2.2.Layihənin mühiti Layihələr müəyyən təsirə məruz qalan dinamik mühitdə yerinə yelirilir. Mühiti xarakterizə edən hər bir element - qanunlar, standartlar, inkişaf təməyüllü qüvvələr və s. layihələrin yaradılmasında və formalaşmasında müəyyən rol oynayırlar.
Layihələrin mühiti iki hissəyə bölünür:
• daxili mühit;
• xarici və ya ətraf mühit.
Layihəyə bu mühitlərə məxsus olan parametrlər təsir göstərirlər. Ətraf mühit amillərinə coğrafi, ekoloji, sosial, psixoloji, mədəni, siyasi, iqtisadi. maliyyə, hüquqi, təşkilati, texnoloji və estetik aspektləri misal göstərmək olar. Daxili mühit parametrlərinə isə layihədəki idarəetmə vasitələri, işlər, müqavilələr, iştirakçılar, onların münasibətləri və s. digər elementlər aiddir.
Hər bir mühit amilləri təhlil edilməli və əmsallandırılmalıdır ki, bu amillərin layihəyə təsir dərəcələri müəyyənləşdirilsin. Bu amillər layihəni dayanıqlıq vəziyyətindən çıxara bilər və müəyyən şəraitlərdə layihələrin dağılmasına səbəb ola bilər. Bi neçə il əvvəl yaranmış müəssisələr zaman keçdikcə öz strukturunda müəyyən dəyişikliklər tələb edir.
Hər bir dəvişiklik layihə şəklində həyata keçirilir. Beləliklə, hər bir dəyişikliyi həyata keçirmək üçün yeni bir layihə yerinə yetirmək lazım gəlir. Bu səbəbdən həmin müəssissələr yeni layihələrin yaranmasını və tətbiqini tələb edirlər. Bu tələblər nəticəsində layihələr dünyaya göz açırlar.
Layihənin başlanma və son müddətləri olduğu üçün onun «yaşayış dövrü» də mövcuddur. Əgər layihə yerinə yetirilməyə başlanmışdırsa onda deyirlər ki, layihə «yaşamağa başladı». Layihənin «yaşayış həyatı» sərbəstdir. Layihə yerinə yetirilərkən onun iştirakçıları bütün qüvvələrini layihənin məqsədinə yönəldirlər. Onlar eyni problemlər daxilinda yaşayır və fəaliyyət göstərirlər. Böyük müəssisə strukturuna daxil olan hər bir kiçik müəssisə adətən layihə şəklində fəaliyyət göstərir.
Layihələrin yerinə yetirildiyi müddətdə müəssisə məhsul istehsal edir və öz işini normal şəkildə davam etdirir. Layihə də müstəqil olaraq öz işini davam etdirir. Lakin layihə təşkilat tərəfindən kənar qüvvə kimi təsirə məruz qalır. Bu labüd bir prosesdir və layihə məhz bu mühitdə yaşamalıdır. Ona görə də layihələri bu təsirlərdən uzaqlaşdırmaq və ya azad etmək olmaz.
Layihəyə ətraf mühit kimi təsir edən təşkilati amillari nəzərdən keçirək: Təşkilatın rəhbərliyi: Layihə qarşısında qoyulan tələblərin və onun əsas məqsədinin müəyyənləşdirilməsində təşkilatm rəhbəri mühüm rol oynayır. Rəhbər ekspertlərin, mütəxəssislərin rəylərini, təkliflərini nəzərə alaraq aşağıdaki tələbləri əsas götürür:
• layihənin nəticəsinə tələb;
• layihənin yerinə yetirilməsinə tələb;
• layihənin məqsədinə və tələblərinə düzəlişlər metodikasi və qaydası.