2. Layihələrin idarə edilməsində işgüzar mədəniyyətin prinsipləri. İşin mürəkkəbliyinin qiymətləndirilməsinin istənilən üsulu aşağıdakı şərtləri tələb edir.
Qiymətləndirilməli olan vəzifə mükəlləfiyətlərinin olması
Vəzifə öhdəliklərinin təklifi və onlara konkret qiymətləndirmə üsulunutətbiq edaən komitənin yaradılmasi . Əagər işin mürəkkəbliyinin qiymətləndirilməsi bir şaəxs tərəfindən aparilarsa onun nəticələri işçilərin etibarıni qazanmayada bilər. Buna görədə bu işdə komitələrin aistifadə edilmaəsi qiymətləndirmə nəticələrinə şübhələri aradan qaldırır.
Hazırda işin mürəkkəbliyinin qiymətləndirilməsinin üç üsulu daha geniş yayilmışdır.Bunlar aşağidakılardır.
Ranqlaşdırma . bu üsul analitiq üsul deyiladir, belə ki, iş yaratdiğı təəsürat aəsasında bütövlükdə qiymətləndirilir.
Mürəkkəbliyə görə təsnifatlaşdıram- yarımanalitik üsuldur. Bu zaman peşə ixtisas tələblərinin qərəzsiz lakin tam mükəmməl olmayan təhlil aparılır.
Maddələr üzrə reytinq- peşə ixtisas tələblərinin çox dəqiq tədqiqatını tələb edən analitik üsuldur
Ronqlaşdırma üsulunu istifadə edən zamanı komitə hər bir vəzifəni (iş növünü) bütövlükdə, əhəmiyyətinə və dəyərliliyinə görə qiymətləndirir. Bəzən ranqlaşdırmanı işi sadələşdirmək üçün iş yerlərinin ierarxiyasında yeri hamı tərəfindən qəbul edilmiş iki iş növü istifadə edilir. Beləliklə də iş yerləri ardıcıl cütlər kimi müqayisə edilərək ranqlaşdırılır. Məsələn N-saylı ranqlaşdıtma üçün N (N-1)/2 qədər müqayisə aparmaq lazımdır başqa sözlə 20 işi ranqlaşdırmaq üçün 190 müqayisə aparmaq lazımdır.
Ranqlaşdırma üsulu aşağıdakı üstünlükləri vardır;
Çox tez nəticə verir və böyük inzibati səylər tələb etmir
Praktiki cəhətdən eynicinsli işlərin qiymətləndirilməsi üçün rahatdır
İşin mürəkkəbliyinin qiymətləndirilməsinin ranqlaşdırma üsulu bir sıra çatışmamazlıqlara da malikdir;
Bu üsulun tədqiqinin nəticələrini asanlaşdırmaq çətindir, belə ki, o təəsuratlara əsaslanır və demək olar ki, intuitiv qiymətləndirmədir.
Bu üsulu işlərin məzmununa, mürəkkəbliyinə, həcminə görə kəskin fərqləndiyi iri firmalarda istifadə etmək mümkün deyil .
Bu üsul bir işin digər işdən ranqına görə fərqini göstərir, lakin bir işin digərlərindən nə qədər vacib olduğunu izah etmir.
Mürəkkəbliyə görə təsnifatlaşdırma üsulu işin bütün növlərini daxil etmək mümkün olan çərcivəni təmin edir. Bu zaman əvvəlcədən əməyin ödənilməsinin neçə dərəcəsinin yaxud qrupunun olacağı müəyyənləşdirilir sonra isə hansı iş növlərinin hansı qrupa düşməsi müəyyənləşdirilir. Ən aşağı qrupa elə işlər aid edilir ki, onlar çox ciddi bacarıq tələb etmir və ciddi nəzarət altında yerinə yetirilir. Hər bir növbəti qrupda işin yerinə yetirilməsi üçün zəruri olan ustalıq, bilik, öhdəlik və məsuliyyət səviyyəsi artır. Sonradan komitə üzvləri hər bir vəzifə üçün peşə- ixtisas tələblərini sadalayır və bunları müəyyən edilmiş qrupun tələbləri ilə müqayisə edərək müvafiq qrupa terləşdirir. Son nəticədə firmanın hər bir iş növü öz qrupunu tapır.
Mürəkkəbliyə görə təsnifatlaşdırma üsulunun üstünlükləri aşağıdakılardır.
Çoxlu vaxt və vəsait tələb etməyən sadəlik
Komitənin qərarı hər bir qrupun mövcudluğu ilə təsdiq edilə bilər
Bu üsulun müəyyən çatışmamazlıqları da vardır;
Bir qayda olaraq hər bir qrupa kompleks iş növlərini yerləşdirmək mümkün deyil, onların hər biri ayrı-ayrı qrupların əlamətlərini ifadə edə bilər
Qeyd edilən bu çətinliklə əlaqədar əsas qrupları yarımqruplara ayırmaq zərurəti yaranar ki, bu da həmin üsulun tətbiqini mürəkkəbləşdirir
Bu üsul ilk baxışda göründüyündən daha az obyektivdir. Əsasən iş növləri komitənin peşə-ixtisas tələblərini öyrənməsindən əvvəl qiymətləndirilir. Bu da firmanın rəhbərinə imkan verir ki, qruplaşdırma sistemini elə qursun ki, vəzifələrin əksəriyyəti aşağı dərəcəli qruplara düşsün. Belə manipulyasiyanın qarşısı o zaman alınardı ki, qrupların məzmunu və xarakteristikaları müstəqil mənbələr tərəfindən tərtib edilsin və nəşr edilsin.