Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə22/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   18   19   20   21   22   23   24   25   ...   84
C fakepathmuhazire toplusu

Risk dərəcəsinin azaldılması:
 Riskin sığortası:
▪ mülkiyyətə dəyən ziyan (avtomobil yol qəzası, avadanlıqlar, materiallar)
▪ dolayısı yolla dəyən ziyan (avadanlıqların yerdəyişməsi, kirayəçilik, işlərdə fasilələr)
▪ hüquqi məsuliyyət
▪ şəxsi sığorta
 Təsirlərin təhlili:
▪ əsas təsirlər (ətraf və daxili mühitlər)
▪ layihənin daxili və ya xarici təsir qüvvələri
▪ etibarlılıq dərəcəsi və qeyri-müəyyənlik (təsiretmə diaqramları, risk ehtimalının qiymətləndirilməsi, riskin paylanması, riskin modelləşdirilməsi, həssaslıq dərəcəsi)
itkilərin qiymətləndirilməsi
▪ həyat dövrünün variantları

Antirisk tədbirləri
 riskin bölünməsi
 risk dərəcəsinin azaldılması (işləri dəyişməklə, büdcəyə yenidən baxmaq, keyfiyyət dəyişikliyi və s.)
 riskin başqa icraçılara ötürülməsi
 ehtiyatların planlaşdırılması (vasitələrin, müddətin)
qeyri-müəyyən vəziyyət
Risk hadisələrinə reaksiya vermək:
 siyasətin və prosedurların müəyyənləşdirilməsi
öhdəliklər
 risk modelləri
 monitorinq və icmal
tənzimləmə sistemləri
Risk üzrə verilənlərdən istifadə etmək:
keçmiş təcrübə üzrə biliklər bazası
 layihənin mövcud biliklər bazası
 layihənin qiymətləndirilməsi
 arxivləşdirmə.

Mövzu 5. Layihənin idarə edilməsi komandası
və onun əsas funksiyaları
5.1. Layihənin idarə edilməsinin iştirakçıları
5.2. Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyası (İPMA)
5.3. Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA)
5.4. Layihələrin İdarə Edilməsi İnstitutu (PMİ USA)
5.5. Layihənin təşkilati strukturunun yaradılmasında rəhbərin vəzifəsi

5.1. Layihənin idarə edilməsinin iştirakçıları
Layihə ihtirakçılarının tərkibi, rolu, funksiyasi və məsuliyyət bölgüləri layihənin növündən, miqyasından və onun mürəkkəbliyindən asılıdır. Qeyd etmək lazımdır ki, iştirakçılar arasında funksiyalar layihənin yerinə yetirilməsindən asılı olaraq dəyişilə bilər. Yalnız aşağıdakı funksiyalar hamıya bəlli olmalıdır və dayişdirilə bilməz.
1. Layihənin mahiyyəti tam açıqlanmalı, planlaşdırılmalı və onun təşəbbüskarı elan edilməlidir.
2. Layihədə maraqlı olan şəxslər və ya təşkilatlar müəyyənləşdirilməli, onun sifarişisi, sahibi, müştərisi elan edilməlidir.
3. Layihəni yerinə yetirmək üçün maliyyə dastəyi olmalı layihənin investitoru elan edilməlidir.
4. Layihəni hazırlayıb yerinə yetirmək üçün onun icraçıları elan edilməlidir.
5. Layihənin nəticəsində əldə olunan məhsul hər hansı bir istehsal və ya xidmət ilə xarakterizə olunur. Ona görə də layihənin istehsalatçıları olmalıdır .İstehsalat nəticəsində əldə olunan gəlir layihənin digər sahəsinə yönəlməlidir.
6. Layihəni idarə etmək üçün onun meneceri olmalıdır.
Hər bir layihə aşağıdakı tərəfləri də maraqlandıra bilər:
 yerli icra hakimiyyəti orqanlarını
 ictimai təşkilatları
 əhalinin müxtəlif təbəqələrini
 vətandaşları.
Layinənin prinsipial funksiyaları dəyişilmir. Sadə layihələrdə bütün funksiyalar bir şəxs tərəfindən yerinə yetirilə bilər. Mürəkkəb layihələrdə isə funksiyalar kiçik hissələrə bölünməklə onların yerinə yetirilməsinə çoxlu iştirakçılar işa cəlb olunurlar.
Layihənin baş ideoloqu və müəllifi onun təşəbbüskarıdır. Bu vəzifə layihənin iştirakçılarından istənilən birina tapşırıla bilər.
Layihənin müvəffəqiyyətlə yerinə yetirilməsində və nəticənin əldə edilməsində birbaşa marağı olan əsas tərəflərdən biri də onun sifarişçisidir. Sifarişçi layihənin gələcək sahibi və onun nəticələrindən istifadə edən tərəf sayılır. Sifarişçi layihənin əsas tələblərini və miqyasını müəyyənləşdirir öz vəsaiti və investorların hesabına layihəni maliyələşdirir layihənin əsas icraçıları ilə kontraktlar bağlayır və bunun məsuliуyətini daşıyır, eyni zamanda iştirakçılar arasında münasibətlər qurur. Sifarişçi layihəyə görə cəmiyyət və qanun qarşısında məsuliyyət daşıyır.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin