Mövzu Kimyəvi silahlar və onlardan qorunma üsulları. 1-ci tədris sualı. Kimyəvi silah haqqında məlumat. Kimyəvi silahlar



Yüklə 56 Kb.
səhifə6/20
tarix31.03.2022
ölçüsü56 Kb.
#54489
1   2   3   4   5   6   7   8   9   ...   20
M-8

Toksiki xassələri: İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4-24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2-3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3-5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur.

Əgər iprit buxarları gözə düşərsə, 2-4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir.

İprit buxarları tənəffüs yollarına düşdükdə 4-12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.

İprit mədə-bağırsaq yollarına düşdükdə 30-60 dəqiqədən sonra mədədə kəskin ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədə-bağırsaq zəhərlənmələri çox halda ölümlə nəticələnir.

İprit gizli təsir dövrünə malikdir və onun müddəti zəhərli maddənin dozasından, fərdi hissiyyatdan və xarici mühitin temperaturundan asılıdır.

Deqazasiyaxlorlu əhəng, xloramin B və T, hipoxlorid turşusunun kalsium duzlarından ipriti neytrallaşdırmaq üçün istifadə edilir. Deqazatorlar ipriti sulfoksid və başqa maddələrə çevirir.

Lyuizit – Asetilenin alüminium xlorid AlCl3 iştirakında arsenxloridlə təsirindən (AsCl3) lyuizit alınır. Lyuizit üç maddənin birləşməsindən ibarət olub rəngsiz, yağlı maye halındadır və xoşagəlməz iyə malikdir. Xüsusi çəkisi 1,9 q/sm3, qaynama temperaturu 930 C , mənfi 150 C-də bərk kütləyə çevrilir, uçucu maddədir, onun buxarları da insanları zəhərləyə bilir. Suda çətin, üzvi həlledicilərdə yaxşı həll olur.

β-xlorvinildixlorarsin di – (β-xlorvinil)-xlorarsin tri – (β-xlorvinil)-arsin

(α-lyuizit ) (β-lyuizit) (γ-lyuizit)

Zəhərlənmə təsirinə görə lyuizit ipritə oxşardır, ancaq onun özünün də xüsusi əlamətləri vardır. Bunlardan əsası odur ki, lyuizitin gizli inkişaf dövrü yoxdur. Lyuizit dəriyə düşdükdə həmin an yandırma hiss olunur, sonra qızartı və şiş əmələ gəlir, köpün əmələ gəlmə mərhələsi 2-ci günün sonuna kimi qurtarır. Sonra köplər açılaraq yara əmələ gətirir. Lyuizitin buxarları ilə nəfəs aldıqda əvvəlcə yuxarı tənəffüs orqanları zədələnir, sonra öskürək və burundan su axma kimi əlamətlər olur. Yüngül zəhərləmələrdə belə hallar bir necə saat, ağır hallarda isə bir necə sutka davam edir. Ağır zəhərlənmələr ürəkbulanma, baş ağrıları, səsin batması, qusma və bronxların iltihabı ilə nəticələnir.

Lyuizitin damcıları gözə düşdükdə 7-10 sutkadan sonra insan görmə qabiliyyətini itirir.

Lyuizit mədə-bağırsaq traktına düşdükdə ürəkbulanma, qan təzyiqinin aşağı düşməsi halları olur və daxili orqanların zədələnməsi inkişaf edir.

Tənəffüs orqanlarının və mədə-bağırsaq traktının zəhərlənməsində təcili tibbi yardım çağırmaq və bütün hallarda sanitar təmizlənmə aparmaq lazımdır.

İlk yardım: əgər lyuizitin damcıları geyim və yaxud dəri üzərinə düşərsə, zəhərlənmiş sahəni fərdi kimya əleyhinə paketdə olan məhlul, yaxud xloramin məhlulu ilə deqazasiya etmək lazımdır. Gözlərə bu ZM –rin damcıları düşdükdə onları 2%-li soda məhlulu və ya zəif (0,1%-0,2%) xloramin məhlulu ilə yaxalayırlar.




Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin