Təkliflər və onların dəstəklənməsi. Layihələrin idarə edilməsi üzrə bacarıqlı məsləhətçilər bu sahədə böyük təcrübəyə malikdirlər. Onlar bir çox təkliflərin hazırlanması işinə cəlb edilmişlər və təşkilata layihənin inkişaf etdirilməsi üzrə qiymətli təkliflər verə bilərlər. Onlar təklifin inkişafında üç yolla iştirak edə bilərlər:
1. Onlar təşkilata səmərəli layihə idarəçiliyi prosedurlarını təklif edə bilərlər. Onlar öz iş yoldaşları qarşısında təklifi inkişaf etdirməyin, bu ideyanın layihəyə necə çevrilməsini və yaxşı idarə olunan təklifə sərf edilən enerjinin idarəçilik təcrübəsində tətbiq edilməsini nümayiş etdirə bilərlər. Onlar eyni zamanda yüksək qiymətləndirilən təkliflərin qeydə alınması məqsədilə bir çox şirkətlər tərəfindən istifadə edilən təkliflər də irəli sürə bilərlər.
2. Onlar təklif edilən işin həyata keçirilməsində istifadə olunacaq layihə idarəçiliyi metodologiyalarını əhatə edən təklifin mühüm hissəsini qeydə ala bilərlər.
3. Onlar təklifləri nəzərdən keçirə bilərlər. Kənar şəxs kimi onlar zəif və güclü cəhətləri qeyd etməklə təklifləri tənqid edə bilərlər.
Layihənin başlanmasında ofisin rolu. Layihənin uğuru daha çox layihənin necə işə salınmasından asılıdır. Təklif nə vaxtsa uğursualuğa düçar ola bilər. Layihə idarəçiliyi üzrə məsləhətçilər öz iş yoldaşlarına layihənin icrasına başlamağın nümunəvi təcrübəsini nümayiş etdirə bilərlər. Məsələn, onlar komandanın üzvlərinə ilk növbədə layihə qrafiklərini necə işləməyi öyrədə bilərlər. Onlar eyni zamanda layihənin başlanması üçün ilk görüşləri necə planlaşdırmağı izah edə bilərlər. Komanda üzvlərinin iki və daha çox görüşlərin keçirilməsi sahəsində təcrübə qazanmasından sonra onların daha layihə məsləhətçilərinin təlimatlarına ehtiyacı olmayacaqdır.
Layihə ehtiyaclarının təmin edilməsi. Layihələr icra edilərkən bir çox gözlənilməyən hadisələr meydana çıxa bilər. Məsələn, çox böyük əhəmiyyət aşıyan satıcılardan biri iflasa uğraya bilər, kontakt ilə əlaqəli münaqişələr baş alıb gedə bilər, yaxud sifarişçi layihənin daha tez bir zamanda başa çatdırılması məqsədilə yeni pul vəsaiti ayıra bilər. Bu zaman gözlənilən problemlər də meydana çıxa bilər. Yeni layihə işçi heyəti layihə üzrə cəhdləri, layihə komandasından az şedən çox şey yaratmağı tələb edən, büdcənin səviyyəsinin aşağı düşməsini və təşkilatın strukturuna daxil edilən yeni layihə idarəçilik proseduralarını necə planlaşdırmaq sahəsində köməyə ehtiyac duyur.
Layihə məsləhətçilərinin və mentorların ən zəruri funksiyası sadəcə orda olmaqdır- işçi heyətinin ehtiyac duyduqları layihə idarəçiliyi dəstəyi ilə təmin etməkdir. Layihə məsləhətçiləri layihə üzrə ehtiyacların vaxtında ödənilməsinə borcludurlarsa, onlar ən müxtəlif layihə tipləri üzrə bilgi və təsrübəyə malik olmalıdırlar. Onlar hər hansı bir problemin həll edilməsi sahəsində şəxsi biliyə malik deyillərsə, bu halda həmin məsələləri həll etmək məqsədilə onların və komandanın ixtiyarında olan məlumat mənbələrinə müraciət etməlidirlər.