar  və  ya  rəsmlər 
yerləşdirilir, ya da mətnin fonu sadəcə olaraq konkret bir rənglə, ya da müxtəlif rənglərin 
qarışığı  ilə  doldurulur.  Mətnin  fonundakı  müxtəlif  rəng  çalarlarının,  eləcə  də  eyni  bir 
rəngin müxtəlif çalarlarının birindən digərinə tədricən keçməsi sənədi daha cəlbedici edir. 
Əgər əsas mətnə sənədin üzü kimi baxsaq, onda bu mətnin arxasında nisbətən zəif görüntü 
ilə əks olunan ikinci  mətnə əsas mətnin arxa qatı  – mətn altlığı kimi baxmaq olar. Eyni 
zamanda  əsas  mətnin  fonu  üzərində  yarımşəfaf  altlıq-şəkil  altlığı  da  yerləşdirmək  olar. 
Beləliklə,  mətnin  fon  qatı  sadəcə  müəyyən  rənglə  doldurulmuş  ola  bilər  və  ya  müəyyən 
rəsm, ya da naxışlardan ibarət ola bilər.  
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin