Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə52/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   48   49   50   51   52   53   54   55   ...   84
C fakepathmuhazire toplusu

Formalaşdırma mərhələsində komandanın üzvləri əvvəlcə birbirini yoxlayırlar: hamı bir-biri ilə çox ədəblə davranır, arqumentlərini çox ehtiyatla irəli sürür, çox böyük səbirsizliklə partnyorunun rəyini gözləyir. Bu ilk mərhələdə tapşırığın məqsədi çox aydın müəyyən edilməli və razılaşma əsasında hər kəsin tapşırığı verilməlidir. Bundan əlavə birgə iş (vaxt, yer, kommunikasiya və s.) hamının arasında razılaşdırılmalıdır. Formalaşdırma fazasında iştirakçılar arasında münasibətlər qurulur: burada çox vacibdir ki, hər kəs qrupda öz yerini bilsin.
Birinci diskusiyalardan və müzakirələrdən sonra ümumiyyətlə ilk şüuraltı konflikt yaranır və bu açıq qarşıdurmaya gətirib çıxara bilər. Komanda artıq konfrantasiya mərhələsindədir. Komanda üzvlərinin fərqli baxışları və hərəkətləri bir-biri ilə az-çox toqquşmağa başlayır. Bu mərhələdə hər kəsin komandada rolu müəyyənləşir. Burada çox vacibdir ki, iştirakçıların nöqteyinəzərindəki və rəylərindəki fərqlər çox aşkar elan edilsin və fikir ayrılıqları səhv kompromislərsiz diskusiya yolu ilə aradan qaldırılsın. Böyük təhlükə ondadır ki, komandanın üzvü özündə olan ilkin inamını itirər və qarşıda qoyulan məqsədə çatmanın mümkünlüyünü şübhə altına qoya bilər.
Təşkil mərhələsində qrup birgə qəbul edilmiş mövqelərin, müzakirə üsullarının, təsəvvürlərin əsasında verilmiş tapşırıqları işləyir, ümumi davranış, qrammatik qaydaları (dilin qanunauyğunluqları), komandada sonrakı iç üzü, informasiya yollarını müəyyən edir. Bu mərhələdə komanda qaydaları müəyyən edilir və işin ümumi mərhələsi şərtləndirilir. Artıq burada komandanın nə dərəcədə yaxşı və məqsədyönlü işləməsi görünür.
İşin məqsədinə görə ümumi razılığın və iş üsullarının əldə edilməsi iş mərhələsindən başlayır. Buna baxmayaraq komanda üzvləri arasında bir-biri ilə necə yaxşı ünsiyyət bağlamaq və konstruktiv əməkdaşlıq üçün yaxşı əsas yaratmaq istiqamətində təcrübə toplanır. İdeal halda komanda fikirlərə və ideyalara açıq, çətinliklərə görə çevik, qoyulmuş məqsədə görə əməksevər və birgə işdə həmrəy olmalıdır. Komandaya yeni üzv gələndə və ya məsələnin qoyuluşu dəyişiləndə ola bilər ki, təşkil mərhələsinin (və hətta konfrantasiya mərhələsini) yenidən keçirmək zərurəti yaransın.
Konstruktiv komanda işi üçün aşağıdakı 8 əsas qaydalar mövcuddur:
1. Bəyənmək (tərifləmək)!
2. Töhfə (iş) tələb etmək!
3. Birgə fəaliyyət göstərmək!
4. Öz fikrini açıq söyləmək!
5. Məqsədi gözdən qoymamaq!
6. Konfliktləri diskusiya yolu ilə həll etmək!
7. Diqqətlə qulaq asmaq (eşitmək)!
8. Tənqidi qəbul etmək!
Nə üçün birinci müşavirə çox vacibdir? Komandanın ilk görüşü çox vaxt sonrakı məhsuldar əməmkdaşlığın açarı olur. Siz istənilən birinci müşavirəni ümumi tanışlıq və layihənin qlobal təqdimatı üçün istifadə edə bilərsiniz. Bu zaman siz hələ daha xırda (özəl) informasiya verə və işləri tapşıra bilməzsiniz, əvvəlcə bütün əməkdaşların layihə haqqında rəyini öyrənməlisiniz. Bu zaman açıq atmosfer yaratmaq, tənqidi qəbul etmək, hamıya söz vermək, lakin qeyri-məhsuldar diskusiyaya yol verməmək lazımdır.
Onda siz ikinci iclasda layihənin əsl başlanğıcını qoya bilərsiniz. Təxminən burada layihənin məqsədini ətraflı müzakirə edin, birinci struktur planı tərtib edin, tapşırıqları paylayın. Təşkil, informasiya və kommunikasiya və s. üçün oyun qaydalarını müəyyən edin.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin