Mövzu istehsal xərcləri və mənfəət. Firmanın gəlirləri və mənfəətinin maksimumlaşdırılması


Orta və son hədd xərcləri (marjinal xərclər)



Yüklə 43,63 Kb.
səhifə2/5
tarix16.12.2023
ölçüsü43,63 Kb.
#181086
1   2   3   4   5
4-cü mövzu

Orta və son hədd xərcləri (marjinal xərclər).

Məcmu xərclər əyrisi isə forma baxımından VC əyrisi ilə eynidir amma onun başlanğıc nöktəsi kordinat başlanğıcı deyil, FC əyrisinin başladığı nöktədir. Çünki istehsal olmasa, məcmu xərclər (TC) sabit xərclərə (FC) bərabərdir.
Orta xərclər məcmu, sabit və dəyişən xərclər üçün hesablana bilər. Orta məcmu xərclər hər bir məhsula düşən xərcləri əks etdirir, yəni məhsulun maya dəyəridir. Orta məcmu xərclər (ATC) (və ya Orta xərclər-AC) məcmu xərclərin istehsalın həcminə (Q) bölməklə hesablanır.
ATC= TC/Q
Orta sabit xərclər (Average Fixed Cost - AFC) bir məhsula düşən sabit xərci əks etdirir və sabit xərclərin (FC) istehsal həcminə (Q) bölünməsi ilə hesablanır:
AFC= FC/Q
Orta dəyişən xərclər (Average Variable Cost - AVC) bir məhsula düşən dəyişən xərci əks etdirir və dəyişən xərclərin (VC) istehsal həcminə (Q) bölünməsi ilə hesablanır:
AVC= VC/Q
Marjinal xərclər (Marginal Cost - MC) istehsal həcminin bir vahid artırılması nəticəsində məcmu xərclərdə baş verən dəyişmədir. MC məcmu xərclərdəki dəyişmənin (ΔTC) istehsal həcmindəki dəyişməyə (ΔQ) nisbəti kimi hesablanır.
MC= ΔTCn - ΔTCn-1

4.Firmanın gəlirləri və mənfəəti
Firmanın ümumi gəliri dedikdə, istehsal olunmuş məhsul və xidmətlərin satışından əldə edilən pul vəsaiti nəzərdə tutulur. Gəlirin kəmiyyətinə aşağıdakı iki amil təsir göstərir;
1) istehsal edilmiş məhsulun həcmi;
2) qiymətlərin səviyyəsi.
Firmanın istehsal etdiyi məhsulu satan zaman qarşılığında əldə etdiyi vəsait firmanın gəliri adlanır. Firma, azad rəqabət bazarında əmələ gələn qiymətlərlə bazarın imkan verdiyi qədər məhsul reallaşdıra bildiyinə görə ümumi gəlir (TR) istehsal edilmiş məhsulun dəyərinə (QP) bərabər olur.
Yəni: TR=QxP (Ümumi gəlir= istehsal həcmi x qiymət)
Firmanın orta gəliri isə məhsul vahidinə görə belə müəyyən olunur:

Yüklə 43,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin