Mövzu istehsal xərcləri və mənfəət. Firmanın gəlirləri və mənfəətinin maksimumlaşdırılması


AR=TR:Q (bir məhsuldan əldə olunan gəlir)



Yüklə 43,63 Kb.
səhifə3/5
tarix16.12.2023
ölçüsü43,63 Kb.
#181086
1   2   3   4   5
4-cü mövzu

AR=TR:Q (bir məhsuldan əldə olunan gəlir)
Marjinal gəlir isə əlavə bir məhsul satışı həyata keçirilən zaman firmanın məcmu gəlirindəki artımdır. Bu göstərici aşağıdakı kimi hesablanır.
MR= =
Marjinal gəlirin tapılmasının digər bir yolu isə məcmu gəlir funkiyasının törəməsini tapmaqdır.
MR= =
Firmaların fəaliyyətinə qiymət verərkən istifadə olunan göstəricilərdən biri də mənfəətdir.
Firmanın mənfəəti
Mənfəət sahibkarlıq fəaliyyətinin iqtisadi səmərəlilik göstəricisidir Mənfəət firmanın gəliri ilə xərclərinin arasındakı müsbət fərqdir ki, bu da sahibkarın iqtisadi fəaliyyətinin əsas məqsədidir.
İqtisadi ədəbiyyatlarda mənfəətin iki növü fəqləndirilir:

  1. Mühasibat mənfəəti;

  2. İqtisadi mənfəət.

Mühasibat mənfəəti dedikdə məcmu gəlirlə sənədlərdə əks etdirilən bilən aşkar xərclərin fərqi nəzərdə tutulur.
Müh.Mənfəəti= Məcmu gəlir-Aşkar xərclər
Bunlara işçilərə verilən əmək haqqı, xammala çəkilən xərclər, kirayə, istehsal vasitələrinin alması üçün bankdan götürülən kredit və s. aiddir.
İqtisadi mənfəət dedikdə isə məcmu gəlirdən həm aşkar xərclərin, həm də gizli (alternativ) xərclərin çıxılması nəticəsində yerdə qalan vəsait nəzərdə tutulur.
İqtisadi mənfəət=Məcmu gəlir-(Aşkar xərclər+Gizli gəlir)
Fərz edək ki, siz iqtisadi analiz üzrə mütəxəsissiniz və hər hansı bir şirkətdə 1000 manat maaş alırsınız. Bir az sonra qərar verirsiniz ki, öz şirkətinizi qurmalısınız. Bu zaman siz illik 12 min manatlıq gəlirdən imtina etmiş olursunuz. Bu sizin öz biznesinizi qurmağınızın alternativ və ya gizli xərclərdir.
Davam edək:bina kirayə götürməklə, işçilərə əmək haqqı verməklə və kompüterlər, printer və digər invertarlar almaqla siz şirkətinizi açmaq üçün 30 min manat xərc çəkirsiniz. Bu isə sizin aşkar xərclərinizdi. İlin sonunda siz iqtisadi təhlilləri və bazar araşdırmalarını satmaqla 40 min gəlir əldə edirsiniz.
İndi isə iqtisadi və mühasibat mənfətlərini hesablayaq.

Yüklə 43,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin