Dividend ödəmə əmsalı = faiz və vergi çıxılmamış mənfəət / dividend
Dividend ödəmə əmsalı müəssisənin dividendləri neçə dəfə ödəyə bildiyini göstərir. Əgər bu əmsal artmağa meyil edirsə, bu o deməkdir ki, müəssisə özgəlirlərinin az hissəsini dividend kimi ödəyir və biznesə daha çox kapital qoyur.
Faizin ödənilmə əmsalı = faiz və vergi çıxılmamış mənfəət / faiz xərcləri
Faizin ödənilmən əmsalı müəssisənin faizi ödəmə qabiliyyətini göstərir. (232-239). Qeyd etmək vacibdir ki, əmsal üçün dəqiq vahid bir dəyər yoxdur. Müəyyən əmsal üçün dəyərin çox yüksək, çox aşağı və ya normada olmasının müşahidə olunması analitik baxışdan və biznesin mahiyyətindən asılıdır. Həmçinin, maliyyə əmsalları yalnız müəyyən standartla, məsələn, digər sahəvi meyil və ya əmsalrı eyli ilə müqayisə olunduqda əhəmiyyət kəsb edirlər.
Auditor maliyyə hesabatının dürüstlüyünü yoxlayarkən auditor sübutlarının toplanmasını mümkünsüz edən situasiyalarla üzləşə bilər. Məsələn, tikinti təşkilatlarının fəaliyyətinin auditi zamanı tikintinin xüsusiyyətlərini bilən, eləcə də məhsulların keyfiyyəti ilə bağlı məsələyə audınlıq gətirilməsi üçün peşəkar mütəxəssislərə (ekspertlərə) ehtiyac yarana bilər. Bu halda yoxlanılan təşkilatın rəhbərliyinin razılığı ilə yoxlamaya ekspertlər dəvət oluna bilər (BAS 620 “Auditorun ekspertlərinin işindən istifadə edilməsi”).Auditor auditin son mərhələsində - bütövlükdə mühasibat (maliyyə) hesabatlarının analitik prosedurlarını məzmununun sifarişçinin biznesinin xarakterinə uyğunluğu haqda tam nəticə formalaşdırdıqda yerinə yetirməlidir. Belə prosedurların köməkliyi ilə alınmış nəticələr mühasibat (maliyyə) hesabatlarının ayrı-ayrı hissələri və ya elementlərinin auditi zamanı formalaşdırılmış nəticələrin təsdiq edilməsi üçün nəzərdə tutulmuşdur və bütövlükdə mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqda son nəticəyə gəlməyə imkan verir.
3.Nəzarət metodları Auditin vəzifələrinin yerinə yetirilməsi və səmərəli qiymətləndirilməsi üçün müxtəlif metodlardаn istifаdə оlunur. Auditin metodu onun qarşısında duran əsas məqsədlərə çatmaq üçün tətbiq edilən vasitə və üsullardır. Yuxarıda qeyd etdıyımiz kimi, audıtin predmeti çохşaxəli məqsədə malikdir. Bu məqsədlərə çatmaq üçün və audıtin qarşısında duran vəzifələri həll etmək üçün müxtəlif spesifik metod və üsullardan da istıfadə edilə bilər. Auditin metod və metodlar sistemi zəngindir və bu sistemə aşağıdakılar aiddir:
• faktiki yoxlama;
• sənədli yoxlama;
• arifmetik hesablama
• sorğu;
• şəxsi müşahidə;
• qarşılıqlı üzləşmə
• alternativ maliyyə-hesabat sənədlərinin hazırlanması;
• sənədlərin texniki ekspertizası;
• maddi ekspertiza;
• başdanbaşa üzləşdirmə;
• analitik testlər;
• müayinə;
• xüsusi yoxlama və s.
Faktiki yoxlama dedikdə, hər hansı bir təsərrüfat əməliyyatının yerində yoxlanılması, hesablanması və onun mühasibat sənədləri ilə üzləşdirilməsi başa düşülür. Bu ilk baxımdan inventarlaşdırmaya oxşardır. Lakin inventarlaşdırma metodunun fərqli xüsusiyyəti ondan ibarətdir ki, inventarlaşdırma tematik bir sahəyə, yəni əsas vəsaitlərin hər hansı bir tarixə qalıüının yoxlanması və yaxud istehsalat ehtiyatlarının, mal-material qiymətlilərınin hər hansı bir tarixə faktiki qalıüı ilə mühasibat sənədlərində olan məlumatların tutuşdurulmasıdır.
Təsdiqetmə informasiyaların doüruluüu barədə müştəridən və ya üçüncü şəxsdən cavab (arayış) alınır.
Sənədli yoxlamada ilkin sənədlər və yazılışlar yoxlanılır. Bu zaman sənədlərdəki rekvizitlərin bütövlüyü, hesabi qaydada göstəricilərin düzgünlüyü, sənədlərin qanunauyğunluüu, məqsədəuyğunluüu, əməliyyatların hesablarda düzgün əks etdirilməsi və s. bu kimi məsələlər yoxlanılır.
Analitik testlər– hər hansı bir mal-material çeşidinin indeks və dərəcələrini müəyyənləşdirmək üçün tətbiq edilir.
Arifmetik hesablama – audit yoxlama-ekspertiza işlərində adətən kəmiyyət və keyfiyyət göstəriicilərini xarakterizə edən, yekun sənədlərinin dəqiqləşdirilməsində tətbiq edilən bir üsuldur.
Sorğu – müəssisə və təşkilatların, firmaların digər təşkılatlarla əlaqəli fəaliyyətində qarşıya çıxan hər hansı bir məsələnin araşdırılıb dəqiqləşdırilməsinə dair aparılan yazılı və şifahi müraciətlərdir.
Şəxsi müşahidə – müəssisə və təşkilatların istehsal-təsərrüfat fəaliyyətində hər hansı bir prosesə şəxsi əminlik əldə etmək üçün audıtorun həmin prosesə müəyyən vaxt ərzində şəxsi müşahidəsi və ya baxışıdır.
Qarşılıqlı üzləşmə – audit olunan müəssisə və firmaların təsərrüfat-maliyyə prosesində baş vermiş analitik bir əməliyyatın digər əlaqəli təşkılatla üzləşdirilməsi və hər iki tərəfin razılıüı ilə aparılmış maliyyə əməliyyatının təsdiqinin rəsmi sənədləşdirilməsi deməkdir.
Riyazi statistik üsullar – kombinələşmiş üsuldur, adətən iqtısadi göstəricilərin ümumiləşdirilməsində və hər hansı bir məsələnin qiymətləndırilməsində tətbiq olunur.
Alternativ maliyyə-hesabat sənədlərinin hazırlanması - mühasibat-maliyyə hesabatları audit edilən zaman təsərrüfat-maliyyə fəaliyyətində baş vermiş əməliyyatların uçоt-hesabat sənədlərində doüruluüunu təsdiq etmək üçün bəzi hallarda tərtib olunmuş uçоt və maliyyə hesabatlarına alternativ olaraq hesabatlar tərtib edılir.
Sənədlərin texniki ekspertizası – müəssisə, təşkilatların təsis sənədlərini və digər qeyri-maliyyə sənədlərini texnıki baxışdan keçırməklə, onun qanunverici normativ aktlara uyğun olmasına qiymət verməkdir.
Maddi ekspertiza dedikdə, istehsal olunmuş məhsulun maddi tərkıbinin müvafiq standartlara uyğun olmasını müəyyənləşdirmək üçün xüsusi laboratoriyalarda bu istiqamətdə aparılan ekspertiza işləri başa düşülür.
Başdanbaşa üzləşdirmə dedikdə isə adətən seçmə üsulu ilə aparılmış analitik yoxlamalar nəticəsində mühasibat sənədləri ilə faktiki əməliyyatlar arasında aşkar edilmiş kənarlaşmaların daha dəqiqləşdırilməsi üçün yoxlamanı əhatə edən dövr üçün mühasibat maliyyə əməliyyatlarının həmin istıqamətdə əməliyyatların başdanbaşa ilkin sənədlərlə üzləşdirilməsi başa düşülür və sair.
Analitik testlər müqayisə, indekslər və əmsallar metodudur.
Müayinə problemlə dəqiq və şəxsən tanış olmaüa əsaslanır.
Xüsusi yoxlama dar ixtisaslı mütəxəssisin yoxlamaya cəlb edilməsini nəzərdə tutur.
Göründüyü kimi, auditin metod və üsullarının tətbiqi, auditorun yoxlama-ekspertiza etdiyi sənədlərin məzmunundan, təyınatından asılıdır. Məsələn, mühasibat sənədlərinin audit yoxlama-ekspertızası zamanı təsərrüfat-maliyyə fəaliyyətinin yoxlanılmasında təsərrüfat əməliyyatlarına uyğun olaraq müxtəlif metod və üsullar tətbiq edilir. Əgər pul əməliyyatlarının yoxlama-ekspertızası zamanı bir qayda olaraq başdanbaşa üzləşdirmə metodu tətbiq edilirsə, əmək haqqı və əmək ödəmələri üzrə yoxlamalarda ilk variantda seçmə üsulundan istifadə edilməsi kifayətdir. Audit yoxlama-ekspertiza işlərinin bir sıra yekun təklifləri iqtısadi təhlilin nətıcələrinə əsaslanır. Belə hallar əsasən resurslardan səmərəli istifadənin qiymətləndirilməsində, ehtiyatların aşkar olunub səfərbər edilməsində, iqtisadi qanunauyğunluqların qiymətləndırilməsində baş verir. Daha doürusu, bu məsələlərin həlli iqtisadi təhlilin metod və üsulları tətbiq edilmədən qeyri-mümkündür.Auditdə maliyyə təhlilinin metod və üsullarının tətbiqi təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin qiymətləndirilməsində istıfadə olunur. Burada əsasən ayrı-ayrı bölmələr üzrə qiymətləndirmə sistemlərinə istinad etmək lazımdır. Belə qiymətləndirmə sistemlərınə müəssısənin aktivlərınin mövcud vəziyyətini müəyyənləşdirən, dövriyyə kapitalının manevretmə qabiliyyətini qiymətləndirən, qeyri-maddi aktivləri qiymətləndirən, maliyyə vəziyyətini səciyyələndırən, istehsalın səmərəliliyini müəyyənləşdirən, müəssisənin rentabellik səviyyəsini müəyyən edən və onu qiymətli kaüızlar bazarında səciyyələndirən qiymətləndirmə sistemini aid etmək olar.
Yoxlamaların aparılma metodları ilə yanaşı, onun təşkilatı metodları da mövcuddur:
• başdan başa (sənədli və faktiki) yoxlama;
• seçmə üsulla yoxlama;
• аnalitik yoxlama;
• kombinələşmiş yoxlama.
Ədəbiyyat siyahısı
“Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 1994 (sonrakı dəyişikliklər və əlavələrlə).
Daxili audit fıaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 2007
Auditorların peşə etikası məcəlləsi. Bakı. 2007
Beynəlxalq Audit Standartları. AR Auditor Palatasının rəsni saytı/ https://audit.gov.az/Az/page/414
Audit və əminlik. AR MN yanında METM. https://www.tedris-maliyye.gov.azaudit.gov.az/Az/page/414
“Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanunu. Bakı. 2018.
“Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları. AR MN tərəfindən 30 yanvar 2017-ci ildə təsdiq edilmişdir. http//85.132.71.30/framework/34909; framework/31986
Abbasov İ.M. Audit. Dırslik. Bakı.2007
Kazımov R.N, Namazova C.B. Praktiki audit. Bakı. Elm və təhsil. 2011.
Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. Dərslik. Bakı. CBS. 2011.