Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


Layihə ofisinin faktiki yaradılması



Yüklə 2,16 Mb.
səhifə47/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   43   44   45   46   47   48   49   50   ...   84
C fakepathmuhazire toplusu

Layihə ofisinin faktiki yaradılması. Layihə ofisinin yaradılmasına icazə verilərsə, onda diqqət ofisin açılmasından öncə həll edilməli olan məsələlərin üzərinə yönəldilməlidir. Bu zaman aşağıdakı suallar meydana çıxır:
 Layihə ofisi hansı funksiyaları yerinə yetirməlidir?
 Ofis hansı işçilərdən təşkil olunacaq?
Həm təşkilati, həm də fiziki baxımdan ofis harada yerləşəcək?
Layihə ofisinin funksiyaları. Layihə ofisləri ən müxtəlif fəaliyyət növlərini həyata keçirə bilərlər. Müasir səviyyədə onlar bir və ya iki funksiyanı, məsələn, layihələrin idarə edilməsi üzrə standartların hazırlanması və kompüterdə qrafiklərin qurulmasını təmin etmək kimi funksiyanı yerinə yetirə bilər. Daha böyük planlar üzrə onlar məsləhət, treninq, standartlara əməl edilməsi və s. məsələlər üzrə tam xidmət sahələrinə malik olmalıdırlar. Layihə ofisinin yaradılarkən həll edilməli olan ilkin məsələlərdən biri onun nə etməli olduğunu müəyyənləşdirməkdir.
Layihə ofisinin yeri. Layihə ofisi istənilən müvafiq yerdə fəaliyyət göstərə bilər. Bir çox maliyyə qurumlarında, məsələn, bank və daşınmaz əmlakla məşğul olan şirkətlərdə layihə ofisləri məlumat sistemləri şöbələrinin nəzdində təsis edilir. Bunun böyük əhəmiyyəti vardır, çünki maliyyə təşkilatları tərəfindən icra edilən layihələr işçi heyyəti və təşkilatların elektron əlaqəyə girməsini tələb edir və həmin işin kökündə adətən, informasiya xidməti şöbəsinin özü dayanır. Mühəndisliyə əsaslanan təşkilatlarda layihə ofisi təşkilatın sənaye-mühəndislik fəaliyyətləri ilə əlaqələndirilə bilər. Digər başqa vəziyyətlərdə layihə ofisi müqavilələrin bağlanması, satış və maliyyə şöbələrində müstəqil funksional vahid kimi nəzərdən keçirilə bilər.

Mövzu 9. Layinənin idarə edilməsində kommunikasiya
9.1. Ünsiyyətin yaradılması metodları
9.2. Yerinə yetirilən işlərin planlaşdırılması metodları
9.3. Komanda ilə iş.

9.1. Ünsiyyətin yaradılması metodları
Layihənin idarə edilməsi onun həyata keçirilməsində iştirak edən insanların arasında intensiv ünsiyyət (kommunikasiya) vasitəsilə baş verir. Bu insanların daim ünsiyyətdə olması qarşıya çıxan, məsələlərin uğurla həll edilməsini təmin edir. Ünsiyyətin tələb olunan səviyyədə olması üçün aşağıdakı metodlardan istifadə olunur:
 Diskusiya metodları;
 Təqdimat metodları;
 Qiymətləndirmə metodları.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin