Layihələrin idarə edilməsində riskin azaldılmasının əsas metodları.
Risklərin idarə edilməsi sistemi qəbul edilən qərarların qiymətləndirilməsi və nəzarət üzrə səmərəli sistemin yaradılması; risklərin idarə edilməsi ilə məşğul olan xüsusi bölmənin yaradılması; risklərin sığortalanması, zərərlərin və itkilərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasıməsələlərin əhatə etməlidir. Təcrübə risklərin idarə edilməsi üzrə xüsusi təlimatların hazırlanmasının məqsədəuyğunluğunu və zəruriliyini təsdiq edir. Həmin təlimatlarda mümkün risklərlə əlaqədar olan ayrı-ayrı işçilərin və struktur bölmələrin fəaliyyəti reqlamentləşdirilməlidir. Hər şeydən əvvəl bu, banklara, kredit və sığorta təşkilatlarına, investisiya müəssisələrinə, eləcə də başqa fəaliyyət növləri ilə məşğul olan təşkilatların maliyyə və kommersiya bölmələrinə aiddir. Risklərin idarə edilməsi üsullarını həm məqsədlərinə, həm də tətbiq edilən təsir vasitələrinə görə iki əsas istiqamətə bölmək olar :
riskin qarşısının alınması və məhdudlaşdırılması üsulları;
itkilərin ödənilməsi üsulları.
Riskin səviyyəsinin aşağı salınması məqsədini gündən birinci isqamətdə aşağıdakı üsulları aid etmək olar :
qəbul edilən qərarın variantlarının ətraflı ilkin ekspertizası və riskin müvafiq səviyyəsinin qiymətləndirilməsi;
riskin limitləşdirilməsi – müəyyən qərarla əlaqədər xərclərin mümkün (kənar) hədlərinin müəyyən edilməsi;
borclunun öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi; üçün müütəlif növ təminatlardan və girovlardan istifadə edilməsi;
riklərin diversifikasiyası, yəni kapital qoyuluşlarının nəticələrinin bir-birilə əlaqədar olmayan müxtəlif fəaliyyət növləri arasında bölüşdürülməsi.
Müəssisə fəaliyyətin bir növü üzrə zərərə düşsə də, digər fəaliyyət sahəsinin hesabına mənfəət götürə bilər. Diversifikasiya sahibkarlıq sferasındakı dəyişikliklərə qarşı müəssisələrin dayanıqlığını artırmağa imkan verir. Riskin diversifikasiyası zamanı aşağıdakılar həyata keçirilir : müxtəlif qiymətli kağızların investisiyalaşdırılması(8-20 növ qiymətli kağızlar optimal sayılır); investisiya portfelinin strukturunun optimallaşdırılması (1/3-iri firma, 1/3 orta, 1/3 kiçik); mal göndərənlərin təkrarlanması (minimum 2, yaxşı olar ki 3-4 mal göndərən); nəqletmə zamanı yüklərin dəstələrə (minimum 2 dəstə) bölünməsi, müxtəlif bazar seqmentlərində malların və xidmətlərin satışı (istehlakçıların, müştərilərin müxtəlif kateqoriyaları, müxtəlif regionlar və s.); qiymətli şeylərin müxtəlif yerlərdə saxlanılması və s.
Orta mənfəət normasına səmtlənmə, çünki yüksək mənfəət dalınca qaçma riski artırır;
Mümkün itkiləri vaxtında aşkar etməyə və aradan qaldırmağa imkan verən səmərəli nəzarət sisteminin tətbiqi.
Müəssisəyə dəyən zərərin ödənilməsi məqsədini güdən və ikinci istiqamətə daxil olan risklərin idarə edilməsinin aşağıdakı metodlarını göstərmək olar :
Xüsusi sığorta və ya ehtiyat fondlarının yaradılması.
Məsələn, “Səhmdar cəmiyyəti” haqqında Azərbaycan Respublikasının qanununa müvafiq olaraq səhmdar cəmiyyətləri ehtiyat fondunu yaratmağa məcburdurlar. Bu fondun vəsaiti mənfəət çatışmayan hallarda mümkün zərərləri və istiqraz vərəqələrini ödəmək üçün nəzərdə tutulur. Bundan əlavə əgər nizamnamədə nəzərdə tutulubsa, dividentlərin ödənilməsi üçün xüsusi fond yaradıla bilər.
Sığorta təşkilatlarında risklərin sığortalanması.
Bu üsul müxtəlif kommersiya risklərinin, əmlakın, mülki məsuliyyətin və s. sığortalanması üçün müqavilələrin bağlanmasını nəzərdə tutur.