Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə10/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   ...   6   7   8   9   10   11   12   13   ...   84
C fakepathmuhazire toplusu

Tamamlanma fazası. Layihənin bu dövründə son məqsəd, nəticə əldə edilir, münaqişələr həll olunur və layihə bağlanır. Bu faza aşağıdakı işlərdən ibarət olur:
layihənin tamamlanma prosesinin planlaşdırılması;
 layihənin son məhsulunun sınaqdan keçirilməsi;
 yeni yaradılmış obyekt üçün kadr hazırlığı;
 obyektin sifarişçiyə təhvil verilməsi, istismara buraxılması və bu işlər ilə bağlı sənədlərin hazırlanması;
layihənin yekunlaşdırılması və nəticənin qiymətləndirilməsi;
 yekun sənədlərin hazırlanması;
layihədəki işlərin yekunlaşdırılması və bağlanması;
 münaqişə məsələlərinin həll edilməsi;
 qalmış ehtiyatların realizə edilməsi;
 layihə və onun yerinə yetirilməsi haqqında biliklər bazasının yaradılması;
 layihənin komanda heyyətinin buraxılması.

3.4. Layihənin elementləri və xüsusiyyətləri
Layihəni vaxtında və keyfiyyətli yerinə yetirmək üçün onu düzgün idarə etmək lazımdır. Layihələrin idarə edilməsi prosesində bəzi xüsusiyyətlər və elementlər mövcuddur. Bu elementlər aşağıdakılardır:
 layihənin ilkin şərtləri, məhdudiyyətlər və tələblər;
 layihədə qərar qəbuletmə mexanizmi;
 alternativ layihənin qiymətləndirilməsi və seçilməsi;
layihənin sənədləşdirilməsi;
 layihənin təminat növləri;
 layihənin idarəetmə texnikası və metodikası.
Elementlərin hər birini ayrılıqda nəzərdən keçirək:
Layihənin ilkin şərtləri, məhdudiyyətlər və tələblər. Layihənin konsepsiyasını işləmək və yaratmaq üçün zəruri məsələlərdən biri onun ilkin şərtləri və məhdudiyyətləri tələblərdir. Bu parametrlər aşağıdakılarla xarakterizə olunur:
sistemin mövcud vəziyyətilə;
 sistemin ətraf mühitilə;
 layihənin nəticəsinə olan tələblərlə;
layihəni həcminə, keyfiyyətinə, xərcinə, gəlirinə, vaxtına, ehtiyatına, riskinə və digər parametrlərinə qoyulan məhdudiyyətlərlə.
Layihədə qərar qəbuletmə mexanizmi. Layihənin yerinə yetirilməsində qəbul edilmiş qərarlar layihənin parametrləri qarçısında qoyulmuş məhdudiyyətləri təmin edir. Əgər layihədəki məhdudiyyətlər düzgün qoyulmuşdursa, yəni məhdudiyyətlər birbirini inkar etmirlərsə, onda layihənin yerinə yetirilməsi üçün bir neçə alternativ variant yarana bilər. Bu alternativ variantların seçilməsi üçün bir neçə qərar mövcuddur. Qərarların və variantların sayı layihədəki dəyişənləri və parametrlərin sayında asılıdır. Qərar və parametrlərin sayı çox olduğundan yaxşı və münasib variantın seçilməsini hətta ən müasir kompüterlərdən istifadə etməklə həyata keçirmək mümkün deyildir. Dəqiq seçmə metodu mövcud deyil. Lakin kompüter vasitəsilə bu işi avtomatlaşdırmaq, asanlaşdırmaq mümkündür. Bu iş modelləşdirmə yolu ilə məhdudiyyətlər çərçivəsində həyata keçirilir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin