3. Layihələrin idarə edilməsində işgüzar mədəniyyətin funksiyaları. Ballar üzre reytinq üsulu işin qiymətləndirilməsinin daha geniş yayılmış üsuludur. Bu üsulu tətbiq edərkən, əvvəlcə əsasında işin təhlil ediləcəyi amillər sırası müəyyən edilir. Fiziki əməyin ölçülməsi üçün yararlı olan ən sadə amillərə aşağıdakıları aid etmək olar;
Lakin bu amillərdən hər biri yenidən üç subamillərə bölünə bilər və beləliklə də on iki subamil yarana bilər. Məsələn “ustalıq” kateqoriyası “təhsil”, “təcrübə” və “məharət” kimi tərkib elementlərə bölünə bilər. İntelektual fəaliyyət növləri üçün mövcud amillərə vəzifə öhdəliklərinin mürəkkəbliyi, başqa işçilərlə əlaqə saxlamaq, konfedensial informasiya işləmək zərurəti və s.amillər əlavə edilə bilər.
Hər bir amil müəyyən ballar dəstinə malik olur. Komitə hər bir iş tipi üzrə peşə- ixtisas tələblərini təhlil edərək iş tipinə hər bir amil üzrə neçə bal vermək mümkün olduğunu müəyyənləşdirir.
İş tipinə verilmiş balların ümumi miqdarı digər iş tipinə verilmiş balların ümumi miqdarı digər iş tipinə verilmiş balların ümumi miqdarı ilə müqayisə edilərək təşkilati ierarxiyada bu və ya digər iş tipinin nisbi vəziyyətini müəyyən edir.
Layihə meneceri öz şərəfli vəzifəsini yerinə yetirməklə iqtisadiyyatın inkişafında böyük rol oynayır. Bu səbəbdən layihə meneceri öz işini peşəkar səviyyədə qurmalı, bütün etik normalara riayət etməli və komandanın üzvlərinin, tərəfdaşlarının, podratçıların, sifarişçinin etimadını qazanmalıdır.
1. Peşəkar Layihə meneceri yüksək standartların tələblərinə cavab verməli və fəaliyyəti üzrə :
müvafiq təhsilə, təcrübəyə və ya peşəkarlıq səviyyəsinə malik olduğu halda layihələri idarəetməyi və müəyyən məsuliyyəti öz üzərinə götürməyi bacarmalıdır;
peşəkar işgüzarlığını həmişə yüksək səviyyədə saxlamaq və ixtisasartırmanın və peşəkar sertifikat almağın əhəmiyyətini dərk etməlidir;
öz peşəsinin qədrini bilməli və onun nüfuzunu saxlamalıdır;
təcrübə mübadiləsində aktiv iştirak etməli və digər həmkarlarını bu işə cəlb etməlidir;