Mövzu İnvestiSİyalarin uçotu investiyalar haqda anlayış və onların təsnifatı


Tanınmadan sonrakı qiymətləndirmə



Yüklə 41,6 Kb.
səhifə4/9
tarix23.05.2022
ölçüsü41,6 Kb.
#59009
1   2   3   4   5   6   7   8   9
7 Mövzu-7 Invest uçotu

Tanınmadan sonrakı qiymətləndirmə. Müəssisə tərəfindən onlara məxsus investisiya məqsədli daşınmaz əmlak obyektlərini ilkin tanınmadan sonra ədalətli dəyərlə qiymətləndirməlidir. Lakin bu onun uçot siyasətində öz əksini tapmalıdır.
Investisiya məqsədli daşınmaz əmlak xaric olunduqda və ya daimi olaraq istifadədən cıxarıldıqda və bu daşınmaz əmlakın xaric olunmasından heç bir gələcək iqtisadi səmərənin əldə edilməsi ehtimal olunmadıqda, onun tanınması dayandırılmalıdır (mühasibat balansından cıxarılmalıdır). Investisiya məqsədli daşınmaz əmlak satış vasitəsilə və ya onun maliyyə icarəsinə verilməsi yolu ilə xaric oluna bilər.
İnvestisiya məqsədli daşınmaz əmlakın silinməsi və ya xaric olmasından yaranan mənfəət və ya zərər, bu daşınmaz əmlakın balans dəyəri ilə onun xaric olmasından əldə olunan daxilolmalar arasındakı fərq kimi müəyyənləşdirilməlidir və silinmə və ya xaric olma dövründə mənfəət və zərər haqqında hesabatda tanınmalıdır (14 №-li Milli Mühasibat Ucotu Standartı satış və əks icarə əməliyyatları üzrə əksini tələb etmədikdə).


4. Daşınmaz əmlaka investisiyaların uçotu üçün Yeni Hesablar Planından 12-ci maddəsində 121 nömrəli “Daşınmaz əmlaka investisiyalar- Dəyər” və 122 nömrəli “Daşınmaz əmlaka investisiyalar – Amorttizasiya” adli hesablardan istifadə olunur. 121 nömrəli hesabın tərkibində 121-1 “Torpaq” və 121-2 Binalar” adlın subhesabların açılması məqsədə uyğundur.
Daşınmaz əmlaka investisiyalar dedikdə müəssisə tərəfindən onun adi fəaliyyəti ilə gəlirlərin əldə olunması üçün istifadə edilməyən, həmçinin gələcəkdə satış məqsədi üçün saxlanılan aktivlər başa düşülür. Bu zaman müəssisənin əsas fəaliyyəti investisiya mülkiyyəti ilə bağlı olduğu hallar istisna edilir. Müvafiq investisiyalar ilkin dəyərlə uçota alındıqda amortizasiyaya mərüz qalırlar. Əksinə investisiyalar ədalətli dəyərlə qiymətləndirildiyi halda onlara amortizasiya hesablanmır.
İnvestisiyaların uçotu ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında əks edirilməsi sxemi aşağıdakı kimidir:
1.Daşınmaz əmlaka investisiya qoyulmuşdur:

Yüklə 41,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin