Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər


Layihənin texniki baxımdan əsaslandırılması



Yüklə 2,16 Mb.
səhifə13/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   9   10   11   12   13   14   15   16   ...   84
C fakepathmuhazire toplusu

1. Layihənin texniki baxımdan əsaslandırılması. Bu prosesdə alternativ variantlar təhlil edilir və seçilir. Buna layihənin texniki qiymətləndirilməsi deyilir.
2. Layihənin məhsuluna olan tələbat və onun perspektivliyi qiymətləndirilir. Buna layihənin kommersiya baxımından qiymətləndirilməsi deyilir.
3. Layihənin maliyyə baxımından həyat qabiliyyəti yoxlanılır. Layihənin realizə edilməsinə xərclənən vəsaitin ödənilməsi, gəliri, maliyyə riski və s. digər göstəriciləri qiymətləndirilməlidir. Bu prosesə maliyyə işlərinin qiymətləndirilməsi deyilir.
4. Layihənin ətraf mühitə vurduğu ziyan müəyyənləşdirilir. Ekoloji baxımdan səmərəlilik dərəcəsi araşdırılır. Bu ekoloji qiymətləndirmə adlanır.
5. Layihənin yerinə yetirilməsi və idarə edilməsinə cavabdeh təşkilatın hazırlıq səviyyəsi qiymətləndirilir. Buna layihənin təşkilati baxımından qiymətləndirilməsi deyilir.
6. Layihənin yerli şəraitə uyğun olması, iştirakçıların və maraqlı tərəflərin adət və ənənələrinin nəzərə alınması və ona uyğun olması, yerli əhaliyə qarşı mənfi emosiyalar araşdırılır və qiymətləndirilir. Buna layihənin sosial qiymətləndirilməsi deyilir.
7. Layihə iqtisadi nöqteyi-nəzərdən əsaslandırılmalı, iqtisadi göstəricilərivə səmərəliliyi qiymətləndirilməlidir. Bu hissəyə layihənin iqtisadi qiymətləndirilməsi deyilir. Bu qiymətlərin hər biri ayrı-ayrılıqda layihəyə mənfi və müsbət təsir göstərə bilər. Layihələrin idarə edilməsi üzrə mütəxəssisin (Project Manager) üzərinə bu parametrlərin düzgün idarə edilməsi vəzifəsi düşür. Layihə meneceri bu faktorlara görə layihəni qiymətləndirməyi bacarmalı, onların müsbət tərəflərini gücləndirməli və ya neytrallaşdırmalı, ən son anda mənfi faktorların gücünü azaltmalıdır.

Mövzu 4. Layihənin idarə edilməsində müasir yanaşmalar
4.1. Layihənin idarə edilməsi anlayışları
4.2. Layihənin idarə edilməsinin subyektləri
4.3. Layihənin predmet sahəsinin idarə edilməsi

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin