Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə45/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   41   42   43   44   45   46   47   48   ...   84
C fakepathmuhazire toplusu

Nümunəvi təcrübədən istifadə. Layihələrin idarə edilməsi və bu proseslərdə qəbul edilmiş standartlar üzrə əldə olunan təcrübələrdən layihə ofisi faydalanmalıdır. Layihə ofisinin işçi heyyəti layihə idarəçiliyinin təcrübəsinin ən son nailiyyətlərindən istifadə etməlidir. Bunu həyata keçirmək üçün onlar layihə idarəçiliyi üzrə monitorinqi həyata keçirməli, layihə ilə əlaqədar sahələrdə treninqlər keçirməli (məsələn, riskin idarə edilməsi, istehsalın idarə edilməsi və gəlir üzrə təhlillər), habelə lazım bildikləri halda layihə idarəçiliyi üzrə seminarlar və konfranslar keçirməlidirlər. Layihə idarəçiliyi üzrə nümunəvi və kamil təcrübəni araşdırmaqla onlar mənsub olduqları təşkilatın standart prosedur və metodlarının yararlı olmasına zəmanət vermək üçün müvafiq ölçü götürməlidirlər.

8.5. Layihə ofisinin yaradılması
Layihə ofisinin yaradılması diqqət, ehtiyatlı hərəkət və çoxlu enerji tələb edir. O, eyni zamanda siyasi həssaslıq tələb edir, çünki təşkilatın bir çox üzvləri buna müqavimət göstərirlər. Layihə ofisinin yaradılması iki mərhələ üzrə həyata keçirilə bilər:
Layihə ofisinin ideologiyası;
 Ofisin faktiki yaradılması.
Layihə ofisinin ideologiyası. Layihə ofisinin yaradılmasının əsas məqsədi və onun ideologiyası heç də hamıya çatmır. Bir çoxları düşünürlər ki, layihə ofisi, təşkilat üçün müəyyən vəsaitlərin boş yerə sərf olunması ilə nəticələnən lazımsız xərcədn başqa bir şey deyildir. Digər şəxslər bürokratik dünyagörüşünə əsaslanaraq layihə ofisinə təşkilatın biznes fəaliyyətinin və göstəricilərinin aşağı salınmasına səbəb olan amillərdən biri kimi baxırlar. Digər şəxslərin bu ideyanı güclü bir vasitə kimi görməyə baxmayaraq, başqaları bununla razılaşmır.
Layihə ofisini yaratmaq istəyən şəxslər heç də az əhəmiyyət daşımayan təzyiqlərə dözməlidirlər. İlk növbədə layihə ofisinin yaradılması zərurətini və ideologiyasını başa salmaq üçün addımların atılması son dərəcə vacibdir. Bundan başqa, layihə ofisinin necə fəaliyyət göstərməsini dəqiq təsvir etməlidirlər. Onlar təşkilat daxilində dəstək qazanmaq istəyirlərsə, bu ofislə əlaqədar ideologiyanı tam açıqlamalıdırlar.
Layihə ofisi ilə bağlı suallara əvvəlcədən hazır olmaq ilk çərtlərdən biridir. Bir çox şəxslərin şübhələrini aradan götürməzdən əvvəl həmin suallara dəqiq cavab vermək böyük əhəmiyyət kəsb edir. Aşağıdakı üç tipik suala nümunə göstərilmişdir:
 Layihə ofisinin bizim layihələrə göstərəcək müsbət təsir hansılardır?
 Layihə ofisinin yaradılması və işləməsi üçün nə qədər xərc tələb edilir?
 Layihə ofisi hansı müddət ərzində işçi heyyətin fəaliyyət göstərməsini tələb edir?

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin