Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə40/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   36   37   38   39   40   41   42   43   ...   84
C fakepathmuhazire toplusu

Riskin müəyyənləşdirilməsi. Layihələrin yerinə yetirilmə prosesi başlandıqca verilən vədlər və müqavilələr tam gücü ilə işləmədikləri üçün uğursuzluqla nəticələnir. İcraçı sifarişçiyə altı aylıq işi dörd ayda çatdırmağı vəd edir. Əgər bu doğurdanda altı aylıq bir işdirsə, demək layihənin öz daxilinə uğursuluq virusu daxil edilmişdir. Layihə komandası vəd edilən vaxt çərçivəsində məhsul, yaxud xidmətin təhvil verilməsinə nail ola bilməyəcəkdir. Qrafikə əməl olunmadığı üçün layihə də həddini aşan xərclərlə üz-üzə gəlir. Bundan başqa, sifarişçi layihə komandasına olan etibarını itirir, çünki onlar verdikləri vədə əməl edə bilməmişlər. Təşkilatlar kontraktlar imzalamamışdan qabaq sifarişçilərə verdikləri vədləri müəyyənləşdirmək məqsədilə risk məsələlərini təhlil edirlər. Layihə idarəçiliyi üzrə məsləhətçilər real olubolmadığını müəyyənləşdirmək məqsədilə vəd edilmiş tədarük tarixlərini və büdcə qiymətləndirilməsini nəzərdən keçirirlər. Məsləhətçilərin öz tapşırıqlarını yerinə yetirdikləri zaman hesabata müvafiq qeydlər aparılır.
Layihənin bərpası. İnformasiya texnologiyası sahəsində aparılmış tədqiqatlardan görünür ki, layihə komandalarının yalnız çox cuzi hissəsi işi vaxtında, budcə çərçivəsində, həm də mövcud göstəricilərə uyğun olaraq yerinə yetirilir. Bir çoxları aekvat olaraq ən azı üç nöqsanın müşayəti ilə işin yerinə yetirilməsində uğursuzluğa uğrayır. Buna görə də, layihələrin çoxu bərpa səciyyəsinə malik olur ki, bu da həmin layihənin təkrar şəkildə necə deyərlər, yoluna salınması üçün xüsusi cəhdlərin göstərilməsini tələb edir. Layihənin işə salınması yüksək iş təcrübəsi və müdriklik tələb edir. Məsələn, layihələr müvafiq qrafiklərdən kənara çıxdıqda həmişə müəyyən mənbələrin tapılması problemi ortaya çıxır. Hər hansı bir problemi həll etməkdən belə bir həll üsulu daha asandır. Təcrübəli layihə idarəçəliyi üzrə məsləhətçilər layihənin bərpası metodu üzrə zəngin təcrübəyə malik olmalıdır. Onlar hansı işlərin lazım olduğunu, hansılarınsa lazım olmadığını bilirlər. Onlar layihənin yerinə yetirilmə səviyyəsini yüksəltmək məqsədilə öhdələrinə düşən vəzifəni daha da nümunəvi şəkildə yerinə yetirmək üçün qrafiklər qururlar (məsələn, RERT/CRM).

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin