Sistemli yanaşma və inteqrasiya Sistem öz aralarında və mühit ilə sıx əlaqəsi olan müəyyən elementlərdən təşkil olunmuşdur. Bu elementlər işçi qruplar ilə qarşılıqlı əlaqədə olmaqla yanaşı idarəetməni təmin edirlər. Sistemlər nisbətən kiçik və sadə, yaxud böyük və mürəkkəb ola bilərlər. Bu mənada layihəyə təşkilat, məlumatın idarə edilməsi və insan–maşın sistemlərinə baxıldığı kimi, ona eyni zamanda mürəkkəb bir sistem kimi də baxmaq olar. Sistemli yanaşmamüxtəlif şərtlər və qarşılıqlı əlaqələr komplaekslərini özündə birləşdirən bir elmi sahə və ya fəndir. Onun köməyilə real sistemləri sadələşdirilmiş vəziyyətdə modelləşdirmək mümkündür. Sistemli idarəetmə layihənin texniki, təşkilati, dəyər, müddət və digər parametrləri üçün spesifikasiyanın işlənib hazırlanması, daha sonra onların planlaşdırılması, layihələndirilməsi, müəyyən işlərin icrası və yoxlanılması üçün texniki göstəricilərin işlənib hazırlanması deməkdir. Sistemli idarəetmə sistemli təhlil, sistemli layihələndirmə, mühəndislik və sistemli inkişaf xüsusi yer tutur. Sistemli inteqrasiyamüxtəlif işləri, cəhdləri, maraq və nəticələri, o cümlədən onların əlaqələndirilməsi, məqsədə çatmaq üçün nəzarəti və layihənin uğurunu özündə birləşdirir. İnteqrasiya layihə menecerinin ən əsas funksiyalarından biridir. İnteqrasiyanın fərdi yanaşmadan, texniki biliklərdən, təşkilati, inzibati və idarəetmə vərdişlərindən daha çox asılıdır.
Layihələrin idarə edilməsində tərəflər arasında müqavilələrin bağlanılması mexanizmi.
Layihənin qiymətləndirilməsi layihənin həyat qabiliyyətinin və gətirəcəyi gəlirin təhlili deməkdir. İqtisadi və maliyyə hesablaşmalarından başqa layihənin qiymətləndirilməsinə ətraf mühitin, sağlamlığın,təhlekəsizliyin və layihənin yerinə yetirilməsinin ekspertizası daxildir. Layihənin nəticələri müxtəlif aspeklər üzrə qiymətləndirilir :
iqtisadi uğur;
Layihənin yerinə yetirilməsinin təhlili;
həyat qabiliyyəti;
müxtəlif müştəri qruplar üçün faydası və faydasızlığı;