Mövzu istehsal xərcləri və mənfəət. Firmanın gəlirləri və mənfəətinin maksimumlaşdırılması



Yüklə 43,63 Kb.
səhifə1/5
tarix16.12.2023
ölçüsü43,63 Kb.
#181086
  1   2   3   4   5
4-cü mövzu


MÖVZU 4. İstehsal xərcləri və mənfəət. Firmanın gəlirləri və mənfəətinin maksimumlaşdırılması.
Plan:

  1. İstehsal xərclərinin mahiyyəti.

  2. Sabit, dəyişən və ümumi xərclər.

  3. Orta və son hədd xərcləri (marjinal xərclər).

  4. Firmanın gəlirləri və mənfəəti

  5. Mənfəətin maksimumlaşdırılması prinsipləri.

  6. Azalan məhsuldarlıq qanunu.

  7. Uzunmüddətli dövrdə istehsal xərclərinin təhlili.




  1. İstehsal xərclərinin mahiyyəti.


İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr istehsal amillərinə çəkilən xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir
Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir. Firmanın əldə etdiyi mənfəət birbaşa olaraq xərclərlə bağlıdır. Əgər xərclər gəlirdən olarsa, mənfəət, çox olarsa, zərər formalaşar.

Q

FC (Sabit xərclər)

VC (Dəyişən xərclər)

TC (Ümumi xərclər)

MC (Marjinal xərclər)

0

10000

0

10000




1

10000

1800

11800

1800

2

10000

3500

13500

1700

3

10000

5100

15100

1600

4

10000

6600

16600

1500

5

10000

8400

18400

1800

6

10000

10400

20400

2000

7

10000

13400

23400

3000

8

10000

17400

27400

4000

9

10000

22400

32400

5000

10

10000

28400

38400

6000


Əvvəlcədən də qeyd etdiyimiz kimi qısamüddətli dövrdə müəyyən xərclər sabit olur. Bu səbəbdən məcmu xərclər (total cost – TC) sabit xərclər (fixed cost – FC) və dəyişən xərclər (variable cost – VC) kimi iki hissəyə ayrılır.


  1. Sabit, dəyişən və ümumi xərclər.


Qısamüddətli dövrdə məcmu xərclər (TC) sabit xərclər (FC) və dəyişən xərclərin (VC) cəmidir. Sabit xərclər (FC) istehsal miqdarından asılı olamayan, ona bağlı artıb azalmayan xərclərdir. Hətda firma istehsal etməsə belə, bu xərcləri ödəməlidir. Məsələn, tütün zavodu 5 illik fəaliyyət lisenziyası üçün 5 il müddətinə bankdan götürdüyü 50 min manatı dövlət rüsumu kimi ödəyir. Sadə şəkildə hesablasaq firma il ərzində banka 10 min manat ödəniş həyata keçirməlidir. Başqa sözlə, şirkətin mənfəət və ya zərər etməsindən, istehsalı artırıb və azaltmasından və ya dayandırmasından asılı olamayaraq o banka il ərzində 10 min manat ödəməlidir. Burada qısamüddətli dövr 1 il ola bilər, çünki 1 il ərzində ödəniləcək məbləğ eyni qalır. 5 ildən sonra isə firma bankdan yenidən kredit götürüb-götürməmək məsələsini müzakirə edə biləcəyi üçün sözügedən xərc artıq sabit xərclər yox, dəyişən xərc olur. Bu səbəbdən də 5 il və daha böyük vaxt kəsiyi müəssisə üçün uzunmüddətli dövr sayılır.
İstehsalın həcmindən asılı olan ödəmələr isə dəyişən xərclər (VC) adlanır. Bu xərclərə adətən xammal və əmək haqqı xərcləri daxil edilir. Çünki, firma istehsal həcmini artırmaq istədikdə daha çox işçi qəbul edir və daha çox xammal alır. Azaltmaq istədikdə isə xammal alışını azaldır və kollektivdə ixtisarlar həyata keçirir.
Burada bir məsələyə diqqət yetirmək lazımdır. Dövrlərin qısa və uzunmüddətli kimi bölünməsi nisbidir. Başqa sözlə, bir xərc növü təhlil edilən dövrün böyüklüyündən asılı olaraq dəyişən və ya sabit ola bilər. Misalımızı genişləndirək: fərz edək ki, firmada çalışan işçilərlə 1 illik əmək müqaviləsi bağlanılıb və müqavilə bitməmiş işdən azad etməyə görə təzminat illik maaş həcmindədir. Bu zaman işin gedişatı zamanı ixtisar mümkün olmayacaq və il bitənədək işçiləri işdə saxlamaq vacibdir. Bu halda əgər biz şirkətin rüblük fəaliyyətini təhlil etsək, bu zaman xammal xərcləri dəyişən xərclər, işçilərə veriləcək əmək haqqı və kredit ödənişi isə sabit xərc kimi nəzərə alınmalıdır. 2 illik hesabatlarda isə xammal və əmək haqqı xərcləri dəyişən, kredit ödənişləri isə sabit xərclərə aid ediləcək.
Yuxarıda adını çəkdiyimiz xərcləri qrafik olaraq təsvir etsək, görərik ki, istehsal həcmindən asılı olmadığı üçün FC əyrisi üfüqi xətt kimi çəkilib. VC əyrisi isə istehsal həcmi artdıqca artan bir xərcləri əks etdirdiyindən müsbət meylliliyə malik bir əyridir.



  1. Yüklə 43,63 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin