Mövzu: Kreativ, tənqidi və analetik düşüncə formaları yamşaq bacarıqların tərkib elementi kimi


Analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi metodları



Yüklə 28 Kb.
səhifə7/7
tarix02.01.2022
ölçüsü28 Kb.
#46138
1   2   3   4   5   6   7
3 Kreativ dusunce

4. Analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi metodları

Analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi metodları kimi aşağıdakıları göstərmək olar:

- Riyazi məsələlərin həlli: Riyazi məsələlər həll etmək problemləri mərhələlərə ayırmağı öyrədir və analiz qabilliyətini artırır. Praktiki analiz bacarıqlarının inkişafı üçün riyazi məsələlər həll etmək tövsiyə olunur.

- Zehin oyunları: Bir çox insanın hobbisi olan oyunları öyrənmə vasitəsinə çevirə bilərsiniz. Strategiyalar quraraq oynanılan oyunlar dərin düşünməyi və analitik bacarıqların inkişafı təmin edən vasitələrdir. Bu cür oyunları ilə əylənərkən analitik bacarıqları inkişaf etdirmək olar. Lakin alüdəçisi olmamağa diqqət edin.

- Detektiv kitablar və filmlər: Boş vaxtlarınızda detektiv janrda olan kitablar oxumaq və filmlərə baxmaqla analiz qabiliyyətinizi artıra bilərsiniz. Bu əsərlər hadisələr arasında bağlantı qurmağa, təfərrüatlara diqqət yetirməyə və baş verənləri sorğulamağa kömək edəcəkdir.

- Müzakirə klublarına qoşulmaq: Bu qruplar insanların fərqli mövzularda ünsiyyət quraraq fikirlərini inkişaf etdirmələri və fərqli perspektivləri araşdırmaları üçün çox faydalıdır. Analitik bacarıqların və özünü ifadə etmə bacarıqlarının inkişafı müzakirələrə qoşulmaqla əldə edilə bilər.

- Detallara diqqət etmək: Analitik düşüncənin əsası detallara diqqət etməkdir. Problemləri həll edərkən problemi təfərrüatlarına bölərək qiymətləndirmək lazımdır. Analitik bacarıqları inkişaf etdirmək üçün hər cür detal üzərində düşünmək vacibdir.

- Bağlantıları araşdırmaq: Gündəlik həyatda olduğu kimi iş həyatında proseslər bir birinə bağlı olur. Bu bağlantıları araşdırmaq analitik bacarıqların inkişafına kömək edir.

Analitik düçüncə qabiliyyəti inkişaf etmiş insanlar araşdırmağa və sorğulamağa daha çox meyllidirlər. Hətta ümumi olaraq qəbul edilmiş nəzəriyyələri araşdırıb sorğulaya bilərlər. Bu şəkildə son nəticənin şəraitdən asılı olaraq dəyişə biləcəyinin fərqində olurlar.
Yüklə 28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin