8.4. İdarəetmə standartları və metodları Layihə ofisləri, təşkilatın daxilində layihənin idarə ediməsi və ekspertizası kimi işlərə yanaşı onlar layihələrin idarə edilməsi üzrə standart və metodları hazırlayırlar. Layihə idarəçiliyi metodu yaxşı tətbiq edilibsə, təşkilat daxilində hər bir kəsin xırda, yaxud cuzi bir iş görməsi də həyati əhəmiyyət kəsb edir. Bu xırda iş layihə ofisi tərəfindən hazırlanmış layihə idarəşiliyi standart və metodlarında iz qoyur.
Layihə üzrə işçi heyyəti nümunəvi şəkildə hazırlanmış standart və metodlarla onların layihədən layihəyə sabit xarakter daşıyan prinsiplərə əməl etməsini təmin edir. Standart və metodlar bir çox sahələrdə, o cümlədən layihə idarəçiliyi prosedurlarının yerinə yetirilməsi, sənədlərin hazırlanması və müvafiq komputer proqram sisteminin müəyyənləşdirilməsi sahəsində inkişaf etdirilməl və hazırlanmalıdır.
İcra mexanizmləri üzrə standartlar. Layihə ofisi qruplardan və bölmələrdən müvafiq məlumatı əldə etmək məqsədilə sabit layihə idarəçiliyi mexanizmi yaratmalıdır. Bu vəzifə vaxt tələb edir və asan deyildir, ancaq deməliyik ki, belə sabit proseduralar olmadan layihə idarəçiliyi ilə bağlı göstərilən səylər xaosdan başqa bir şey yarada bilməz. Təşkilata daha səmərəli işləməkdə kömək etməkdənsə, zəif prosedurlu layihə idarəçiliyinin tətbiqi təşkilatı ağır vəziyyətə sala bilər.
Sabit layihə idarəçiliyi proseduralarının inkişaf etdirilməsi balanslaşdırma aktını nəzərdə tutur. Prosedurlar layihələrin necə həyata keçirilməsi üzrə zəruri məlumatı təmin etmək üçün kifayət qədər aydın və təfərrüatlı olmalıdır, ancaq onlar yeni metodların tətbiqi ilə bağlı maneəyə çevrilən bürokratik aparata çevrilməməlidir. Layihə idarəçiliyi proseduraları vakuumda, yəni boş yerdə yaradıla bilməz. Prosedurları inkişaf etdirən şəxslər daima həmin layihələrin icrası ilə məşğul olan mütəxəsisslərələ ünsiyyətdə olmalıdırlar. Bu şəxslərin bir qismi birbaşa layihə komandalarında çalışırlar. Digərləri alış və istehlak deparyamenti, dizayn emalatxanası kimi funksional qruplarla əlaqəli ola bilərlər. Səmərəli proseduraların inkişaf etdirildiyi və həyata keçirildiyi halda bütün əsas səhmdarlar bunları qəbul etməli və onlar əsasında işləməyə qair olmalıdırlar. Layihə fəaliyyəti sahələri heç bir məhdudiyyət tanımır. Əsas layihə fəaliyyətləri sayıla bilən aşağıdakıları nəzərdən keçirək.