Layihənin işlənməsində istifadə olunan metodlar struktur dekompozisiya metodları;
kompozisiya struktur modellərinin qurulması metodları;
struktur model əsasında məsələ həlli metodları;
layihələrin yerinə yetirilməsi prosesinin modelləşdirilməsi metodları;
ierarxiya struktur modelinin qurulma metodları;
imitasiya metodları;
təqvim planlaşdırma metodları: vaxt, büdcə, ehtiyat və xərc;
ehtimal, risk və büdcənin təhlili metodları;
keyfiyyətin idarə edilməsi metodları;
riskin idarə edilməsi metodları:
layihənin işlənməsi dövründə onun təhlil edilməsi metodları.
Layihənin realizəetmə dövründə istifadə olunan metodlar işlərin, vaxtın, ehtiyatların, büdcənin operativ planlaşdırılması metodları;
layihənin monitorinqi: uçot, nəzarət, işlərin gedişatının təhlili;
və dinamikası layihənin inkişafının proqnozlaşdırılma və tənzimləmə;
qrafikləri xərclərə nəzarət metodları;
ehtiyatların idarə edilməsi metodları;
dəyişikliklərin idarə edilməsi metodları;
layihənin realizəetmə mərhələsində onun təhlil edilməsi metodları.
Layihənin tamamlanma dövründə istifadə olunan metodlar layihənin səmərəliliyinin təhlili metodları;
layihədəki işlərin icra qrafiki;
layihədə nəzərdə tutulmuş və yerinə yetirilmiş işlər üzrətəhlillər.
3.5. Layihənin əsas xarakteristikaları Layihənin uğurla başa çatması bir sıra parametrlərlə xarakterizə olunur. Bu parametrlərdən mühüm yer tutan layihənin nəticəsində əldə olunan texniki-iqtisadi və digər göstəricilərin xarakteristikasıdır, o cümlədən:
işin həcmi üzrə göstəricilər;
işlərin icra vaxtları üzrə göstəricilər;
qiymət, xərc, maya dəyəri, gəlir üzrə göstəricilər;
keyfiyyət üzrə göstəricilər;
risk və etibarlılıq məsələləri üzrə göstəricilər;
layihənin həyat qabiliyyəti üzrə göstəricilər;
rəqabət qabiliyyəti üzrə göstəricilər;
ictimai və sosial keyfiyyətlər üzrə göstəricilər;
Layihənin tam həyat dövrünü təhlil edərkən aşağıdakı istiqamətlərdə qiymətləndirmə aparılmalıdır: