İqtisadi amillər : milli iqtisadiyyatın strukturu;
məsuliyyət növləri və əmlak hüquqları;
vergi siyəsəti;
sığorta təminatı;
valyuta stabilliyi və infliyasiyanın səviyyəsi;
Bank sisteminin inkişafı;
Kapital qoyuluşu və investisiya mənbəyi;
Sahibkarlıq və təsərrüfat sərbəstliyi dərəcəsi Bazar infrastrukturunun inkişafı;
Qiymət səviyyəsi;
Bazarın vəziyyəti: satış, investisiya, istehsal, xammal və məhsul, işçi qüvvə və s.
İctimai amillər: -Yaşayış səviyyəsi;
Təhsil səviyyəsi;
viza sistemi;
əmək qanunvericiliyi;
səhiyyə və turizm;
ictimai təşkilatlar, media, televiziya;
yerli əhalinin layihəyə münasibəti;
Qanunlar və hüquq amilləri:
- insan hüququ;
- sahibkarlıq hüququ;
- mülkiyyət hüququ;
- zəmanət və güzəşt normativ aktlari və qanunları.
Elm və texnika amilləri:
- fundamenlal və tətbiqi elmlərin inkişafı;
- informasiya texnologiyası və komputer sisteminin inkişafı - sənaye və istehsalat texnologiyasnın inkişafı;
- energetika sistemi;
- nəqliyyat sistemi;
- rabitə, telekommunikasiya sistemləri.
Mədəniyyət amilləri:
- mədəniyyət və incəsənətin səviyyəsi;
- tarix, mədəni ənənələr, din;
- iş, istirahət, idman və digər yaşayış təminatları;
- iş şəraiti və keyfiyyət səviyyələri.
Təbii və ekoloji amillər:
- təbiət və iqlim şərtləri:temperatur, rütubətlik, külək, hündürlük (dəniz səviyyəsinə nisbətən), topoqrafiya və s.;
- təbii eytiyatlar;
- nəqliyyat xətlərinin strukturu və əlaqələri;
- keyfiyyət standartları: hava, su və torpaq;
- əlraf mühitin təmizlik dərəcəsi; - ətraf mühitin qorunması haqqında qanunlar;
- ekologiya sisteminin vəziyyəti (hava, su, torpaq) .
İnfrastruktur amilləri:
- nəqliyyat vasitələri, rabitə və telekommunikasiya;
- yüklərin daşınması;
- informasiya texnologiyası;
- enerji təchizatı;
- kommunal xidmətlər;
- bazar, alqı-satqı sistemi;
- materialların texniki təchizatı;
- sənaye infrastrukturu;
- xidmət sistemləri.
Layihələrin yerinə yetirilməsində rol oynayan əsas amillərdən biri onun daxili parametrləridir. Daxili faktorlardan bir neçəsini nəzərdən keçirək.
1.Layihənin idarəetmə üslubu onun yaradıcılıq aktivliyinə və işgüzarlıq fəaliyyətinə təsir edir, layihə komandasında psixoloji mühiti qiymətləndirir.
2. Layihənin əsas iştirakçıları arasında münasibətin qurulması, hüquq, məsuliyyət və öhdəliklərin bölüşdürülməsi layihənin təşkili spesifikasiyası adlanır və onun müvəffəqiyyətlə başa çatmasına təsir cdir.
3. Layihənin yerinə yetirilməsində hər bir iştirakçının öz marağı olur, onlar tələblərini fomalaşdıraraq layihəyə öz səviyyələrində təsir göstərirlər.
4. Layihəni yerinə yetirən komanda layihənin «beyni» hesab cdilir və onun icraçı orqanıdır. Layihənin müvəffəqiyyəti əsasan layihə komandasınan asılıdır. Layihənin iştirakçıları arasında məlumatların düzgün və tarn ötürülməsi kommunikasiya vasitələri və metodlarından asılıdır. Bu sahə əsasən «layihənin sinir sistemi» adlanır.
2.4. Layihənin yerinə yetirilməsi şərtləri
Layihənin yerinə yetirilməsinin iqtisadi şərtləri onun smeta xərcləri, büdcəsi, qiyməti, vergisi, riski, sığortası, stimulu, güzəştləri və digər iqtisadi göstəriciləri ilə bağlıdır.
Layihənin sosial şərtləri aşağıdakı kimi xarakterizə olunur:
layihənin iştirakçıları üçün eyni standart şəraitin yaradılması;
əmək haqqı kommunal şəraitər;
sosial təminat: məktəb, bağça, tibb məntəqəsi, istirahət yerivə s.;
- əməyin mühafizəsi və təhlükəsizlik texnikasi;
sığorta və sosial təminat.
Layihənin digər şərtləri;
- ekologiya;
texnika, maşın və avadanlıqlar;
kompüler və informasiya texnologiyasının səviyyəsi;
Layihənin sənədləşdirmə sistemləri;
Ətraf mühitin layihələrə təsiri.
Layihələrə təsir edən qüvvələr layihənin növündən asılı olaraq müxtəlif olurlar.
Layihələrə mühit amillərinin təsiri:
Mühitin amilləri
Layihə növləri
|
Siyasi
|
İqtisadi
|
Cəmiyyət
|
Qanun
və hüquq
|
Elm
və
texnika
|
Mədə-niyyət
|
Təbiət
|
Eko-logiya
|
İnfra-
struktur
|
Sosial
|
3
|
3
|
3
|
3
|
1
|
3
|
1
|
2
|
2
|
İqtisadi
|
3
|
3
|
2
|
3
|
1
|
2
|
0
|
1
|
1
|
Təşkilati
|
2
|
3
|
2
|
3
|
2
|
3
|
2
|
1
|
1
|
İnnovasiya
|
1
|
2
|
1
|
2
|
3
|
3
|
1
|
1
|
1
|
İnvestisiya
|
1
|
3
|
2
|
3
|
2
|
1
|
3
|
3
|
3
|
Burada: 0 – təsir etmir, 1 - az təsir edir 2 - orta təsir, 3 - güclü təsir edir
Bu qrafik ekspertlərin rəyi əsasında tərtib edilmişdir. Bu şəkildən hansı layihələrə ətraf mühitin necə təsir etməsi daha da aydın görünür və maraqlı nəticə əldə etmək olar.
Ətraf mühitin təsirinə düşən ən çox sosial və investisiya layihələri, daha sonra təşkilati, iqtisadi, yeni daha əz təsirə məruz qalan isə innovasiya layihələridir.
Layihələrə daha çox iqtisadiyyat, qanun və hüquq mədəniyyət amilləri təsir edir.
Layihələrə ən az təbiət, ekologiya və infrastruktur təsir göstərir.
Dostları ilə paylaş: |