Mövzu Kimyəvi silahlar və onlardan qorunma üsulları. 1-ci tədris sualı. Kimyəvi silah haqqında məlumat. Kimyəvi silahlar



Yüklə 56 Kb.
səhifə9/20
tarix31.03.2022
ölçüsü56 Kb.
#54489
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
M-8

5. QICIQLANDIRICI ZM

Bu qrup ZM özündə elə maddələr cəmləşdirir ki, onlar da selikli qişalara burun, boğaz, ciyərlər və ya dəriyə qıcıqlandırıcı təsir göstərir. Bu maddələri 2 qrupa ayırmaq olar: – lakrimatorlar – burun, boğaz və gözün selikli qişalarını qıcıqlandıran, nəticədə yaş axma ( göz bəbəklərinin spazmı) və burun axması əmələ gətirən maddələr («lakrime» yunan sözü olub göz yaşı deməkdir) və sternitlər – yuxarı tənəffüs yollarının selikli qişasının sinir sonluqlarını qıcıqlandıran, nəticədə öskürək, qusma, asqırma və başağrısı əmələ gətirən maddələr.

Qıcıqlandırıcı zəhərləyici maddələrə Adamsit və Sİ-EC daxildir.

Adamsit – 1918-ci ildə amerikalı alim Adams tərəfindən alınmışdır. Kimyəvi adı dihidrofenarsazinxloriddir. Kimyəvi formulu: HN(C6H4)AsCl. Təmiz adamsit sarımtıl-yaşıl rəngli, iysiz, kristal maddədir. Qaynama temperaturu 4100 C, suda demək olar ki, həll olmur, əksər üzvi həlledicilərdə isə çətin həll olur. Texniki adamsit toz halında və ya ərimiş kütlə halında olub, ərimə temperaturu 190-1950 C-dir. Adamsit yuxarı tənəffüs orqanlarına güclü qıcıqlandırıcı təsir göstərir (öskürək, asqıraq, burun qişasından çoxlu selik axması, sinədə ağrı və göynəmə). Havada 3 mq/l qatılıqda 10 dəqiqə nəfəs aldıqda ölümlə nəticələnir.

İlk yardım: zəhərlənmiş şəxsə əleyhqaz geydirib onu zəhərlənmiş sahədən çıxardıqdan sonra, fərdi kimya əleyhinə paketdə olan tüstü əleyhinə məhlulu çıxarıb əleyhqazın içərisinə yeritməklə, yaxud zərərçəkənə qoxulatmaqla deqazasiya etmək lazımdır.

Mühafizə vasitəsi – əleyhqaz. Deqazasiya otağın havasını dəyişməklə aparılır. Adamsit kimyəvi kəşfiyyat cihazı vasitəsi ilə müəyyən edilir.


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin