Mövzu İqtisad elmləri sis­te­mində əsas öyrənmə və şərh



Yüklə 141,36 Kb.
səhifə8/8
tarix31.10.2022
ölçüsü141,36 Kb.
#66951
1   2   3   4   5   6   7   8
MOVZU 4

4.5.Məlumatlı vətəndaş olmaq.
Tarix boyunca dünyanın müxtəlif ölkələrinə, tarixlərinə, cəmiyyətlərinə, mədəniyyətlərinə və ideologiyalara uyğun olaraq vətəndaşlığa yanaşmalar və ənənələr dəyişir və vətəndaşlıq anlayışı da müxtəlif formalarda başa düşülür.
“Yaxşı vətəndaş olmaq və yaxşı insan olmaq həmişə eyni deyil”.
Aristotel
Vətəndaşlığın mənşəyi qədim Yunanıstan ilə əlaqəlidir, o zaman "vətəndaş"lar dövlətin işlərində iştirak etmək hüququ olan şəxslər idi. Ancaq hər bir kəs vətəndaş sayılmırdı: kölələr, kəndlilər, qadınlar və ya rezident əcnəbilər yalnız subyektlər idi. Vətəndaş statusuna sahib olan şəxslər üçün iştirak hüququ yalnız bir haqq deyil, həm də ilk növbədə bir vəzifə hesab edildikdən sonra "ləyaqətli vətəndaş" və ya "yaxşı" vətəndaş ideyası bu konsepsiyanın mühüm tərkib hissəsi olmuşdu. Öz vəzifələrini yerinə yetirməyən hər bir vətəndaş cəmiyyət qaydalarını pozmuş hesab edilirdi.
Vətəndaşlıq siyasi və tarixi kontekstləri özündə birləşdirməli olan kompleks və çoxölçülü bir reallıqdır…
Demokratik vətəndaşlıq, demokratik bir cəmiyyətdə çoxlu vətəndaşları olan xüsusilə də hüquq və vəzifələri olan bir sistemdə fərdi şəxslər tərəfindən fəal iştiraka aid edilir.
Avropa Şurasının Demokratik Vətəndaşlıq Proqramı üzrə Təhsilə dair Məsləhətləşmə Görüşü, 1996
Vətəndaşlıq konsepti günümüzün ən geniş yayılmış vətəndaşlıq anlayışında da əks olunmuşdur, bu anlayış fərd və dövlət arasındakı hüquqi əlaqə ilə bağlıdır. Dünyadakı bir çox insanlar bir və ya başqa bir milli dövlə tin qanuni vətəndaşlarıdırlar və bu onlara müəyyən imtiyazlara və ya hüquqlara sahib olmaq haqqı verir. Vətəndaş olmaq da həmçinin dövlətin yurisdiksiyasına uyğun olaraq ondan gözlənilən müəyyən vəzifələrin icrasını qarşıya qoyur. Beləliklə, vətəndaşlar da öz dövlətləri üçün müəyyən öhdəliklər yerinə yetirirlər və bunun qarşılığında mühüm maraqlarının qorunmasını dövlətdən gözləyə bilərlər.
Ancaq vətəndaşlıq konsepsiyası qanuni vətəndaşlıq anlayışından daha çox məna daşıyır. Buna baxmayaraq, vətəndaşlıq anlayışı hüquqi vətəndaşlıqdan daha çox mənalara malikdir. Hazırda “vətəndaşlıq” hüquqi anlayışdan daha geniş məna kəsb edir və - digərləri ilə yanaşı – şəxsin özünü aid hiss etməsi ilə əlaqədardır, məsələn, özünü formalaşdıra və birbaşa təsir göstərə biləcəyin cəmiyyətə aid hiss etmək.
Belə bir cəmiyyət bir sıra elementlər vasitəsil ə, məsələn, ümumi əxlaq norması, identik hüquq və öhdəlikl ər dəsti, ortaq mədəniyyətə sadiqlik və ya identiklik hissi kimi vasitələr ilə müəyyən edilə bilər. Coğrafi baxımdan “cəmiyyət” adətən bir-birindən fərqlənən iki səviyyədə müəyyən olunur – şəxslərin yaşadığı yerli cəmiyyətlər və şəxslərin aid olduğu dövlətlər.
Biz şəxslər və cəmiyyət arasındakı əlaqəni cəmiyyətdə qəbul edilə bilən və mövcud olması vacib hesab edilən dörd ölçü üzrə alt sistemlərdə qruplaşdıra bilərik: siyasi / hüquqi ölçü, sosial ölçü, mədəni ölçü və iqtisadi ölçü.

Vətəndaşlığın siyasi ölçüsü siyasi hüquqlara və siyasi sistemlə əlaqəli öhdəliklərə aid edilir. Bu ölçünün inkişafı siyasi sistem üzrə biliklərdən və demokratik münasibətlərin və iştirak bacarıqlarının təşviqindən irəli gəlməlidir.
Vətəndaşlığın sosial ölçüsü cəmiyyətdə şəxslər arasında davranışa və sadiqlik və həmrəylik üzrə ölçü meyarına uyğun olaraq aparılmalıdır. Sosial bacarıq və cəmiyyətdə sosial əlaqələr üzrə biliklər bu ölçünün inkişafı üçün vacib hesab edilir.
Vətəndaşlığın mədəni ölçüsü ümumi mədəni irsin dərk edilməsin ə aid edilir. Mədəni cəhətdən ölçü mədəni irs, tarix və əsas bacarıqlar (oxumaq, yazmaq və dil bacarıqları) üzrə biliklər vasitəsi ilə inkişaf etdirilməlidir.
Vətəndaşlığın iqtisadi ölçüsü insanların, əməyin və istehlak bazarının bir - biri ilə qarşılıqlı əlaqəsinə əsaslanır. Bu ölçmə, işləmək hüququnu və minimum yaşayış səviyyəsini nəzərdə tutur. İqtisadi bacarıqlar (işlə əlaqəli olan və digər iqtisadi fəaliyyətlər) və peşə üzrə professional təhsil bu iqtisadi ölçünün yerinə yetirilməsində əsas rol oynayır.

Vətəndaşlığın qeyd olunan bu dörd ölçüsü məktəblərdə, ailələrdə, vətəndaş təşkilatlarında, siyasi partiyalarda və eləcə də birliklərdə, kütləvi informasiya vasitələrində, qonşuluqda və yaşıd qruplarda yer alan sosiallaşma prosesləri vasitəsilə əldə edilir. Stulun dörd ayağında olduğu kimi hər bir şəxsin də bu dörd ölçmə üsulu ilə özünü balanslı və bərabər bir şəkildə yoxlamaq imkanı olmalıdır. Əks halda tam vətəndaşlığın balansı olmayacaqdır.
Sual: Özünüzün hara mənsub olduğunuzu qəbul edirsiniz?
Biz cəmiyyətin bir hissəsi olaraq onun inkişafında iştirak edə, təsir göstərə və rifahına töhfə verə bilərik. Buna görə də vətəndaşlıq cəmiyyətimizdə vacib rol oynayan fəaliyyət kimi başa düşülür. Cəmiyyətdə belə iştirak qonşularımız arasında, formal və ya formal olmayan ictimai bir qrup daxilində, ölkəmizdə və ya bütün dünyada ola bilər.
Fəal vətəndaşlıq anlayışı cəmiyyətin bütün iştirakçıları üçün həyatı yaxşılaşdırmaqdan ötrü iştirak vasitəsilə icmanın yaxşılaşması istiqamətində çalışmaqla bağlıdır.
Demokratik vətəndaşlıq, vətəndaşlığın demokratik prinsiplərə və pluralizm kimi dəyərlərə, qanunun aliliyinə və insan ləyaqətinə hörmətə əsaslanmalı olduğu fikrini göstərən yaxın mənalı bir anlayışdır.
Yüklə 141,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin