5. İştirak payı metodu uilə uçota alınan investisiyaların uçotu və hesabatda əks etdirilmə qaydası “Asılı təsərrufat cəmiyyətlərinə investisiyalar” adlı 20 №-li
Mühasibat Ucotunun Beynəlxalq Standartına əsasən tənzimlənir. Standart 40 maddədən ibarətdir. Biz bu paraqrafda da yalnız bəzi anlayışların açıqlanmasına çalışmışıq.
Bu Standartın məqsədi, investisiya obyektinin törəmə müəssisə kimi deyil, asılı
təsərrüfat cəmiyyəti kimi təsnifləşdirilməsi ücün, onun kapitalında kifayət qədər
investisiyalara malik olan digər müəssisə tərəfindən maliyyə hesabatlarının tərtib
edilməsi zamanı qəbul edilməli olan qaydaların müəyyən edilməsidir.
Adı əkilən standart asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların ucotu zamanı tətbiq olunmalıdır. Lakin əsas təsərrüfat cəmiyyətlərinin aşağıdakılardan biri olduğu halda və onun asılı təsərrüfat cəmiyyətlərinə qoyduğu investisiyaların ilkin tanınması zamanı ədalətli dəyər ilə müəyyən oldundüğu və ədalətli dəyərdə baş verən dəyişikliklərin mənfəət və zərər haqqında hesabatda tanındığı və ya həmin investisiyaların ticarət üçün saxlanılan kimi təsnifləşdirildiyi halda bu Standart tətbiğ olunmur:
riskli kapitala malik olan təşkilatlar;
qarşılıqlı fondlar, investisiya trastları və investisiyalar ilə bağlı sığorta fondları daxil olmaqla analoji durumlar.
Bu investisiyalar ədalətli dəyərlə qiymətləndirilməli və ədalətli dəyərdə dəyişikliklər, onların baş verdiyi dövrün mənfəət və da zərərində tanınmalıdır.
Bu Standartda istifadə edilmiş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: