Müddətin il üçün planlaşdırılması günün planlaşdırılması kateqoriyalarına (görüşlər, fəaliyyət, əvvəlcədən qeydetmə) uyğundur. Bu sonrakı həftənin və cari ayın planlaşdırılmasına da aiddir. Planlaşdırmanın bu hissəsi aramsız aparılır: razılıq alındıqdan sonra bütün il boyu müxtəlif baxımlara (əməkdaş, layihələr) görə qaydaya salınmış görüşlər aramsız olaraq əvvəlcədən qeyd olunur.
Ümumi mövzuların planlaşdırılması planlaşdırma müddətindən asılı olmayan mövhumdur, məsələn, məzuniyyətlərin, kursun, investisiyaların, tələblərin planlaşdırılması buna misal ola bilər.
Fərdi görüşlərin planlaşdırılması üçün özündə bütün görüşləri özündə bütün görüşləri zamana, yerə və açar sözlərə görə ümumiləşdirən təqvim-yaddaşda öz əksini tapır. Bu təqvim-yaddaş mümkün qədər kiçik olmalıdır ki, onu hər yerdə özünlə gəzdirmək mümkün olsun.
Cari işlərin planlaşdırılması üçün hər günə 1 səhifəsi və ya həftəyə 2 səhifəsi olan gündəlik təqvim istifadə olunur. Təqvimi aparmaq üçün fərdi kompüter proqramları istifadə olunur. Lakin onlar praktiki cəhətdən “kafi” planlaşdırma sistemindən geri qalırlar, çünki fərdi kompüterlərlə sıx əlaqədə olurlar. Görüşlərin və fərdi işlərin planlaşdırılması üçün 3 Com sistemindən olan Palm III orqanayzerləri səmərəli ola bilərlər, çünki cibdə gəzdirilən bu cihaz fərdi kompüter – katibə ilə verilənlərin mübadiləsi üçün keçid qurğusunun adapteri ilə təchiz olunmuşdur.
9.3. Komanda ilə iş. Problemlərin kompleks həlli, texnoloji mürəkkəb qaralamaların tərtibatı, yeniliklərin planlaşdırılması bir qayda olaraq layihənin inter intizam komandasında həyata keçirilir. Belə komandada tapşırığı yerinə yetirmək üçün müxtəlif bilikləri, təcrübəyə və düşüncə tərzinə malik olan insanlar birləşirlər. Çox vaxt əməkdaşlar bir-birini çox az tanıyırlar və yaxud tanımırlar, çünki ayrı şöbələrdən və yerlərdən gəlmiş olurlar. Komandanın hər bir üzvü özünəməxsus qüvvəyə və özünün ideyalarına malik olur, buna baxmayaraq son nəticədə ən düzgün qərara gəlirlər. Komandada işin üstün cəhətləri aşağıdakılardadır:
geniş biliklər bazası (nou – xau üstünlükləri);
sinergiyadan istifadə;
zəmanətli informasiya axını;
işləməyə şiddətli hazırolma (motivasiya);
ən yaxşı həyata keçirmə qabiliyyəti;
qərarın yükünü daşıma qabiliyyəti.
Komandada səmərəli işin əsas şərti ümumi münasibətlər dünyasının yaradılmasıdır. İnsanlar komandaya daxil olmazdan əvvəl bir-birilə ünsiyyətdə olmaq təcrübəsi qazanmalıdırlar: komanda, necə deyərlər “yetişib bişməli”dir. Bu bir qədər vaxt tələb edir, lakin bu itirilmiş vaxt deyil, layihənin inkişafının zəruri mərhələsidir.
Komandanın “yetişməsi” əsasən 4 tipik mərhələdən keçir:
formalaşdırma mərhələsi (forming);
konfrontasiya mərhələsi (storming);
təşkil mərhələsi (narming);
iş mərhələsi (perfoming).