Arbitraj prosesində iştirakçılar üzərində 0-dan 5-ə kimi rəqəmlər olan 6 qiymətləndirmə vərəqi alırlar.
Qiymətləndirmə meyarları üzrə bir-birinin ardınca sorğular aparılır: hər meyara görə iştirakçı özünün seçdiyi vərəqi (0=vacib deyil; 5=çox vacibdir) qaldırır. Bir meyar üzrə ayrı-ayrı qiymətlərin cəmi bu meyarın ümumi qiymətləndirmədə çəkisini göstərir.
Seçmə prosesi yuxarıdakı iki qiymətləndirmə metodunun birləşməsindən ibarətdir. Hər iştirakçı rəqəmlər söyləməklə, bal verməklə və ya qiymət kartı göstərməklə özünün meyarlarının ardıcıllıq siyahısını tərtib edir. Ayrı-ayrı qiymətlərin ortalaşdırılması meyarın prioritetini müəyyən edir.
Qiymətləndirmə prosesində iştirakçılar qiyməti beşpilləli plyusminus meyarları üzrə aylayırlar. Beşpilləli qiymətin müvafiq mənası problemlərin uyğun sahələri ilə müəyyən edilir. Çox vaxt aşağıdakı qiymətləndirmə şkalası istifadə olunur: ++ çox böyük üstünlüklər; + bir neçə üstünlük; 0 nə üstün cəhətlər, nə də çatışmazlıqlar vardır; - bir neçə çatışmazlıq; - - çoxlu çatışmazlıqlar.
9.2. Yerinə yetirilən işlərin planlaşdırılması metodları. Hər bir əməkdaşın fərdi təqvim planı olmalıdır. Zamanın digər resursların əksinə olaraq xüsusi əlaməti ondan ibarətdir ki, onu çoxaltmaq (uzatmaq) olmur. Ona görə də müddətin optimal planlaşdırılması nəinki layihə işlərinin ümumi icra müddətinin, həm də fərdi icra müddətinin planlaşdırılması üçün böyük əhəmiyyət daşıyır.
Müddətin fərdi planlaşdırılması 3 zaman horizontunu özündə cəm edir:
ayrı-ayrı iş günlərinin planlaşdırılması;
cari ilin planlaşdırlması;
ayrı-ayrı mövzuların (işlərin) planlaşdırılması.
Müddətin fərqli planlaşdırılması iş gününün əvvəlcədən tam planlaşdırılmasından başlanır. Növbəti günün planlaşdırılmasını ya əvvəlki günün sonunda, ya da yeni iş gününün əvvəlində həyata keçirmək lazımdır. Bu planlaşdırma 3 yerə bölünür:
görüşlərin planlaşdırılması;
hərəkətlərin (görüləcək işlərin) planlaşdırılması;
əvvəlcədən qeydlərin edilməsi.
Görüşlər, hərəkətlər, əvvəlcədən edilən qeydlər müddətlərin planlaşdırılmasının kateqoriyalarıdırlar.
Təqvim-yaddaşdan gündəlik plana bütün görüşlər (müzakirələr, tədbirlər) haqqında məlumatlar köçürülür və siyahı cari gün üçün aktual olan digər görüşlərlə genişləndirilir. Sonrakı hərəkətlər (fəaliyyət) qarşıdan gələn günə yazılmalıdır. Buraya telefon danışıqları, tərtib olunan məktublar, yerinə yetirilən tapşırıqlar və fəaliyyət (işlər), nəzarət tədbirləri və s. daxildir. İşlər prioritetlərə müvafiq həyata keçirilməlidir: əvvəlcə çox vacib, sonra isə daha az vacibliyə malik işlər yerinə yetirilməlidir. Çox gec vaxta planlaşdırılmış görüşlər və fəaliyyət üçün ya qeydiyyat, ya da əvvəlcədən qeydiyyat aparılır.