Auditin və ya nəzarətin iki növü vardır: daxili və xarici. Müəyyən əlamətlər üzrə onların xarakteristikasını açıqlayaq.
Daxili auditdə məsələnin qoyuluşu bütövlükdə təşkilatın, eləcə də onun struktur bölmələrinin idarəolunmasmm təkmilləşdirilməsi baxımından müəssisə rəhbərliyi tərəfindən müəyyən olunur.
Xarici auditdə bu məsələ müstəqil tərəflər - müəssisə və auditor təşkilatı arasında bağlanmış müqaviləyə əsaslanır. Əgər idarəetmənin ayrı-ayrı funksional məsələləri, təşkilatın informasiya sisteminin işlənib hazırlanması və yoxlanılması daxili auditin obyektinə daxildirsə, xarici audit obyektinə isə əsasən uçot və hesabat sistemi aid edilir.
Daxili auditin məqsədi təşkilatın rəhbərliyi tərəfindən müəyyən edilir. Bu zaman audit vasitələri ya sərbəst seçilir, ya da daxili audit standartları ilə müəyyən olunur. Daxili audit icraedici fəaliyyət olmaqla rəhbərliyin konkret tapşırıqlarının yerinə yetirilməsinə yönəlmişdir.
Daxili audit müəssisə rəhbərliyinin sərəncamı ilə seçilmiş mütəxəssislər tərəfindən aparılır, onlar müstəqil deyillər, təşkilatın rəhbərliyinə tabedirlər. Onlara əmək haqqı ştat cədvəlinə görə hesablanır. Daxili auditi aparan mütəxəssislər yerinə yetirdikləri vəzifə üzrə yalnız öz rəhbərləri qarşısında məsuliyyət daşıyır və onlara hesabat verir.
Xarici audit sahibkarlıq fəaliyyəti olmaqla onun məqsədi audit üzrə qanunvericiliklə maliyyə hesabatlarının dürüstlüyünün qiymətləndirilməsi və normativ aktlara əməl olunmasının təsdiq edilməsindən ibarətdir.
Auditor yoxlamasının təşkili auditor yoxlanmasının ümumqə- bul edilmiş normaları və qaydalarına uyğun olaraq auditor tərəfindən müstəqil olaraq müəyyən edilir. Xarici auditin subyektlərinə müvafiq attestatı olan və sahibkarlığın bu növü ilə məşğul olmaq hüququ verən lisenziyaya malik müstəqil ekspertlər aid edilir. Onlar müştərilərlə münasibətdə bərabər hüquqa və müstəqilliyə malikdirlər. Göstərilən audit xidmətinin ödənişi bağlanmış müqavilə əsasında müştəri tərəfindən həyata keçirilir. Xarici auditorlar müştəri və normativ aktlarda nəzərdə tutulmuş qaydaya əsasən üçüncü şəxs qarşısında məsuliyyət daşıyır. Auditor rəyinin yekun hissəsi nəşr oluna bilər, analitik hissə müştəriyə təqdim olunur.
İqtisadi ədəbiyyatlarda audit yoxlamalarının aşağıdakı əsas mərhələlərini fərqləndirirlər:
■ auditin aparılmasına hazırlıq;
■ mühasibat uçotu sistemi üzrə daxili auditin keyfiyyətinin qiymətləndirilməsi;
■ auditin planlaşdırılması;
■ auditor tərəfindən yoxlamanın aparılması;
■ auditor arayışının tərtib edilməsi.
Təsərrüfat subyektlərində aparılan auditin əsas mərhələləri aşağıdakılardır:
mövcud qanunvericiliyə, auditor fəaliyyətinin normativ tənzimlənməsi sənədlərinə və müştəri ilə bağlanmış müqavilə şərtlərinə müvafiq auditin həcminin müəyyən edilməsi. Auditor yoxlanılan obyektin maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətləri, müəssisədə mühasibat uçotun daxili auditin təşkili və vəziyyəti haqqında dürüst informasiyalara malik olmalıdır ki, buna adekvat olaraq yoxlamanı planlaşdırsın və obyektiv auditor rəyini tərtib etmək üçün kifayət qədər məlumat əldə etsin;
auditin aparılmasının planlaşdırılması yalnız qarşıdakı işlərin həcminin və tətbiq olunan daxili nəzarətin qiymətləndirilməsi nəzərə alınmaqla yoxlanılan müəssisənin ilkin təhlili əsasında həyata keçirilir. Yoxlama zamanı istifadə olunacaq prosedurlar, eləcə^ də işə digər mütəxəssislərin cəlb edilməsinin məqsədə uyğunluğu müəyyən edilməlidir;
maliyyə hesabatlarının dürüstlüyünə təsir edən səhvlərin yaranması ehtimalını müəyyən etmək üçün müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sisteminin
qiymətləndirilməsi;
auditor xidmətlərinin yerinə yetirilməsi prosesində həll edilən məsələlər üzrə auditorun nəticələrinin təsdiq edilməsi üçün zəruri olan auditor sübutlarının toplanması;
mühüm auditor sənədlərinin mütləq sənədləşdirilməsi. Auditor sənədləri auditorun mülkiyyəti hesab olunur, lakin onlarda olan informasiyalar konfedensial hesab olunur və müştərinin razılığı olmadan istifadə oluna və ya yayıla bilməz;
auditor hesabatı və rəyi formasında tamamlanan auditor xidmətlərinin nəticələrinin əks etdirilməsi.
Auditin aparılmasının hazırlıq mərhələsi auditin həcmi, dəyəri və auditin aparılması üçün müqavilənin bağlanmasını əhatə edir. Auditin həcmini müəyyən etmək üçün auditor yoxlanılacaq obyektin maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətləri, müəssisədə, şirkətdə mühasibat uçotunun və daxili auditin təşkili haqqında kifayət qədər məlumatlı olmalıdır. Bunun üçün o, maliyyə hesabatları, səhmdarların yığıncaqları, direktorlar şurasının iclasları haqda məlumatları, müəssisənin daxili maliyyə hesabatlarını, ötən dövrlərin auditor arayışlarını, daxili auditin materiallarını, dövri kommersiya nəşrlərini diqqətlə öyrənməlidir.
Hazırlıq mərhələsində auditor müəyyən etməlidir:
görüləcək işlərin təqribi həcmini və onun davamiyyətini;
aparılacaq auditin daha mühüm məsələlərini;
xüsusi diqqət tələb edən şəraitləri (səhvlərin, aldatmaların, təhriflərin mümkünlüyü);
daxili auditorların işini yoxlamaqla onların auditə cəlb edilməsinin mümkünlüyünü;
filiallarda, nümayəndəliklərdə, şöbələrdə auditin aparılması üçün digər auditorların cəlb edilməsinin məqsədəuyğunlu- ğunu;
ekspertlərin cəlb edilməsinin zəruriliyini.
İşin həcmi və mürəkkəbliyindən asılı olaraq aparılacaq auditin dəyəri müəyyən olunur və müqavilədə göstərilir.
Auditin növbəti mərhələsində auditin planlaşdırılması həyata keçirilir ki, bu da auditin vaxtında və keyfiyyətli aparılması üçün vacib şərtdir. Planlaşdırmaya görüləcək işlərin planı və proqramı daxildir.
Auditin ən mühüm mərhələsi mühasibat balansının və maliyyə hesabatlarının dürüstlüyünü qiymətləndirmək üçün zəruri olan informasiyaların toplanması və təhlili məqsədi ilə müəssisədə auditor yoxlamalarının təşkili və bilavasitə aparılmasıdır. Əgər audit yoxlaması müəssisədə ilk dəfə olaraq aparılırsa, onda təsis sənədəri, müəssisənin nizamnaməsi, onun əsas fəaliyyətinin xarakteri və məzmunu diqqətlə araşdırılmalıdır.
Əgər müəssisədə audit yoxlaması təkrarən eyni firma tərəfindən aparılırsa, onda illik hesabatların göstəriciləri təhlil edilir, mühasibat balansının və digər hesabat formalarının tamlığı və düzgünlüyü qiymətləndirilir. Bunun üçün balans göstəricilərinin Baş kitabdakı hesabların qalıqlarına uyğunluğu yoxlanılır. Sonra auditor bütün hesabat dövrü üçün Baş kitabdakı yazılışları yoxlamalıdır.
tikin sənədləşmələr və uçot registrlərindəki yazılışlar yoxlanılarkən auditor aşağıdakı tələblərə əməl olunub-olunmamasını müəyyən etməlidir:
uçotun tamlığı (bütün əməliyyatların uçotda əks etdirilməsi);
yazılışların düzgünlüyü (təsərrüfat əməliyyatlarının mühasibat uçotunun müvafiq hesablarında əks etdirilməsi);
dəyər qiymətləndirilməsinin düzgünlüyü (balansın aktiv və passivlərinin dəyərlə qiymətləndirilməsinin mühasibat uçotunun aparılması üzrə mövcud qayda və göstərişlərə uyğunluğu);
dürüstlüyü (auditor aktivləri yoxlayarkən əmin olmalıdır ki, balansda əks etdirilən maddələr istehsal ehtiyatlarının həqiqi mövcudluğunu, debilor borclarının real vəziyyəti və i.a. əks
etdirir);
uçot dövrünün düzgün əks etdirilməsi (auditor işini elə qurmalıdır ki, müəssisənin xərclərinin və gəlirlərinin uçot-hesabat dövrlərinə düzgün əks etdirildiyinə əmin olsun);
hüquq və öhdəliklərə riayət edilməsi (auditor hüquqi cəhətdən hesabat dövründə müəssisənin qarşılıqlı maliyyə və hesablaşma münasibətlərinin mühasibat uçotu hesablarında və balansda əks etdirildiyini müəyyən etməlidir);
məlumatların açıqlığı (bu tələbə görə ayrı-ayrı təsərrüfat əməliyyatının mühasibat hesablarında və uçot registrlərində auditorda əks etdirilməməsinə dair şübhə olmamalıdır).
Audit prosesində əsas diqqət məhsulun (iş və xidmətlərin) maya dəyərinin və mənfəətin formalaşmasının, uçotunun və hesablanmasının düzgünlüyünə yönəldilməlidir. Bu məqsədlə məhsulun maya dəyərini formalaşdıran bütün kalkulyasiya maddələri, onlarda əks etdirilən məbləğlərin dürüstlüyü, uçot registrlərində yazılışların əsaslılığı, ilkin sənədlərin tərtib olunmasının düzgünlüyü onlarda əks olunmuş maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyi və düzgünlüyü yoxlanılmalıdır. Bu zaman xərclərin konkret obyektlərin uçotuna silinməsinin, dolayı xərclərin bölüşdürülməsinin əsaslı olmasının və ayrı-ayrı məhsul növlərinin maya dəyərinin hesablanmasının dəqiqliyinin yoxlanmasına xüsusi diqqət verilməlidir.
Maliyyə hesabatlarının dürüstlüyünü yoxlayarkən maliyyə hesabatlarının, mühasibat balansının, sintetik hesabların və analitik uçot registrlərinin məlumatları üzləşdirilməlidir.
Müəssisənin xarici iqtisadi fəaliyyəti ayrıca öyrənilməlidir. Bu zaman onun hüquqi əsasları, ixrac və idxalın strukturu, idxal-ixrac əməliyyatlarının və hesablaşmaların aparılmasının qanunauyğunluğu, xarici iqtisadi fəaliyyətdən əldə edilən mənfəətin və ya zərərin hesablanmasının düzgünlüyü, xarici valyuta ilə əməliyyatların qanuniliyi və dürüstlüyü yoxlanılmalıdır.
Auditor yoxlaması auditor tərəfindən uçotun və daxili auditin yaxşılaşdırılması üzrə müəssisə rəhbərliyinə təkliflərin verilməsi ilə tamamlanmalıdır. Auditor yoxlaması prosesində maliyyə hesabatlarının
dürüstlüyü (və ya qeyri-dürüst olması), maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyi (və ya qeyri-qanuniliyi), mühasibat uçotunun aparılmasının təsdiq olunmuş qaydalara və təlimatlara uyğunluğu və ya uyğunsuzluğu haqqında auditora rəy hazırlamağa
əsas verən toplanmış informasiyalar əsasında auditor rəyi tərtib olunur.