7.1. Keyfiyyətin təmin edilməsi sistemi Keyfiyyət sisteminə məhsulun keyfiyyətinə təsir göstərən layihə işləri daxildir. Bu sistem həmin işlər arasındakı qarşılıqlı əlaqəni əks etdirir. Beləliklə, keyfiyyət sistemi keyfiyyətin təmin olunması məqsədi üçün tələb edilən qarşılıqlı əlaqələrin şəbəkəsini əhatə edir. Keyfiyyət sistemi keyfiyyət sahəsində yürüdülən siyasətə əsaslanmalıdır. Keyfiyyətin təmin edilməsi sistemi müxtəlif hissələrə və yarımsistemlərə bölünə bilər. Bölünmə üsulu hər bir ayrıca layihənin özündən asılıdır. İndi bu bölgüyə nümunə göstərək:
▪ ilkin işlər;
▪ keyfiyyətin xüsusiyyətlərinin göstərilməsi;
▪ tədarükçü ilə əlaqə;
▪ istehsal;
▪ yoxlama;
▪ istehlakçı ilə əlaqələr;
▪ keyfiyyətin auditi;
▪ metrologiya;
▪ keyfiyyətə aid olan məlumatlar üzrə əks əlaqənin təmin edilməsi;
▪ işçi heyyəti;
▪ məhsulun təhlükəsizliyi.
Keyfiyyətin təmin edilməsi sistemi keyfiyyət üzrə təlimatda öz əksini tapmalıdır. Bu sənədin nüsxələri hər bir rəhbərə şəxsən təqdim edilməlidir. Keyfiyyətin təmin edilməsi üzrə formal və sənədləşdirilmiş sistemin tətbiqi səbəbləri:
Daxili tələbatlar: Layihə komandası hiss edir ki, vəzifə və öhdəlikləri dəqiq bölüşdürülmüş böyük layihələrdə keyfiyyət sisteminə ehtiyacı vardır.
İstehlakçının tələbləri: Şirkət keyfiyyətin təmin edilməsi sistemini tətbiq etmədən tədarükçü qəbul etmir.
Rəqabət: Şirkət hiss edir ki, o, keyfiyyət sistemini tətbiq edəndən sonra bazarda rəqiblərinə uduzur.
Rəsmi tələblər: Bir çox sahələrdə dövlət orqanları keyfiyyət sisteminin sənədləşdirilməsini və onu tətbiq etməyi tələb edir.
7.2. Layihələrdə keyfiyyət təminatı üzrə işlərin təşkili Keyfiyyətin təminatı üzrə işlərin təşkil edilməsinə aşağıdakılar daxildir:
▪ tələb edilən keyfiyyət səviyyəsinə nail olmaq üçün işlərin müəyyənləşdirilməsi;
▪ bu işləri yerinə yetirməyə görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsi;
▪ bütün işlərin funksional hissələrə bölünməsi;
▪ hər bir iş üzrə məsuliyyət daşıyanları və icraçılar müəyyən etmək;
▪ bütün işlər arasında əlaqələrin yaradılması.