Mövzu İnvestiSİyalarin uçotu investiyalar haqda anlayış və onların təsnifatı


Adı çəkilən standart özündə 64 maddəni



Yüklə 41,6 Kb.
səhifə2/9
tarix23.05.2022
ölçüsü41,6 Kb.
#59009
1   2   3   4   5   6   7   8   9
7 Mövzu-7 Invest uçotu

3. Adı çəkilən standart özündə 64 maddəni birləşdirir. Biz bu paraqrafda Standartda verilən bəzi anlayışları şərh etmişik. 27 nömrəli Standartın məqsədi daşınmaz əmlakın uçotu ilə bağlı yeni qaydaların açıqlanmasından ibarətdir.
Qeyd olunan Standart investisiya məqsədi daşıyan əmlakın tanınması, qiymətləndirilməsi və açıqlanması prosesində tətbiq olunmalıdır.
27 nömrəli standart maliyyə icarəsi kimi uçota alınan icarəyə götürülmüş investisiya məqsədi daşıyan əmlakın icarəsinin maliyyə hesabatlarında qiymətləndirilməsi və əməliyyat içarəsi çərçivəsində içarəçiyə verilmiş investisiya məqsədli daşınmaz əmlakın icarəyə verənin maliyyə hesabatlarında qiymətləndirilməsi zamanı tətbiq edilir. Bu Standart 14 nömrəli “İcarə üzrə” Milli Mühasibat Uçotu Standartında əhatə olunan, həmçinin aşağıda göstərilən məsələlərə tətbiq olunmur:
- kənd təsərrüfatı fəaliyyəti ilə bağlı bioloji aktivlərə;
- neft, təbii qaz və digər tükənən analoji resurslar kimi ehtiyatlara və
onlarla bağlı hüqüqlara.
Daşınmaz əmlaka investisiyalar üzrə” Kommersiya təşkilatları üçü 27 nömrəli standartda istifadə edilmiş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
İlkin dəyər dedikdə, aktivin əldə olunması üçün ödənilmiş pul vəsaitləri və ya oların ekvivalentlərinin məbləği, yaxud həmin aktivin əldə olunması və inşası zamanı verilmiş digər əvəzləşdirmənin ədalətli dəyəri və ya münasib hallarda ilkin tanınma zamanı digər MMUS-nın xüsusi tələblərinə əsasən bu aktivə aid edilmiş məbləğlər başa düşülür.
Daşınmaz əmlaka investisiyalar (investisiya məqsədli daşınmaz əmlak) dedikdə, aşağıdakılar istisna olmaqla, icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması məqsədilə, və ya hər iki məqsəd üçün saxlanılan (mülkiyyətçi və ya maliyyə icarəsi şərtlərinə əsasən icarəçi tərəfindən) əmlak başa düşülür (torpaq və ya tikili, ya da tikilinin bir hissəsi, və yaxud hər iki hissəsi):

  1. malların istehsalı və ya təchizatı, yaxud xidmətlərin göstərilməsi üçün istifadə edilən və ya inzibati məqsədlər üçün saxlanılan; və ya

  2. adı fəaliyyət zamanı satış məqsədilə saxlanılan


Yüklə 41,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin