Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə56/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   52   53   54   55   56   57   58   59   ...   84
C fakepathmuhazire toplusu

Risklərə nəzarət.
Risklərə nəzarət dedikdə, risklərin müəyyənləşdirilməsi, kəmiyyət göstəricilərinin çeşidlənməsi və ayırd edilməsi, o cümlədən antirisk tədbirlərin həyata keçirilməsinin təhlili nəzərdə tutulur. Bu tədbirlərin əsas məqsədi mümkün risklərin layihəyə mənfi təsirini yüngülləşdirməkdir. Risklərin təhlili və onlara nəzarət prosesə formal yanaşma ilə səciyyələnir. Risklərə nəzarət prosesləri layihə bütün icra mərhələlərində həyata keçirilir. Layihə riskləri dedikdə, gözlənilməyən hadisələr, yaxud bütövlükdə layihə üzrə uğurlu nəticələrin əldə edilməsinə maneəçilik törədən mümkün vəziyyətlər başa düşülür ki, bunlar gözlənilməyən itkilərin meydana çıxması ilə nəticələnə bilər. Risklər ölçüsündən və mürəkkəblik dərəcəsindən asılı olmayaraq bütün layihələrdə baş verə bilər. Risklər öz təbiətləri və mənşəyi etibarilə çəkilən xərclər, müddət və maliyyə riskləri kimi, eyni zamanda texniki, sosial və hüquqi-psixoloji risklər kimi qruplara bölünürlər. Siyasi və digər növə məxsus risklər də mövcuddur. Antirisk tədbirlərinin beş növü mövcuddur :

  • kənarlaşma;

  • ixtisar etmə;

  • sığorta;

  • tranfer;

  • qəbuletmə.

Bu tədbirlər risklərin layihəyə təsirini ya azaldır, ya da tamamilə aradan götürür. Risklərə nəzarət sisteminə antirisk tədbirlərinin tətbiqi və risklərin sənədləşdirilməsi üzrə əlavə vəzifələr də daxildirlər.

  1. Layihə risklərinin idarə edilməsi mərhələləri.

Risklərin idarə edilməsi hazırda menecment sahəsində dinamik inkişaf edən peşəkar fəaliyyət növlərindən biridir. Qərbin bir çox firmaların ştatında xüsusi vəzifə - risk üzrə menecer (risk-menecer) vəzifəsi vardır ki, onun vəzifəsi riskin bütün növlərinin azaldılmasını təmin etməkdir. Risk-menener müvafiq mütəxəssislərlə yanaşı riskli qərarların qəbul edilməsində (məs, kreditin verilməsi va ya investisiya obyektinin seçilməsi) iştirak edir və bu qərarın məsuliyyətinə görə məsuliyyəti onlarla bölüşür. Risklərin idarə edilməsi fəaliyyətin aşağıdakı əsas istiqamətlərini əhatə edir :

  1. riskin dərəcəsinin açıqlanması, təhlili və qiymətləndirilməsi;

  2. riskin qarşının alınması, minimumlaşdırılması və sığortalanması tədbirlərinin hazırlanması və həyata keçirilməsi;

  3. böhranlı idarəetmə (baş verən zərərlərin nəticələrinin ləqv edilməsi və təşkilatların yanaşması mexanizmlərinin hazırlanması).

Təşkilat üçün risklərin idarə edilməsinin müəyyən strategiyasını formalaşdırmaq çox vacibdir, bunun üçün aşağıdakı suallara konkret cavab vermək lazımdır :

  • belə risklərə idarəetməyə hansı üsullar və vasitələr imkan verir?

  • riskin hansı həcmini təşkilat öz üzərinə götürə bilər ?

Lakin təkcə strategiyanın hazırlanması risklərin idarə edilməsi üçün kifayət deyildir. Bunun üçün həmin strategiyanın həyata keçirilməsi mexanizminə, yəni risklərin idarə edilməsi sisteminə malik olmaq lazımdır.


  1. Yüklə 2,16 Mb.

    Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin