Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Dividend ödəmə əmsalı = faiz və vergi çıxılmamış mənfəət / dividend



Yüklə 465,1 Kb.
səhifə25/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   21   22   23   24   25   26   27   28   ...   82
Audit yeni

Dividend ödəmə əmsalı = faiz və vergi çıxılmamış mənfəət / dividend

Dividend ödəmə əmsalı müəssisənin dividendləri neçə dəfə ödəyə bildiyini göstərir. Əgər bu əmsal artmağa meyil edirsə, bu o deməkdir ki, müəssisə özgəlirlərinin az hissəsini dividend kimi ödəyir və biznesə daha çox kapital qoyur.

  1. Faizin ödənilmə əmsalı = faiz və vergi çıxılmamış mənfəət / faiz xərcləri

Faizin ödənilmən əmsalı müəssisənin faizi ödəmə qabiliyyətini göstərir. (232-239).
Qeyd etmək vacibdir ki, əmsal üçün dəqiq vahid bir dəyər yoxdur. Müəyyən əmsal üçün dəyərin çox yüksək, çox aşağı və ya normada olmasının müşahidə olunması analitik baxışdan və biznesin mahiyyətindən asılıdır. Həmçinin, maliyyə əmsalları yalnız müəyyən standartla, məsələn, digər sahəvi meyil və ya əmsalrı eyli ilə müqayisə olunduqda əhəmiyyət kəsb edirlər.
Auditor maliyyə hesabatının dürüstlüyünü yoxlayarkən auditor sübutlarının toplanmasını mümkünsüz edən situasiyalarla üzləşə bilər. Məsələn, tikinti təşkilatlarının fəaliyyətinin auditi zamanı tikintinin xüsusiyyətlərini bilən, eləcə də məhsulların keyfiyyəti ilə bağlı məsələyə audınlıq gətirilməsi üçün peşəkar mütəxəssislərə (ekspertlərə) ehtiyac yarana bilər. Bu halda yoxlanılan təşkilatın rəhbərliyinin razılığı ilə yoxlamaya ekspertlər dəvət oluna bilər (BAS 620 “Auditorun ekspertlərinin işindən istifadə edilməsi”).Auditor auditin son mərhələsində - bütövlükdə mühasibat (ma­liy­yə) hesabat­larının analitik prosedurlarını məzmununun sifarişçinin biznesinin xarakterinə uyğunluğu haqda tam nəticə formalaşdırdıqda yerinə yetirməlidir. Belə prosedurla­rın köməkliyi ilə alınmış nəticələr mühasibat (maliyyə) hesabatlarının ayrı-ayrı hissələ­ri və ya element­lərinin auditi zamanı formalaşdırılmış nəticələrin təsdiq edilmə­si üçün nə­zər­də tutulmuşdur və bütövlükdə mühasibat (maliyyə) hesabat­la­rı­nın dürüstlüyü haqda son nəticəyə gəlməyə imkan verir.
3.Nəzarət metodları
Auditin vəzifələrinin yerinə yetirilməsi və səmərəli qiy­mət­lən­­diril­mə­­­si üçün müxtəlif metodlardаn istifаdə оlunur. Auditin metodu onun qarşısında duran əsas məq­səd­lə­rə çatmaq üçün tət­biq edilən vasitə və üsullardır. Yuxarıda qeyd et­dıyımiz kimi, audıtin predmeti çохşaxəli məqsədə malikdir. Bu məqsədlərə çatmaq üçün və audıtin qarşısında duran vəzifələri həll etmək üçün müxtəlif spesifik metod və üsullardan da istıfa­də edilə bilər. Auditin metod və metodlar sistemi zəngindir və bu sis­­­te­mə aşağıdakılar aiddir:
• faktiki yoxlama;
• sənədli yoxlama;
• arifmetik hesablama
• sorğu;
• şəxsi müşahidə;
• qarşılıqlı üzləşmə
• alternativ maliyyə-hesabat sənədlərinin hazırlan­ması;
• sənədlərin texniki ekspertizası;
• maddi ekspertiza;
• başdanbaşa üzləşdirmə;
• analitik testlər;
• müayinə;
• xüsusi yoxlama və s.
Faktiki yoxlama dedikdə, hər hansı bir təsərrüfat əmə­liy­ya­tı­nın ye­rin­də yoxlanılması, hesablanması və onun mühasibat sə­nəd­ləri ilə üzləş­diril­mə­si başa düşülür. Bu ilk baxımdan inven­ta­rlaşdırmaya oxşar­dır. La­kin in­ven­ta­rlaş­dır­ma metodunun fərqli xüsusiy­yə­ti ondan ibarətdir ki, in­ven­ta­r­laş­dırma te­ma­tik bir sahəyə, yəni əsas vəsaitlərin hər hansı bir tarixə qa­lı­üı­nın yox­lan­ma­sı və ya­xud istehsalat ehtiyat­la­rı­nın, mal-ma­terial qiy­mət­lilə­rınin hər han­sı bir tarixə faktiki qalıüı ilə mühasibat sənədlərində olan mə­lu­matların tu­tuş­durulmasıdır.
Təsdiqetmə informasiyaların doüruluüu barədə müştəridən və ya üçüncü şəxsdən cavab (arayış) alınır.
Sənədli yoxlamada ilkin sənədlər və yazılışlar yoxlanılır. Bu zaman sənədlərdəki rekvizitlərin bütövlüyü, hesabi qaydada göstəricilərin düzgünlüyü, sənədlərin qanunauyğunluüu, məqsədəuyğunluüu, əməliyyatların hesablarda düzgün əks etdirilməsi və s. bu kimi məsələlər yoxlanılır.
Analitik testlər– hər hansı bir mal-material çeşidinin indeks və də­rə­cə­lərini müəyyənləşdirmək üçün tətbiq edilir.
Arifmetik hesablama – audit yoxlama-ekspertiza işlərində adətən kə­­miy­yət və keyfiyyət göstəriicilərini xarakterizə edən, yekun sənəd­lərinin də­qiq­ləşdirilməsində tətbiq edilən bir üsuldur.
Sorğu – müəssisə və təşkilatların, firmaların digər təşkılat­lar­la əla­qəli fəaliy­yətində qarşıya çıxan hər hansı bir məsələnin araş­­dırı­lıb dəqiq­ləş­dıril­məsinə dair aparılan yazılı və şifahi müraciətlərdir.
Şəxsi müşahidə – müəssisə və təşkilatların istehsal-təsərrüfat fəa­liy­yə­tində hər hansı bir prosesə şəxsi əminlik əldə etmək üçün au­dıt­orun həmin prosesə müəyyən vaxt ərzində şəxsi müşahidəsi və ya baxışıdır.
Qarşılıqlı üzləşmə – audit olunan müəssisə və firmaların təsərrüfat-ma­liyyə prosesində baş vermiş analitik bir əməliyyatın digər əla­­qəli təş­kılatla üzləşdirilməsi və hər iki tərəfin razılıüı ilə apa­rılmış maliy­­yə əmə­­liyya­tının təsdiqinin rəsmi sənəd­ləş­diril­mə­si deməkdir.
Riyazi statistik üsullar – kombinələşmiş üsuldur, adətən iq­tı­sadi gös­tə­ricilərin ümumiləşdirilməsində və hər hansı bir mə­sə­lə­nin qiy­mət­lən­dıril­məsində tətbiq olunur.
Alternativ maliyyə-hesabat sənədlərinin hazırlan­ması - mühasibat-ma­liyyə hesabatları audit edilən zaman təsərrüfat-maliy­yə fəaliy­yə­tində baş vermiş əməliyyatların uçоt-hesabat sə­nəd­lərində doü­ru­luüu­nu təsdiq etmək üçün bəzi hallarda tərtib olun­muş uçоt və maliy­­yə he­sabatlarına alternativ olaraq hesabatlar tərtib edılir.
Sənədlərin texniki ekspertizası – müəssisə, təşkilatların tə­sis sə­nəd­lərini və digər qeyri-maliyyə sənədlərini tex­nıki baxış­dan keçır­mək­lə, onun qanun­verici normativ aktlara uyğun ol­ma­sı­na qiy­mət ver­məkdir.
Maddi ekspertiza dedikdə, istehsal olunmuş məhsulun maddi tərkıbinin müvafiq standartlara uyğun olmasını müəyyənləşdirmək üçün xüsusi laboratoriyalarda bu istiqamətdə aparılan ekspertiza işləri başa düşülür.
Başdanbaşa üzləşdirmə dedikdə isə adətən seçmə üsulu ilə apa­rıl­mış analitik yoxlamalar nəticəsində mühasibat sənədləri ilə faktiki əməliyyatlar arasında aşkar edilmiş kənarlaşmaların daha dəqiqləş­dıril­məsi üçün yox­la­ma­nı əhatə edən dövr üçün mühasibat maliyyə əmə­liy­yat­larının həmin istıqa­mətdə əməliyyatların başdanbaşa ilkin sənədlərlə üzləşdirilməsi başa düşülür və sair.
Analitik testlər müqayisə, indekslər və əmsallar metodudur.
Müayinə problemlə dəqiq və şəxsən tanış olmaüa əsaslanır.
Xüsusi yoxlama dar ixtisaslı mütəxəssisin yoxlamaya cəlb edilməsini nəzərdə tutur.
Göründüyü kimi, auditin metod və üsullarının tətbiqi, auditorun yox­la­ma-ekspertiza etdiyi sənədlərin məzmunun­dan, tə­yına­tından asılı­dır. Mə­sə­lən, mühasibat sənədlərinin audit yox­la­ma-ekspertızası zamanı təsərrüfat-ma­liyyə fəaliyyətinin yoxlanıl­ma­­sın­da təsərrüfat əmə­liy­ya­t­larına uyğun ola­raq müxtəlif metod və üsullar tətbiq edilir. Əgər pul əməliyyatlarının yox­­lama-eks­per­tızası zamanı bir qayda olaraq baş­dan­başa üzləşdirmə metodu tətbiq edilirsə, əmək haq­qı və əmək ödə­mələri üzrə yoxlamalarda ilk va­riant­da seçmə üsulun­dan istifadə edil­mə­si kifa­yət­dir. Audit yoxlama-ekspertiza işlərinin bir sıra yekun təklifləri iq­tı­sadi təh­lilin nətıcələrinə əsaslanır. Belə hallar əsasən resurslardan sə­mə­rəli is­­tifa­də­nin qiy­mət­­ləndirilməsində, ehtiyatların aşkar olunub sə­fərbər edil­­məsində, iqtisadi qa­­nu­nauyğunluqların qiy­mət­lən­dıril­mə­­sində baş verir. Daha doü­ru­su, bu mə­­sə­lələrin həlli iqtisadi təh­­­lilin metod və üsulları tət­biq edilmədən qey­­ri-mümkündür.Auditdə maliyyə təhlilinin metod və üsullarının tətbiqi təsərrüfat-ma­liy­yə fəaliyyətinin nəticələrinin qiy­mət­­lən­­­diril­mə­sin­­də istıfadə olu­nur. Bu­ra­da əsasən ayrı-ayrı bölmələr üzrə qiy­mət­ləndirmə sis­temlərinə istinad etmək lazımdır. Belə qiy­mət­lən­dir­mə sistemlə­rınə müəs­sı­sənin aktivlə­rınin mövcud vəziyyətini müəyyənləşdirən, döv­riy­­­yə kapitalının ma­nevr­etmə qabiliy­yə­tini qiy­mə­t­­ləndirən, qey­ri-mad­di ak­tiv­ləri qiy­mətləndirən, maliy­yə vəziyyətini səciy­yə­lən­dırən, isteh­salın sə­mə­­rəliliyini müəyyən­ləş­dirən, müəssisənin renta­bellik səviy­yəsini müəyyən edən və onu qiy­mət­li kaüız­lar ba­za­rında səciy­yə­lən­dirən qiy­mət­ləndirmə sis­temini aid et­mək olar.
Yoxlamaların aparılma metodları ilə yanaşı, onun təşkilatı metodları da mövcuddur:
• başdan başa (sənədli və faktiki) yoxlama;
• seçmə üsulla yoxlama;
• аnalitik yoxlama;
• kombinələşmiş yoxlama.
Ədəbiyyat siyahısı

  1. “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 1994 (sonrakı dəyişikliklər və əlavələrlə).

  2. Daxili audit fıaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 2007

  3. Auditorların peşə etikası məcəlləsi. Bakı. 2007

  4. Beynəlxalq Audit Standartları. AR Auditor Palatasının rəsni saytı/ https://audit.gov.az/Az/page/414

  5. Audit və əminlik. AR MN yanında METM. https://www.tedris-maliyye.gov.azaudit.gov.az/Az/page/414

  6. “Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanunu. Bakı. 2018.

  7. “Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları. AR MN tərəfindən 30 yanvar 2017-ci ildə təsdiq edilmişdir. http//85.132.71.30/framework/34909; framework/31986

  8. Abbasov İ.M. Audit. Dırslik. Bakı.2007

  9. Kazımov R.N, Namazova C.B. Praktiki audit. Bakı. Elm və təhsil. 2011.

  10. Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. Dərslik. Bakı. CBS. 2011.

  11. Namazova C.B. Audit. Bakı. CBS. 2012




Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin