5. Layihələrin idarə edilməsində işgüzar ünsiyyətin psixoloji aspektləri. Təchizat anlayışına aşağıdakı aspektlər daxildir :
investisiyaların effektivliyi nöqteyi nəzərindən verilən təkliflərin qiymətləndirilməsi və seçilməsi;
təchizatın və müqavilələrin strategiyası;
“təchizat prosesi” nin təhlili;
müqavilə sınıdlərinin hazırlanması;
məhsul və xidmətlərlə təminat;
təchizatçının seçilməsi;
alınan materialların və avadanlıqların saxlanılması;
anbarın təftiş edilməsi;
alınan malların yerinə çatdırılması;
alınan malların istifadəsinə nəzarət edilməsi.
Müqavilələrin idarə edilməsi prosesi layihənin və təchizatın idarə edilməsinin bir hissəsi olaraq ümumi məqsəd naminə aşağıdakı işlər çərçivəsində yerinə yetirilir:
müqavilələrin hazırlanması;
müqavilələrin yerinə yetirilməsi;
müqavilə üzrə işlərin başa çatdırılması;
müqavilələrin təkrar nəzərdən keçirilməsi və zəruri halda düzəlişlərin edilməsi.
Bu işlərin tərkib hissələri aşağıdakılarından ibarətdir :
müqavilənin öhdəlik, zəmanət, qiymət, ödəniş forması və təqvim planı ilə bağlı maddələrinin hazırlanması və razılaşdırılması;
müqavilənin təhlili və layihə üzrə şəxsi heyətin öhdəliklərinin hazırlanması;
müqavilənin bütün bəndlərinin, yəni müqaviləyə əlavə olunan və dəyişikliklərə məruz qalan hər hansı bir müdəaların yerinə yetirilməsi.
İddiaların idarə edilməsi iddiaları müəyyənləşdirmək və tənzimləmək məqsədilə layihədəki iqtisadi göstəricilərin, dəyişikliklərin və kənarlaşmaların qiymətləndirilməsinə nəzarətə xidmət edir. Eyni zamanda bu işə şəxsi iddiaların formalaşması, hazırlanması, qanunlaşdırılması və ya opponentlərinin iddialarından müdafiə olunması prosesləri də daxildir. Layihədə mövcud vəziyyəti nizamlayan bütün müqavilə müddəaları (qanunlar, öhdəliklər və proseslər) eyni hüquqi qüvvəyə malikdirlər. Bu normativ aktlar müvafiq dövlət qanunları əsasında tərtib edilir. Məs, cinayət məcəlləsi, şirkətlər kommersiya fəaliyyəti haqqında qanunlar, əmək və müqavilə qanunları, sağlamlığın qorunması və təhlükəsizlik üzrə qanunlar və digər (məlumatların qorunması, insan hüquqları, planlaşdırma və s.) müddəalar nəzərə alınır.
Keyfiyyət məhsulu və ya xidməti xarakterizə edən müəyyənləşdirilmiş tələblərə cavab verən parametrlər çoxluğudur. Keyfiyyətə nəzarət dedikdə, kefiyyət sahəsində aparılan siyasət, habelə məqsəd və cavabdehlik sistemini müəyyənləşdirən bütün fəaliyyət növləri nəzərdə tutulur. Keyfiyyətə nəzarət sistemi keyfiyyətin planlaşdırılması, keyfiyyətə nəzarət, zəmanət və keyfiyyətin yaxşılaşdırılması kimi vasitələrlə həyata keçirilir. Keyfiyyətə nəzarət sistemi keyfiyyətə nəzarəti həyata keçirmək üçün tələb olunan təşkilati struktur, texnoloji proses, əməliyyatlar və ehtiyatlardan ibarətdir. Bir qayda olaraq keyfiyyətə nəzarət prosesinin üç fərqli mərhələsi mövcuddur :
keyfiyyətə zəmanət (KZ) işlərin keyfiyyətli yerinə yetirilməsini əvvəlcədən müəyyənləşdirmək üçün texnoloji proseslərə və sənədlərə olan tələblərdir;
keyfiyyətə nəzarət (KN) yerinə yetirilən işlərin və onların nəticələrinin keyfiyyət səviyyəsini qiymətləndirən metod və vasitələrdən ibarətdir;
keyfiyyətə ümumi nəzarət (KÜN) təşkilatın keyfiyyəti diqqət mərkəzində saxlamaq şərti ilə onun idarə edilməsi metodudur. Bu istehlakçının ehtiyaclarını ödəmək yolu ilə satış sahəsində uzun müddətli uğur qazanmağa təminat verir və əməkdaşlara məqsədlərinə çatmaq çatmaq üçün şərait yaradır. Bu iş məhsulun yaxud xidmətin daima təkmilləşməsi prinsipi istiqamətində qurulur. Keyfiyyətə nəzarət üzrə aparılan bütün işlər layihələrin idarə edilməsi sahəsinin bir bölməsidir və bu işin yerinə yetirilməsinə görə komanda üzvlərinin hər biri məsuliyyət daşıyır.
Danışıqlar dedikdə hər hansı bir problemin həll edilməsi üçün bir neçə partnyor və ya cəlb olunmuş qruplardan təşkil olunmuş tədbirlər nəzərdə tutulur. Bu tədbir ya ümumi razılıq, ya da hər hansı bir qərarın çıxarılması ilə nəticələnə bilər. Adətən qərarlar addım-addım və mərhələlərlə formalaşır. Burada prosedurlar müəyyənləşdirilir və həm tərəflər, həm də işə cəlb olunan insanlar seçilir. Buna misal olaraq müqavilə ilə bağlı görüşləri və ya vasitəçilik prosedurunu göstərmək olar. Bu , danışıqların aparılması üçün ən mühüm məsələlərdən biridir. Danışıqlar aparmaq üçün adətən görüşlər təşkil edilir. Görüşlərin təşkili prosesinə hazırlıq işləri, görüş prosesinin idarə edilməsi və görüşdən sonrakı işlər daxildir. Görüşlərin idarə edilməsi metodları onların məzmunu (obyektiv və subyektiv materiallar), proseduru, sinxronlaşdırılması, məlumat və qərarların qəbul edilməsi texnologiyaları, eyni zamanda sənədləşmə işləri ilə sıx bağlıdır. Bu kimi aspektlər ayrı-ayrı şəxslərlə danışıqlar aparılarkən də öz qüvvəsini saxlayır. Danışıqların predmeti aşağıdakılar ola bilər:
layihənin məqsədinin sifarşçi ilə razılaşdırılması;
layihənin təsdiq edilməsi üçün yerli rəhbərlər ilə razılaşdırılmalı;
müqavilələr və ya ərizələr üçzrə iddiaların razılaşdırılması;
layihənin idarə edilməsi komandasına götürələcək şəxslərlə danışıqların aparılması.
Partnyorların maraqlarına toxunulursa, digər razılaşmalar əldə oluna bilər və ya heç bir razılıq əldə olunmur, yaxud danışıqlar nəticəsiz sona çatdırılır. Hazırlıq işləri (vaxt, dəvət olunan şəxslər, mövqe, məqsədlər, ilkin informasiyalar və s.), realizasiya və qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi layihələrin idarə edilməsi prosesində mühüm komponentlərdən biri sayılır.