Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


Layihələrin idarə edilməsində tərəfdaşlığın həyata keçirilməsi mərhələləri



Yüklə 2,16 Mb.
səhifə59/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   55   56   57   58   59   60   61   62   ...   84
C fakepathmuhazire toplusu

2. Layihələrin idarə edilməsində tərəfdaşlığın həyata keçirilməsi mərhələləri.
Heyyətin idarəedilməsi daha geniş anlayiş olan insan resurslarının idarəedilməsinin mühüm elementidir. İRİE-də bir fakt diqqət mərkəzində saxlanılır ki, işçi kimi istifadə edilən insanlar maliyyə və material resurslarından az vacib olmayan resurslardır və bunlara diqqət və qayğı ayrılmalıdır.
Muzdlu işçilər passiv şəkildə tabe olmur və rəhbərlik tərəfindən manipulyasiya yaxud diktatorluqa dözmürlər, onlar özlərinin işə götürülməsinə və idarəedilməsinə daha peşəkarlıqla yanaşılmasını getdikcə daha çox dərəcədə gözləyir və bunu tələb edirlər. Davranış sahəsində tədqiqatlar göstərirki, bu tələblərə rəhbərin savadlı reaksiyası firmanın xeyrinə işləyir.
Heyyətin idarə edilməsi və İRİE arasında aşağıdakı qarşılıqlı əlaqələr və müxtəliflikləri göstərmək olar.
Heyyətin idarəedilməsi praktiki utilitar və alət sferasıdır. O əsasən öz diqqətini inzibatçılığa və siyasətin tətbiqinə cəmləmişdir. Bunun əksinə, İRİE strateji parametrlərə malikdir və firma hüdudlarında insan resurslarının ümumi yerləşdirilməsini nəzərdən keçirir. Beləliklə, İRİE aşağıdakı kimi problemləri nəzərdən keçirəcəkdir.

  1. Ümumi korporativ plan kontekstində təşkilati işçi qüvvəsinin ümumi (aqreqatlaşdırılmış) həcmini

  2. Keyfiyyət səviyyəsi, məhsulun qiyməti, istehsalın həcmi və s. üzrə strateji qərarların nəzərə almaqla işçi qüvvəsinin hazırlanmasına yönəldilməli olan vəsaitin həcmini;

  3. Bütövlükdə təşkilat üzərində səmərəli idarəetmə nəzarəti təmin etmək məqsədilə həmkarlar təşkilatı ilə qarşılıqlı münasibətlərin qurulmasını;

  4. İnsan kapitalının uçotunu, başqa sözlə xərclərin və alternativ kadr siyasətindən maliyyə faydasının sistematik qiymətləndirilməsi və təhlili və firmanın işçilərinin insani dəyərlərinin qiymətləndirilməsini.

İRİE –nə strateji yanaşma firmanın heyyətini ümumi korporativ planlaşdırma prosesinə və firmanın strategiyasının işlənib hazırlanması proseduralarına qoşaraq insan resurslarını idarəedilməsinin bütün istiqamətlərinin inteqrasiyasını özündə birləşdirir.
İRİE aktivliyi işçi qüvvəsinin daha məhsuldar istifadə edilməsinin yeni istiqamətlərini aşkar edilməsinə, bununla da firmanın rəqabətqabiliyyətliliyini yüksəldilməsinə çalışması ilə xarakterizə olunur.
Praktikada İRİE –nə strateji yanaşmanın qəbul edilməsinin bəyan edilməsi özündə aşağıdakı addımları birləşdirə bilər:

  1. Missiyanın elan edilməsi zamanı İRİE sahəsində firmanın siyasətinin əsas istiqamətlərinin qısa şəkildə ümumiləşdirilməsi;

  2. Firmanın strategiyasının əsas istiqamətlərinin və yeni ciddi layihələrin hər birinin firmanın işçiləri üçün hansı nəticələrə gətirəcəyi barədə təsəvvürlərin şərh edilməsi;

  3. Təşkilati quruluşun dizaynının elə işlənib hazırlanması ki, bu insanları təşkilati dəyişməz qurulşuna uyğunlaşmağa məcbur etməsin, əksinə işçilərin tələblərini ödəsin.

  4. İRİE rəhbərlərinin firmanın direktorlar şurasının tərkibinə daxil edilməsi

Bu gün heyyət üzrə menecerlərdən əmək məhsuldarlığının yüksəldilməsinə və keyfiyyətin yaxşılaşdırılmasına, yaradıcı düşüncənin stimullaşdırılmasına, rəhbərlik və korporativ vərdişlərin inkişaf etdirilməsinə ciddi töhvə verməsi, həmişə olduğundan daha çox tələb olunur.
II. İRİE sadəcə olaraq dəyişikliklərin firmada qəbul edilmiş iş praktikası üçün nəticələri ilə deyil, dəyişikliklər menecmentinin daha geniş aspektləri ilə məşğul olur. İRİE çevik yanaşmaların və yeni üsulların tətbiqinin aktiv sürətdə stimullaşdırılmasına çalışır.
III. İRİE –nin aspektləri təşkilati inkişaf üzrə tapşırıqlar üçün əsas ilkin materialı verir.
IV. Heyətin idarə edilməsi reaksiya verici və diaqnostik xarakter daşıyır. O əmək qanunvericiliyində, əmək bazarının konyukturasında dəyişikliklərə, həmkarlar ittifaqlarının hərəkətlərinə, dövlət tərəfindən tövsiyyə edilən praktika kodekslərinə və biznes mühitin təsirin digər elementlərinə reaksiya verir. İRİE isə göstəriş verici xarakter daşıyır və bu strategiyaya yeni fəaliyyət növlərinin ortaya çıxarılmasına və təzə ideyaların işlənib hazırlanmasına aid olur.
V. İRİE firma hüdudlarında muzdlu əmək sferasında qarşılıqlı münasibətlər sahəsində firmanın siyasətinin ümumi istiqamətlərini müəyyən edir. Beləliklə, təşkilat hüdudlarında, işçilər arasında əməkdaşlıq və qarşılıqlı münasibətləri yaxşılaşdırmağa kömək edən xüsusi mədəniyyətin yaradılması zərurəti meydana çıxır. Onun əksinə, heyətin idarə edilməsi daha çox firmada qəbul edilmiş qayda və proseduralara işçilər tərəfindən riayət edilməsinin qayğısına qalır və buna görə də tənqidə məruz qalır.
VI. Heyətin idarə edilməsi öz perspektivlərinin qısa müddətliliyi ilə xarakterizə olunur. Lakin İRİE uzun müddətli perspektivə malikdir, təşkilatın insan resurslarının bütün aspektlərinin vahid tama inteqrasiya etməyə və işçilər üçün böyük məqsədlər müəyyən edilməsinə çalışır.
VII. İRİE üçün xarakterik olan yanaşma aşağıdakıların zərurətini qeyd edir:

  • təkcə işçi kollektivlərinin nümayəndələri ilə deyil işçilərin özləri ilə də bir sıra kommunikasiyaların yaradılması;

  • çevik iş üsullarının tətbiqi üçün əlverişli olan təşkilati mədəniyyətin işlənib hazırlanması;

  • qrup işi və qupun qərarlarının içşlənib hazırlanmasında işçilərin iştirakı;

  • təkcə özünün cari vəzifələrinin yerinə yetirilməsində rəqabətqabiliyyətliliyi səviyyəsinə nail olunması ilə kifayətlənməyərək işçilərin perspektiv imkanlarının yaxşılaşdırılması.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin