Mövzu: Kərtənkələnin skeleti Skeleti



Yüklə 9,79 Kb.
səhifə2/3
tarix19.12.2023
ölçüsü9,79 Kb.
#185809
1   2   3
DOC-20231122-WA0008.

Balıqlar və suda-quruda yaşayanlar üçün xas olan parasfe- noid rudiment şəklində qalır. Onun qabağında xış və damaq sümükləri vardır. Bu sümüklərin yanlarında xoanalar yerləşir. Qanadvari sümüklərin arxa ucları həm əsas pazvari, həmdə kvadrat sümüklərinə birləşir. Kərtənkələ və ilanlarda kvadrat sümüyü kəllə qutusu ilə hərəki birləşir və alt çənəni kəlləyə birləşdirir. Köndələn sümüklər qanadvari və üst çənə sümükləri arasında yerləşib kəlləni daha da möhkəmləndirirlər. Kərtənkələnin gicgah nahiyəsində enli çuxur-yan gicgah çuxuru yerləşir. Bunların daxili hissəsində sütun sümükləri yaxşı görünür.

Visseral kəllə

Visseral kəllə. Çənə qövsü, digər amniotlarda olduğu kim kəskin dəyişikliklərə uğrayıb və mürəkkəbləşib. Kvadrat vəsütun sümükləri ilk üst çənə olan damaq-kvadrat qığırdağının sümükləşməsi nəticəsində əmələ gəliblər. Dəri mənşəli da-maq və qanadvari sümüklər damaq-kvadrat qığırdağının üstünü örtür və qeyd etdiyimiz kimi, kəllənin dibini təşkil edirlər. Alt çənənin əsas sümüklərindən biri diş sümüyüdür. Bundan başqa burada kvadrat sümüyü ilə birləşmiş oynaq sümüyü,dəri mənşəli künc və ilk dəfə reptililərdə əmələ gələn künc-üstü və tac sümükləri vardır. Dilaltı qövsün üst elementi olan hiomandibulare – üzəngi ilk eşitmə sümüyü şəklində orta qulaq boşluğuna keçir. Dilaltı qövsün qalan hissələri nazik dilaltı sümüyü şəklində dilaltı aparatını təşkil edir.

Onurğa

Onurğa. Sürünənlərin onurğası 4 hissədən ibarətdir: boyun, döş-omba, çanaq və quyruq. Sinfin əksər nümayəndələrində fəqərələr öndən basıq arxadan isə qabarıqdar (prosöldür).

Boyun

Boyun hissəsində 8 fəqərə vardır. Onlardan birincisi atlas, ikincisi isə epistrofey adlanır. Epistrofeyin ön hissəsində diş şəkilli çıxıntı vardır ki, bu da epistrofelə bitişmiş birinci fəqərənin cismidir. O, sıx arakəsmə ilə üst və alt hissələrə dəliklərə ayrılır. Diş şəkilli çıxıntı atlasın alt dəliyinə girir və belə quruluş kəllənin daha hərəkətli olmasını təmin edir. Boyun fəqərələrinin dördüncüdən səkkizinciyə qədərində sərbəst qurtaran qabırğalar yerləşir.Döş-oma hissəsi qabırğalarla təchiz olunmuş 22 fəqərədən ibarətdir. Çanaq fəqərələrinin sayı ikidir, cisimləri nisbətən qısa və enlidir. Bunlarda köndələn çıxıntılar vardır. Çanaq fəqərələri çanaq qurşağına birləşir.


Yüklə 9,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin