3.Auditin metodları
Audit prosesini onun aparılmasının qəbul edilmiş metodologiyası əsasında auditor yoxlamasının dəqiq müəyyən edilmiş təşkili kimi xarakterizə etmək olar ki, həmin metodologiya auditin bütün məsələlərinin müəyyən edilməsinə və həll edilməsinə, toplanmış informasiyaların dürüstlüyünə, kompetentliyinə və həqiqiliyinə əminlik yaradır. Yoxlamanın səmərəli hazırlanması üçün auditor müəssisələrdə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda sənədləşdirilməsi, baş kitaba, sonra maliyyə hesabatlarına köçürülməsi qaydasını bilməlidir.
Audit prosesində təsərrüfat əməliyyatlarının və maliyyə hesabatlarının müstəqil yoxlanması ilə yanaşı auditor firmanın fəaliyyətinin maliyyə və qeyri-maliyyə göstəriciləri arasında əlaqələrin öyrənilməsi, mühüm maliyyə və iqtisadi göstəricilərin tədqiq edilməsi yolu ilə əldə edilmiş informasiyaların təhlili və qiymətləndirilməsini xarakterizə edən digər prosedurları da həyata keçirir.
Audit prosesində təsərrüfat əməliyyatlarının və maliyyə hesabatlarının maddələrinin ayrıca yoxlama bloklarına bölmək məqsədəuyğundur. Bu aparılan yoxlamanın səmərəsini artırır, auditor işlərinin aparılmasının dəyərini və əməktutumunu azaldır. Əməliyyatların yazılışı üçün istifadə olunan uçot registrlərini və Baş kitabın bütün maddələrini bir bloka daxil etmək lazımdır. Auditorlar həmin bloklar arasında qarşılıqlı əlaqəni düzgün təsəvvür etməli, hər blokun yoxlanılması müddətini müəyyən etməlidir. Bütün blokları əlaqələndirən əsas və ilkin blok «müəssisənin pul vəsaitləri bloku» hesab olunur. Bütün bloklar üzrə audit başa çatdıqdan və bloklar arasında əlaqə müəyyən edildikdən sonra nəticələr auditor briqadasının rəhbəri tərəfindən yekunlaşdırılır və bütövlükdə maliyyə hesabatlarının dürüstlüyü haqqında auditor rəyinin tərtib edilməsi üçün istifadə olunur.
İnformasiyaların hərəkətinin ümumi sxemi aşağıdakı kimidir; əməliyyatlar ilkin sənədləşmə uçot registrləri Baş kitab maliyyə hesabatları.
Ümumidən fərdiyə yoxlama zamanı auditor hesabatı hər bir göstəricisini yoxlayaraq hesabların əlaqəsini nəzərdən keçirir və informasiyaların əmələ gəlməsinin giriş nöqtəsini müəyyən edir. Müəyyən etdikləri informasiyaların toplanmasının sistemini və göstəricilərin hesablanması qaydasım uçot siyasətində göstərilmiş sistem ilə müqayisə edərək auditor kənarlaşma dərəcəsini və həmin amilin maliyyə hesabatının dürüstlüyünə təsirini müəyyən edir. Auditorlar briqadası tərəfindən yoxlama zamanı informasiyaların toplanması aşağıdakı ardıcıllıqla həyata keçirilir (mötərizədə hesabların keçmiş hesablar planına uyğun nömrəsi verilmişdir): blok 1- 223 (51, 52), 224 (55), 501 (90), 401 (92), 402,502 (93) saylı hesablar, blok 2-221 (50), 225(56), 222 (57) saylı hesablar, blok 3- 244 (71) saylı hesab, blok 4- 533, 411, 511,721 (70), 414, 515 (65), 523 (67), 421, 422, 521 (68), 522 (69) saylı hesablar, blok 5 - 431, 531, 536, 433, 434, 537(60), 192, 243 (61), 111 (07), 201 (10), 131 (11), 201, 207 (12), 202 (13), 208 (14, 16), 201(15), 241 (19), 204 (40), 205, 206 (41) saylı hesablar, blok 6- 151, 152, 181, 182, 183, 321,231, 232, 233, 234 (06), 231, 232, 233, 234 (58), 503, 504, 505 (94), 403, 404, 405 (95) saylı hesablar, blok 7- 112-5,(02-2), 102 (05-2) saylı hesablar, blok 8- 103,113 (08), 111 (03, 30), 174, 214 (09), 111, 121, 131, 141 (01), 112, 122, 132, 142 (02), 101 (04), 102 (05), 406, 535 (97) sayı hesablar, blok 9 - 202 (20, 23, 25, 28, 29), 191, 242 (31), 203 (36), 721 (26) saylı hesablar, blok 10 -204 (40), 205, 206 (41), 603 (42) saylı hesablar, blok 11- 711, 721, 731 (43, 44), 602 (46), 601 (46 K-t), 701 (46 D-t), 611,731 (47, 48), 171, 175, 176,211,215,216 (62), 443,(64) saylı hesablar, blok 12- 538 (müvafiq subhesablar), 217 (63), 173, 213, 545 (müvafiq subhesablar) (73) saylı hesablar, blok 13- 412, 413, 414, 441, 512, 513, 514, 515, 541 (89), 302, 534 (75), 301 (85), 523 (67), 172, 212, 407, 432, 506, 532 (78, 79) sayh hesablar, blok 14 - 344, 901, 902 (81), 801, 811, 341(80), 621, 631, 641 (80 K-t),741, 751, 761 (80 D-t), 333, 334, 335, (86), 311, 331, 335(87), 342, 343, 344 (88) sayh hesablar, blok 15(digər) - 218, 235 (82), 332, 442, 542, 611(müvafiq subhesablar) (83), 444, 544 (96) saylı hesablar.
Auditor yoxlamalarının metodlarına faktiki yoxlama, təsdiq etmə, sənədli yoxlama, müşahidə, sorğu, mexaniki dəqiqliyin yoxlanılması, analitik testlər, tədqiqat, xüsusi yoxlama, qarşılıqlı yoxlama və b. aiddir.
Dostları ilə paylaş: |