Mövzu Layihə nədir? Layihəni xarakterizə edən əsas xüsusiyyətlər



Yüklə 2,16 Mb.
səhifə6/84
tarix22.12.2023
ölçüsü2,16 Mb.
#189446
1   2   3   4   5   6   7   8   9   ...   84
C fakepathmuhazire toplusu

Maliyyə: Müəssisənin istehsal etdiyi məhsulun maya dəyəri və satiş qiymətini nəzərə alaraq layihənin xərcləri müəyyənləşdirilir və düzəlişlər aparılır.
Satış: Bazarda rəqabət prinsiplərini nəzərə alaraq layihə qarşısında qoyulan tələblər formalaşır.
İstehsal: istehsal bazar ilə bağlıdır və aşağıdakı tələblər irəli sürülür:
• yeni texnologiya və avadanlıqlardan istifadə edilməsi;
• dayanmış istehsal sahələrinin işə salınması;
• müəyyən texnoloji xətlərin dayandırılmas;
• bazar münasibətlərinə görə yeni layihə tələblərinin müəyyənləşdirilməsi.
Maddi taminat: Istehsal olunmuş məhsulun bazarda rəqabətədözümlük dərəcəsina uyğun olaraq layihə material, xammal və qiymət kimi parametrlərin dəyişdirilməsini tələb edir.
İnfrastruktur: Bazar xidmətlərinə görə layihəyə yönəlmiş tələblər müəyyənləşdirir. Bu tələblərə reklamlar, rabitə- telekommunikasiya, informasiya və digər mühəndis işləri aiddir.
Ekologiya: Layihənin və ya onun məhsulunun ətraf mühitə olan təsiri və tullantılar ilə bağlı olan tələblərdir.
Göstərilən ətraf mühit parametrlərinin təhlilinə əsasan layihə rəhbərinin, menecerin və onun komandasının qarşısında aşağıdak məsələlər durur:
• layihə qarşısında qoyulan tələblər çoxluğu;
• bütün maraqlı tərəflərin və layihənin iştirakçılarının layihə haqqında məlumatlandırılması;
• layihayə olan tələblər haqqında yığılan məlumatların həcimi və formasınn müəyyənləşdirilməsi;
• mühitin layihəyə təsiretmə dərəcəsi dinamikasnın proqnozlaşdırılması;
• tələblərin prioritetlər əsasında müəyyənləşdirilməsi və ierarxik strukturunun qurulması.
Layihələrin yerinə yetirildiyi və aid olduğu müəssisənin mühiti layihəyə birbaşa olmasa da, dolayı yolla təsir edir. Layihənin miqyası nə qedər böyük olarsa ona təsir edən qüvvələrin sayı bir о qədər də çox olur.
2.3.Layihələrin yerinə yetirilməsinə təsir edən amillər
Beynəlxalq layihələrin və ya xarici ölkələrin iştiraki ilə yerinə yctirilən layihələrdə diqqət mərkəzində olan amilləri nəzərdən keçirək:
Siyasi amillər:

  • siyasi stabillik;

 layihənin dövlət tərəfindən dəstəklənməsi;
 milli təzahür;
 cinayətkarlıq səviyyəsi;
 ölkələrin (tərəflərin) ticarət balans;
 ölkənin hərbi ittifaq iştirakçısı olması.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin