Mövzu İstehlak mallarının keyfiyyətinə verilən estetik tələblər


sosioloji, funksional, erqonomik, gigiyenik, estetik, texnoloji, davamlılıq, etibarlılıq, iqtisadi



Yüklə 27,11 Kb.
səhifə2/4
tarix06.12.2022
ölçüsü27,11 Kb.
#72769
1   2   3   4
Movzu 6 Estetik tələblər

sosioloji, funksional, erqonomik, gigiyenik, estetik, texnoloji, davamlılıq, etibarlılıq, iqtisadi və s. kimi tələblərə ayırmaq olar.
Mala verilən sosioloji tələblər, geniş mənada – bu və ya digər malın istehsalının ictimai tələblərə müvafiq olmasıdır. Statistik göstəricilərin təhlili, istehlak modellərinin tərtib edilməməsi və sosioloji tədqiqatlar bu tələbləri aşkar etməyə imkan verir. Bu cür təhlillərin əsasında malların optimal çeşidi tərtib edilir.
Funksional tələblər – məmulatın əsas funksiyasının yerinə yetirilməsinə verilən tələblərdir. Əgər mal funksional tələblərə müvafiq olmazsa, bu zaman o öz təyinatına görə istifadə oluna bilməz.
Estetik tələblər – məmulatın formasına, konstruksiyasına, xarici tərtibatına və digər xüsusiyyətlərinə verilən tələblərdir. Onlar malın ictimai dəyərini, yararlığını, səmərəliliyini, funksional məqsədəuyğunluğunu, istifadəsinin rahatlığını, həmçinin əhalinin zövqünə və modaya müvafiqliyini aşkar edir.
Məmulatın forması üzvü surətdə təyinatı ilə, yaşayış mənzilinin xüsusiyyətləri ilə (ölçüsü, işıqlanması) və binanın daxili görünüşü ilə təzad yaratmalıdır.
Estetik tələblər məmulatın üsluba, modaya, zövqə müvafiqliyi nəzərdə tutur. Moda dedikdə adətən müəyyən ictimai şəraitdə bu və ya digər zövqlərin məişətin zahiri formalarında, paltarda, ayaqqabıda nisbətən yayılmış təzahür forması başa düşülür. Sosioloji –iqtisadi şəraitin dəyişilməsi və müəyyən vaxtın keçməsi ilə əlaqədar olaraq moda dəyişilir.
Məişət mallarının tərtibatında və həmçinin memarlıqda, incəsənətdə nisbətən uzun müddət dəyişmədən qalan, tarixi olaraq yaranan ümumiləşmiş vəsaitlər sistemi və bədii təsviri üsulla STİL (üslub) hesab edilir.
Üslubun təzahür xüsusiyyətlərini mebelin tərtibatının, xalçaların, hörmələrin və tikmənaxışlı məmulatların, daşdan, ağacdan, metaldan, papyemaşdan olan məmulatların, həmçinin zərgərlik, bəzək şeylərinin, heykəllərin və s. konstruksiyasında və xarici tərtibatında müşahidə etmək olar.
Dəqiqləşdirilmiş və ümumən qəbul edilmiş, göstərilən əşyaların zahiri tərtibatında və işlərini saxlamış üslublara roman, qotik, İntibah dövrü, barokko, rokoko, ampir üslubları hesab edilir. Üslub modanın müxtəlifliyini və onun istiqamətini nəzərdə tutur.

Yüklə 27,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin