Mövzu İqtisad elmləri sis­te­mində əsas öyrənmə və şərh



Yüklə 141,36 Kb.
səhifə3/8
tarix31.10.2022
ölçüsü141,36 Kb.
#66951
1   2   3   4   5   6   7   8
MOVZU 4

Makroiqtisadiyyat – hər bir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.
Makroiqtisadiyyat (q.yun. μακρός — "böyük" və q.yun. οἶκος — "ev, təsərrüfat" sözlərindən) — milli iqtisadiyyatın strukturunu və fəaliyyətini, eləcə də dövlətin həyata keçirdiyi siyasətin bu fəaliyyətə necə təsir etdiyini öyrənən elm sahəsidir. Makroiqtisadiyyat sözü "macro" böyük, "iqtisadiyyat" sözlərinin birləşməsindən yaranıb. Adından da göründüyü kimi, iqtisadiyyatın bu qolu fərdi bazarlar səviyyəsində deyil, iqtisadiyyatdakı fəaliyyəti, strukturu, davranışı və qərarverməni ümumilikdə öyrənir.
Mikroiqtisadiyyatla birlikdə, makroiqtisadiyyat iqtisadiyyat elminin ən ümumi iki sahəsini formalaşdırır.
Makroiqtisadiyyatın əsas göstəricilər: Ümumi Daxili Məhsul (ÜDM),  Ümumi Milli Məhsul (ÜMM), işsizlik dərəcəsiQiymət İndeksləridir (İnflyasiya, ÜDM deflyatoru) ki, bununla da iqtisadi vəziyyət haqqında ümumi məlumatı verir. Həmçinin makroiqtisadiyyatda bir çox iqtisadi amillər (gəlir, istehsal, istehlak, işsizlik, inflyasiya, yığım, investisiya, beynəlxalq ticarət və beynəlxalq maliyyə) arasında qarşılıqlı əlaqəni və təsiri göstərmək üçün bir çox modellər mövcüddür. Əksinə, mikroiqtisadiyyat isə, fərdi agentlər: istehsalçılar, istehlakçılar, satıcılar və alıcılar üzərinə fokuslanır və onların bazarda qiyməti və miqdarı necə müəyyən etdiyini öyrənir.
Makroiqtisadiyyat da simvolik olaraq iki əsas hissəyə bölünür:

  • Qısamüddətli (Short-Run): qısamüddətli dövrdə iqtisadiyyatda başverən hadisələrin səbəbini və nəticəsini öyrənir.

  • Uzunmüddətli (Long-Run): uzunmüddətli dövrdə iqtisadi artımı təmin edəcək komponentlərin və yolların öyrənir.

İlk dəfə makroiqtisadiyyat termini Norveç iqtisadçısı Raqnar Friş tərəfindən 14 avqust 1934-cü ildə elmə daxil edilmişdir. Müasir makroiqtisadi nəzəriyyənin banisi isə, 1936-cı ildə "Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi" (ing. The General Theory of Employment, Interest, and Money) adlı əsərin müəllifi olan ingilis iqtisadçısı Con Meynard Keyns hesab olunur.
Makroiqtisadiyyat çoxsayda anlayışları və görtəriciləri əhatə edir, ancaq bunlar 3 mərkəzi kategoriya birləşir. Makroiqtisadiyyat adətən istehsal, işsizlik və inflyasiya fenomenləri ilə əlaqəlidir. Makroiqtisadiyyatdan kənarda da bu göstəricilər butun iqtisadi agentlər (işçilər, alıcılar və istehsalçılar) üçün də əhəmiyyətlidir.

Yüklə 141,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin