Təqdimat metodları. Qrafik 1000 sözdən çox danışır. Mürəkkəb mənalı fikirlərin qrafiklə təsvir olunması uzun sözlərlə və ya şifahi izahatlarla təqdimatdan daha asandır.
Həm referatlarda, həm də diskusiyalarda əsas yük düzgün təqdimatın və ya oxunan informasiyanın üstünə düşür. Aşağıdakı texniki vizualizasiya vasitələrinə üstünlük verilir:
mühazirə plakatlarından ibarət stend;
diaproyektor;
yazma, yapışdırma və iynə batırma yolu ilə məlumat təsvir edən, divara asılan lövhələr.
Displey, noutbuk.
Mühazirə plakatlarından həm referatların məzmununu təsvir etmək, həm də spontan diskusiyaların nəticələrini vizuallaşdırmaq üçün istifadə etmək olar. Onların mənfi cəhəti çox vaxt surətlərinin çıxarıla bilməsi imkanının olmamasıdır.
Əksinə asılı plyonkaların əvvəlcədən A4 formatda surətlərini çıxarmaq mümkündür. Eləcə də kağız orijinaldan, məsələn, qrafikdən birbaşa plyonkaya əksinə çevrilmiş surət çıxarmaq olur.
Mürəkkəb fikri yalnız bir geniş təsvirdə vermək mümkün olanda klassik lövhədən, təbaşirdən və flomasterdən istifadə etmək sərfəlidir. Xüsusi surətçıxaran aparatlarla təchiz olunmuş xüsusi lövhələr isə çoxlu sayda surət çıxarmağa imkan verir.
Yaxşı və pis qrafiklər mövcuddur. Hər vizualizasiya forması üçün bəzi prinsiplərə riayət olunmalıdır:
hadisənin vahid təsviri;
iri, səlis şrift;
çap hərfləri üçün şrift;
qrafikləri çox yükləməməli;
sadə və məzmunlu simvollar;
aydın olmayan heç bir simvol.
DV və PC proseslərin təqdimatı üçün displey və noutbuk ən yaxşı vasitələrdir. Tamaşaçılar çox olanda divarda geniş təsvir almaq imkanı olmalıdır. Həm referatlar, həm də diskusiyalar üçün müxtəlif texniki vasitələrdən istifadə olunması, məsələn, mühazirə plakatlarının stendi 1-2 diaproyektor və eləcə də divara asılmış təqdimatda böyük üstünlük verir.
Qiymətləndirmə üsulları. Müşavirə planlaşdırılarkən adətən hər şeydən əvvəl ayrı-ayrı tələblərin, təkliflərin, qərarların və alternativlərin əsaslarının listinqləri (mətnləri) hazırlanır və bunlar sonradan prioritetlərə görə ardıcıl düzülür. Bunun üçün bir neçə praktiki qiymətləndirmə metodlarından istifadə olunur:
bal prosesi (ballarla qiymətləndirmə);
məhkəmə prosesi (arbitraj prosesi);
seçmə prosesi;
qiymətləndirmə (fikir yürütmə);
üstünlükvermə matrisası.
Bal prosesində iştirakçılar eyni miqdarda (ümumi halda 3-5 ədəd) yapışqanlı simvollar alır və onları qiymətləndirmə meyarlarının üzərinə yapışdırırlar. Meyarların toplusu əvvəlcədən müəyyən qaydada razılaşdırılmalıdır.