Tenderin hazırlanması prosedurları: Layihə əsasında fəaliyyət göstərən təşkilatlarda tenderin hazırlanması bütün cəhdlərə görə nümunəvi şəkildə işlənmiş proseduralara uyğun olmalıdır. Məsələn, təklif üzərində işləyən menecerin strateji xəttinin müəyyənləşdirilməsi, təklifi qeydə alan qrupun seçilməsi, təklifin inkişaf qrafikinin yaradılması, bunun çap edilməsi və müvafiq idarəetmə təşkilatlarından razılığın əldə edilməsi və s.
Layihələrin seçilməsi proseduraları. Layihənin uğuru, yaxud uğursuzluğu daha çox qaliblərin və məğlub olanların müəyyənləşdirilməsindən asılıdır. Potensial qaliblərin müəyyənləşdirilməsi məqsədilə layihənin seçim prosedurları sistematik qurulmalıdır. Layihə ofisi sonsuz sayda mövcud olan layihənin seçim metodologiyalarından müvafiq olanı seçilməlidir. Layihələrin seçilməsi emosional və siyasi faktorlara yox, məhz həmin layihələrin dəyərinə əsaslanmalıdır. Riskin müəyyənləşdirilməsi prosedurları. Layihə ofisi layihələr üzrə meydana gələ bilən xoşagəlməz halların siyahısını tutmalı və onların nəticələrini təsvir etməlidirlər. Riskin təsiri ilə bağlı təhlilləri asanlaşdırmaq məqsədilə bir çox metodlar işlənib hazırlanmışdır. Bunların arasında ssenarinin qurulmasından tutmuş Monte Karlo modelləşdirməsinə qədər olan üsulları misal göstərmək olar. Layihə ofisi həm də risklərin meydana çıxması, riskin aradan qaldırılması və riskin transferi kimi artıq qərarlaşmış metodlarına diqqəti cəmləyərək müvafiq yollar axtarmalıdılar.
Sənədləşdirmə standartları. Layihələrin idarə edilməsi zamanı bütün hadisələr sənədləşdirilir. Layihələrin mənşəyi adətən kağız üzərində qeyd edilir, bu daha çox layihə hazırlayan qrupun təkliflərə olan münasibətindən irəli gəlir. Təklifin özü də sənəd deməkdir. Büdcə üzrə sifarişlər, ətraf üzrə arayışlar, inkişaf haqqında hesabatlar və digər tələblər layihə yerinə yetirilərkən meydana gələn sənəd nümunələridir. Layihə ofisi adətən hansı sənədlərdən istifadə edilməsi, onlardan nə zaman istifadə edilməsi və onların necə hazırlanması haqqında təlimatlar hazırlayır. Bu rolu icra etməklə layihə ofisi layihə iştirakçılarının öz vəzifə borclarını vicdanla yerinə yetirmələrinə təminat verərək təşkilat daxilində ünsiyyəti gücləndirir. Bir qayda olaraq layihə ofisinə daxil olan işçilər məntiqə uyğun güzəşt zərurətinə qarşı davamlı proseslər üzrə irəli sürülən təklifləri balanslaşdırmalıdır. Əsas vəzifə sənədlərin standarta uyğunlaşdırılmasını müəyyənləşdirməkdirməkdir.