Mövzu İqtisad elmləri sis­te­mində əsas öyrənmə və şərh



Yüklə 141,36 Kb.
səhifə6/8
tarix31.10.2022
ölçüsü141,36 Kb.
#66951
1   2   3   4   5   6   7   8
MOVZU 4

İnsan modeli – müxtəlif sosial-iqtisadi sistemdə fəaliyyət göstərən insan və onu fəaliyyətə gətirən amillər haqqında təsəvvür yaratmaqdır.İnsan modeli – fərdi səciyyələndirən əsas parametrləri, yəni insanın iqtisadi fəallığına təkan verən amilləri,onun məqsədini və insanın öz məqsədinə çatması üçün dərketmə imkanlarını özündə ehtiva edir.
İqtisad elmi insanların iqtisadi davranışlarını aydınlaşdırmağa çalışır. Yəni onların maddi və mənəvi nemətlərin yaradılması, bölgüsü və istifadəsi zamanı fərdi və ictimai hərəkətlərini öyrənir. İnsan modelini nəzəri təhlil üçün ilkin şərt kimi götürən nəzəriyyəçi alimlər təklif, tələb, rəqabət, mənfəət, istehlakçı davranışı haqqında özlərinin çoxsaylı nəzəriyyələrini yaradırlar.İqtisad ədəbiyyatında insanın «modelləşdirilməsi»nin 4 istiqaməti xüsusi olaraq qeyd edilir.
Birinci istiqamət – ingilis klassik məktəbinəmarjinalistlərə və neoklassiklərə məxsusdur. Bu istiqamətdə hazırlanmış «iqtisadi insan» modelində ön plana fərdin eqoist marağı, pul əldə etmək marağı çəkilir, deməli, iqtisadiyyatla məşğul olan insan daha çox pul, gəliri əldə etmək məqsədilə fəaliyyət göstərir (bu model XVIII əsrdə irəli sürülmüşdür). Bu modeldə «iqtisadi adam» azad rəqabət şəraitində fəaliyyət göstərir və onun fəaliyyəti kənar qüvvələr tərəfindən məhdudlaşdırılmır (dövlət tərəfindən). Bu şəraitdə fəaliyyət göstərən insan imkanların və resursların məhdud olduğu şəraitdə az məsrəflə daha çox nəticə əldə etməyə çalışır.
İkinci istiqamət – keynsçi məktəbəinstitusionistlərə və tarixi məktəbə aiddir. Bu modeldə insanı iqtisadi fəaliyyətlə məşğul olmağa stimul yaradan yalnız maddi nemət, pul əldə etmək marağı deyildir. Ənənələrə, adətlərə əməl etmək, nüfuzunu gözləmək, həyatdan ləzzət almaq və s. kimi psixoloji amillər də rol oynayır. Bu modeldə tarazlıq yaratmaq üçün dövlətin prosesdə iştirakı vacib sayılır.

Yüklə 141,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin